NATO-NUN BAŞ KATİBİ BAYRAM MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINI TƏBRİK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 28-də Avratlantik Mərkəzdə NATO -nun təmsilçiləri ilə videokonfrans təşkil edilmişdir.
NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer 28 May - Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
Yaap de Hoop Sxeffer bildirmişdir ki, NATO Azərbaycanın apardığı islahatları və sülhməramlı əməliyyatlarda iştirakını olduqca yüksək qiymətləndirir və onunla əməkdaşlığı davam etdirmək niyyətindədir.
Azərbaycan NATO ilə əlaqələrə sadiq qalaraq üzərinə götürdüyü öhdlikləri layiqincə yerinə yetirir və respublika artıq təhlükəsizliyi yayan dövlətlərdən biridir.
NATO-nun təmsilçisi diqqətə çatdırmışdır ki, Avratlantik strukturlara inteqrasiya yolunu tutmuş Azərbaycan son illər bu istiqamətdə çox mühüm irəliləyişlərə nail olmuşdur.
NATO İctimai Diplomatiya Bölməsinin Cənubi Qafqaz üzrə regional əlaqələndiricisi xanım Despina Afentuli videokonfrans zamanı Avropada təhsil alan azərbaycanlı tələbələrin və Bakıda keçiriləcək NATO-nun yay məktəbinin iştirakçılarının suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]