Azərbaycan Dövlət İnformasiya Agentliyi

NATO öz arqumentləri ilə 1991-ci ildə Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum”un qanunsuz olduğunu rəsmən etiraf etmişdir

Berlin, 13 aprel (AZƏRTAC). Bu günlərdə Şimali Atlantika bloku öz rəsmi veb səhifəsində Moskvanın Rusiya və NATO arasında münasibətlərə aid tezislərinə cavablar yerləşdirmişdir (bax: http://www.nato.int/cps/ru/natolive/topics_109141.htm). Suallardan biri bu ilin mart ayında Ukraynanın Krım Muxtar Respublikasında keçirilmiş qondarma “referendum”un qeyri-legitimliyi barədədir. Sənəddə, xüsusi halda, deyilir:

“Rusiya rəsmiləri iddia edirlər ki, martın 16-da Krımda keçirilmiş qondarma referendum qanuni olmuşdur.

Ukrayna Konstitusiyasına əsasən, həmin referendum qanunsuz olmuşdur, çünki bu Konstitusiyanın 73-cü maddəsində təsbit edilmiş müddəaya görə, “Ukraynanın ərazisinin dəyişdirilməsi haqqında məsələlər yalnız ümumukrayna referendumu yolu ilə həll edilir”. Krım Ukraynanın tərkib hissəsi kimi, muxtar respublika statusuna malikdir, lakin onun səlahiyyətləri barədə bütün məsələlər Ukrayna Parlamenti tərəfindən həll edilməlidir (maddə 134) və onun konstitusiyası Ukrayna Parlamenti tərəfindən bəyənilməlidir (maddə 135).

Bundan başqa, qondarma referendum hökumət binaları tutulandan sonra bir neçə həftə ərzində Krımın silahlı Rusiya hərbçiləri tərəfindən təyin olunmuş qondarma rəhbərliyi tərəfindən təşkil edilmişdir”.

Beləliklə, NATO öz arqumentləri ilə 1991-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) keçirilmiş qondarma “referendum”un da qanunsuz olduğunu rəsmən etiraf etmişdir.

Azərbaycan Respublikasının sərhədlərini dəyişdirməyə yönəlmiş bu aksiya o vaxt hələ qüvvədə olan SSRİ Konstitusiyasının 78-ci və 79-cu maddələrinə zidd olduğundan onun heç bir qanuni əsası yox idi.

Xüsusi halda, SSRİ Konstitusiyasının yuxarıda qeyd olunan maddələrində deyilirdi:

“Maddə 78. Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikaların arasındakı sərhədlər müvafiq respublikaların qarşılıqlı razılaşması üzrə dəyişdirilə bilər, bu razılaşma SSR İttifaq tərəfindən təsdiq edilməlidir.

Maddə 79. Müttəfiq respublika öz diyar, vilayət, mahal, rayon bölgüsünü müəyyən edir və inzibati ərazi quruluşunun başqa məsələlərini həll edir”.

Bundan başqa, Ermənistan rəhbərliyinin qanunsuz keçirilmiş referenduma hansısa qanuni don geyindirmək üçün “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ Qanununun müddəalarına istinad etmək cəhdləri tamamilə əsassızdır. Çünki bu qanun 1991-ci il sentyabrın 5-6-da keçirilmiş SSRİ Xalq Deputatlarının növbədənkənar qurultayı tərəfindən müttəfiq respublikanın SSRİ tərkibindən çıxmasının yeni qaydasını müəyyən etmiş “SSRİ prezidentinin və müttəfiq respublikaların ali rəhbərlərinin birgə bəyanatından və SSRİ Ali Sovetinin növbədənkənar sessiyasının qərarlarından irəli gələn tədbirlər haqqında” qərar qəbul edilməsi nəticəsində öz qüvvəsini itirmişdi. Əslində, bu qərar olmasa belə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində qondarma referendum o vaxt artıq öz aktuallığını itirmiş 1990-cı il 3 aprel tarixli SSRİ Qanununun bir neçə maddəsi kobud şəkildə pozulmaqla keçirilmişdi (bununla əlaqədar, müəllifin apardığı ekspert təhlili ilə tanış olmaq üçün bax: http://aze.az/id/50938http://aze.az/id/50939).

Nəzərə almaq lazımdır ki, SSRİ-nin mövcudluğunun son anına qədər ölkədə ali hakimiyyət müttəfiq respublikaların (xüsusən muxtar respublikaların) hakimiyyət orqanlarının qərarları deyil, ittifaq hakimiyyət orqanlarının qərarları hesab edilirdi. Buna görə də ölkə daxilində inzibati sərhədlərin istənilən dəyişikliyi yalnız SSRİ-nin qüvvədə olan Konstitusiyasına əsasən və ittifaq hakimiyyət orqanlarının razılığı ilə həyata keçirilə bilərdi.

SSRİ tarixində ittifaqın ali hakimiyyət orqanlarının ən son qərarı isə SSRİ Dövlət Şurasının “Dağlıq Qarabağ Muxtar Vilayətinin SSRİ Konstitusiyasında təsbit edilmiş hüquqi statusunu dəyişdirən” bütün aktları qeyri-konstitusion hesab etmiş və “DQMV ərazisində konstitusion qaydanın bərpa edilməsini” qərara almış “Dağlıq Qarabağ Muxtar Vilayətində və Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhəd rayonlarında vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər haqqında” 1991-ci il 27 noyabr tarixli qərarı və SSRİ Konstitusiya Nəzarəti Komitəsinin Ermənistan SSR Ali Sovetinin “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında" 1989-cu il 1 dekabr tarixli qərarının və Ermənistan SSR MSK-nın DQMV ərazisində Ermənistan SSR Ali Sovetinə seçkilər üzrə seçki dairələrinin yaradılması haqqında qərarının SSRİ Konstitusiyasına və SSRİ qanunlarına zidd, Azərbaycan Respublikası Ali Sovetinin DQMV-nin ləğv edilməsi haqqında 1991-ci il 23 noyabr tarixli qərarının isə SSRİ Konstitusiyasının 86-cı və 87-ci maddələrinə uyğun gəlməyən hesab etmiş “SSRİ Ali Sovetinin və onun Rəyasət Heyətinin, Azərbaycan SSR (Azərbaycan Respublikası) Ali Sovetinin və Ermənistan SSR (Ermənistan Respublikası) Ali Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinə dair aktları haqqında” 1991-ci il 28 noyabr tarixli qərarı olmuşdur.

1991-ci il 27 noyabr və 1991-ci il 28 noyabr tarixli bu iki qərar 1991-ci il sentyabrın 2-də DQMV-nin və Azərbaycan SSR-in bir sıra başqa rayonlarının yerində qondarma “Dağlıq Qarabağ Respublikası” yaradılması haqqında özbaşına bəyannaməni ləğv edərək, DQMV-nin Azərbaycan SSR tərkibində statusunu təsdiq etmişdir.

Beləliklə, Dağlıq Qarabağ regionu de-jure məhz Azərbaycan Respublikasının tərkibində qalmaqla, SSRİ-dən çıxmış və beynəlxalq hüququn uti possidetis juris prinsipi üzrə beynəlxalq birlik, o cümlədən BMT tərəfindən, istisna olaraq Azərbaycan dövlətinin tərkib hissəsi kimi tanınmışdır.

Qanunsuz olan təkcə 1991-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində keçirilmiş qondarma “referendum” deyildi, əgər bundan sonra da birtərəfli qaydada “referendum” keçirilərsə, o da qanunsuz sayılacaqdır. Çünki o, Azərbaycan Respublikasının (tərkibinə Dağlıq Qarabağın de-jure daxil olduğu dövlətin) qüvvədə olan Konstitusiyasının 3-cü maddəsinə zidd olacaqdır. Həmin maddədə göstərilir ki, “Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər” və “Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələsi yalnız referendumla həll oluna bilər”.

Nəzərə alsaq ki, NATO Krımda “referendumu” qanuni saymaqdan onun məhz Ukrayna Konstitusiyasına zidd olması səbəbindən imtina etmişdir, buradan belə hasil olur ki, eyni səbəbə görə NATO oxşar qayda ilə 1991-ci ildə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində keçirilmiş qondarma “referendumu” da qanunsuz və onun statusu üçün heç bir hüquqi nəticəyə malik olmayan aksiya hesab edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Araşdırma:Yeməkdən əvvəl onun qoxusunun alınması toxluq hissi yaradır

Qazaxda tədbir: “Milli Qurtuluş Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bir gündür!”

Bolnisidə uşaq əməyinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Yeni nanotexnologiya çirkab sularındakı qida maddələrini gübrəyə çevirir - TƏDQİQAT

Ağcabədi taxılçıları qısa vaxtda 4 min hektardan çox sahədə biçin aparıblar

Lənkəran Türk dünyasının gənclər paytaxtı titulunu Almatıya təhvil verib

G7 ölkələrinin sammiti iyunun 16-da başlayacaq

Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası olub

Türkiyə və Yunanıstan rəsmiləri arasında növbəti siyasi dialoq keçirilib

Yardımlı və Masallı rayon sakinləri ilə görüş olub

Bakı Piano Festival – musiqi bayramıdır! - musiqi sənayesinin nümayəndələri qarşıdan gələn festival haqqında

CNN: ABŞ 500 mindən çox miqrantın yaşayış icazəsini ləğv edəcək

TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb

Almaniyanın müdafiə naziri Ukraynaya 1,9 milyard avroluq əlavə hərbi yardım vəd edib

Ziya Öztürkler: Bizə ən böyük dəstəyi Türkiyə və Azərbaycan göstərir

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb

Monteneqro Ukraynaya dəstək üçün Aİ missiyasına qoşun göndərir

İstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanı ictimaiyyətə təqdim edilib

“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsi keçirilir

Artıq taksi sürücüləri cərimələnməyəcək VİDEO

Artıq taksi sürücüləri cərimələnməyəcək VİDEO

Ukrayna və Rusiya İstanbul razılaşmaları çərçivəsində daha bir hərbi əsir mübadiləsi həyata keçirib

Fransada kiçik təyyarə qəzaya uğrayıb

“Cıdır düzü” kitabının təqdimatı keçirilib

Azərbaycan nümayəndə heyəti Urmiya şəhərində beynəlxalq konfransda iştirak edib

Milli Qurtuluş Azərbaycan tarixinin dönüş nöqtəsidir

Qivami Rəhimli: Artıq muğam Qarabağdadır, bununla belə “İrəvanda xal qalmadı” xalq mahnısındakı yurd həsrəti hələ də qalır...

® Bu yay sərhədləri yox, imtiyazları keçin

Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib

DVX-nin rəis müavini Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında iştirak edib

Hindistandakı təyyarə qəzasında Britaniya vətəndaşı sağ qalıb

TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb

Coğrafiya İnstitutunda Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Kevin De Bruyne “Napoli” ilə müqavilə imzalayıb

Azərbaycanla Beynəlxalq Enerji Agentliyi arasında əməkdaşlıq müzakirə edilib

Xaricdə təhsil almaq istəyən tələbələr bunları bilməlidir VİDEO

Xaricdə təhsil almaq istəyən tələbələr bunları bilməlidir VİDEO

Folklor İnstitutunda türk xalqlarının epos yaradıcılığı araşdırılır

Gürcüstanda qrant almaq prosedurları çətinləşdirilib

FHN yanında İctimai şuraya seçki keçirilib

Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

"Qızıl top" mükafatına namizədlərin adları avqust ayında açıqlanacaq

Bahar Muradova: Türk dünyasında ailə və sosial siyasət sahəsində birgə məqsədlər və dəyərlər bizi birləşdirir

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Azərbaycanın İndoneziya və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib

Xaçmazda əmək yarmarkası: 137 boş iş yeri, 3000 manatadək əməkhaqqı

Dilçilik İnstitutunda açıq məkan reklamlarının və media subyektlərinin monitorinqinin nəticələri müzakirə olunub

Qazaxıstan Prezidenti TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşüb

“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” təsdiq edilib

Hikmət Hacıyev: Azərbaycan ilə İordaniya arasında bütün səviyyələrdə və sahələrdə dərin münasibətlər mövcuddur

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

IDEA İctimai Birliyi Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirib

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlər də artırılıb

Azərbaycan Prezidenti Böyük Britaniyanın Baş nazirinə başsağlığı verib

Milli Məclisin Regional məsələlər komitəsində yeni tikinti qaydaları ilə bağlı qanun layihəsi müzakirə edilib

“Mançester Yunayted” braziliyalı hücumçunun transferini açıqlayıb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri cənab Kir Starmerə

“Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” - beynəlxalq elmi konfrans

AQTA və “Rosselxoznadzor”un nümayəndələri Rusiyaya ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı müzakirələr aparıblar

Yeni lazer texnologiyası Ay tozunu gələcək baza üçün tikinti bloklarına çevirəcək

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

BMU ilə Çin universiteti daha iki ixtisas üzrə ikili diplom proqramının icrasına başlayır

® Yusif Cabbarov: Trans-Xəzər kabel xətti regionda texnoloji inkişafa töhfə verəcək

İlham Zəkiyev: I Avropa Oyunları gözəl yuxu kimi yaddaşlarda qalıb

Qəlbin və qələmin hesabatı – Çağdaş poeziyamızın nəğməkarı

CAR-da sərt hava şəraiti nəticəsində azı 57 nəfər ölüb

FAO: Dünya dəniz balıq ehtiyatlarının 35 faizindən çoxu ifrat ovlanmaya məruz qalır

Hindistanda təyyarənin qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər YENİLƏNİB 7  VİDEO

Hindistanda təyyarənin qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər YENİLƏNİB 7 VİDEO

Türkiyənin biznes nümayəndələri ilə tərəfdaşlığın inkişafı müzakirə olunub

Milli Məclisin sədri: TÜRKPA ortaq maraqlarımızın reallaşmasına imkan verən mühüm platformadır

Yubilyar haqqında maraqlı kitab

Gürcüstanda Azərbaycan dili üzrə ilk dəfə Regional Olimpiada keçiriləcək

Şuşanın İƏT-in turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

Parisdə miqrantlar meriyanın qarşısına toplaşaraq sığınacaq tələb edirlər VİDEO

Parisdə miqrantlar meriyanın qarşısına toplaşaraq sığınacaq tələb edirlər VİDEO

Lənkərandakı Boks Mərkəzinə yüksək səviyyəli təlimçilər cəlb olunacaq

Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ağdam rayonunda əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib

Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Milli dövlətçiliyimizin xilaskarı – konfrans

BMT QAK qlobal miqyasda qaçqın və məcburi köçkünlərlə bağlı son hesabatını açıqlayıb

Ağsuda Şıxməzid xanəgah kompleksində arxeoloji qazıntılar - yeni tarixi faktlar üzə çıxıb FOTO VİDEO

Ağsuda Şıxməzid xanəgah kompleksində arxeoloji qazıntılar - yeni tarixi faktlar üzə çıxıb FOTO VİDEO

Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər

İRİA: Azərbaycanda nüvə kriminalistikası sahəsində işğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparılır

“Rəqəmsal əsrdə universitet kitabxanaları: beynəlxalq resurslar və repozitoriyalar - seminar

Daşkəsən şəhərində LED lampalı müasir işıq dirəkləri quraşdırılır VİDEO

Daşkəsən şəhərində LED lampalı müasir işıq dirəkləri quraşdırılır VİDEO

Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsinin tarixi açıqlanıb

Layihə rəhbəri: Qərbi Azərbaycanla bağlı yaradılan ilk vahid elektron bazaya 250 maddi-mədəni irs nümunəsi daxil edilib

Fərid Qayıbov: Təkcə boks deyil, digər idman növlərini də regionlarda inkişaf etdirmək istəyirik

BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Ankaradakı Heydər Əliyev Parkında ətraf mühitin mühafizəsinə həsr olunan festival keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Qərbi Azərbaycana Qayıdış” adlı virtual sərgi təşkil olunub

® “Huawei Watch 5” - smart saatdan birbaşa zənglər

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilib

Macarıstanın Baş naziri Viktor Orbandan

Ulu Öndərin xalq qarşısında tarixi xilaskarlıq missiyasını yerinə yetirdiyi şanlı gün ŞƏRH

Lənkəranda Cənub Regional Boks Mərkəzi açılıb

Qalmaqalın böyüdüyü Çexiyada müxalifət hökumətə etimadsızlıq votumu tələb edir

Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçirilib

Şimali Kipr parlamentinin sədri: Azərbaycanın mövqeyi Lefkoşa ilə əməkdaşlığın vacib nümunəsidir

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir