NATO-NUN “SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ PROQRAMI”NDA AZƏRBAYCAN HƏRBÇİLƏRİ DƏ İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, aprelin 28-dən mayın 9-dək “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Türkiyənin Balikəsr və İzmir şəhərlərində “Mina, minalara qarşı mübarizə və partlayıcı maddələr” mövzusunda kurs keçiriləcəkdir.
Bu proqram çərçivəsində İsveçin Kumsanqen şəhərində “BMT mülki qərargah zabitləri” kursu (28 aprel-9 may), Almaniyanın Baumholder şəhərində “Combined Endeavor 2008” təlimi (28 aprel - 15 may), İtaliyanın Neapol şəhərində “Dənizdə minalara qarşı mübarizə” mövzusunda kurs (29 aprel) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]