Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

Naxçıvan, 1 may, Rauf Kəngərli, AZƏRTAC

Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılışı olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festival iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə tər gül dəstələri düzüb və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılışı münasibətilə tədbir iştirakçılarını təbrik edib, şahmatçıları və qonaqları salamlayaraq deyib ki, Azərbaycanda şahmatın qədim tarixi var. Lakin intellektual idman növü kimi şahmatın inkişafına ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə nail olunub, ötən əsrin 70-ci illərində Azərbaycan şahmat məktəbi formalaşıb. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə müasir tələblər səviyyəsində şahmat məktəbləri, şahmatın inkişafı ilə bağlı maddi-texniki və tədris bazası yaradılıb. Şahmatın inkişafı hər bir ölkənin və xalqın ümumi intellektual potensialını göstərir. Qeyd etmək xoşdur ki, Azərbaycan Respublikası da şahmatın dövlət səviyyəsində himayə olunduğu ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir”.

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqətin nəticəsidir ki, yetişən gənc nəsil üçün şahmat daha əlçatan olub. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzinin, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəblərinin istifadəyə verilməsi, ümumtəhsil məktəblərində şahmat fənninin tədrisi, Naxçıvanda beynəlxalq şahmat festivallarının və digər yarışların keçirilməsi şahmat hərəkatının genişlənməsinə öz təsirini göstərib. Hazırda muxtar respublikada 1 qrossmeyster, 2 beynəlxalq şahmat ustası, 3 FIDE ustası, 1 beynəlxalq hakim və 1 FIDE hakimi fəaliyyət göstərir. 4 minə yaxın gənc şahmatla məşğul olur. Gənc şahmatçılardan üçünün adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və Ali Məclis Sədrinin aylıq xüsusi təqaüdünə layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri yarışların əsl idman mübarizəsi şəraitində keçəcəyinə əminliklə “Naxçıvan-2018” beynəlxalq şahmat festivalını açıq elan edib, hər bir şahmatçıya qələbə arzulayıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov çıxışında bildirib ki, Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivallarının keçirilməsi böyük məna kəsb edir. Çünki Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə şahmatın inkişafına böyük qayğı göstərilib. Hələ Sovet İttifaqı dövründə dünya şahmat tacının Azərbaycana gətirilməsində də görkəmli dövlət xadiminin əvəzsiz xidmətləri olub. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də şahmatın inkişafına xüsusi diqqət və qayğı göstərir. Buna görədir ki, Azərbaycan şahmatçıları hər il daha böyük uğurlar əldə edirlər. Son 10 ildə Azərbaycan millisi üç dəfə tarixi şahmat ənənələri olan Avropada qızıl, gümüş və bürünc medallar qazanıb. Şahmatın inkişafı ilə bağlı dünyada yeganə dövlət proqramının Azərbaycanda qəbul olunması da şahmata dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafına böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində son illər Naxçıvanda şahmat böyük inkişaf yolu keçib. Artıq naxçıvanlı şahmatçılar beynəlxalq turnirlərdə, dünya və Avropa birinciliklərində yüksək nəticələr əldə edirlər.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Naxçıvanda ənənə halını almış beynəlxalq şahmat festivallarının keçirilməsinin böyük əhəmiyyəti var. Çünki Ümummilli Liderimiz Azərbaycanda bütün sahələrlə yanaşı, bədən tərbiyəsi və idmanın, o cümlədən şahmatın inkişafına hərtərəfli qayğı göstərib. Bu gün də ölkə Prezidenti Azərbaycanda şahmatın inkişafını diqqətdə saxlayır. Göstərilən qayğı sayəsində gənclərin şahmata marağı xeyli artıb, bunun məntiqi nəticəsi olaraq Azərbaycan şahmatçıları beynəlxalq turnirlərdə böyük uğurlar qazanıblar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçvan-2018” Beynəlxalq Şahmat Festivalı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azad Rəhimov muxtar respublikada idmanın və şahmatın inkişafı sahəsində görülən işlərə, eləcə də festivalın təşkilinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.

Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti, Türkiyə Respublikasının Şahmat Federasiyasının prezidenti Gülkız Tülay çıxış edərək deyib: Naxçıvanda olduğum iki gün ərzində ulu öndər Heydər Əliyevin qeyd etdiyi “Bir millət, iki dövlət” fikrini bir daha yaxından hiss etdim. Bu müddət ərzində muxtar respublikadakı şahmat məktəblərində olmaq və onlar haqqında məlumat almaq imkanı əldə etdim. Burada gözəl şahmat məktəbləri var. Muxtar respublikanın şahmat infrastrukturuna və qabaqcıl təcrübəsinə əsaslanaraq demək olar ki, dövlət bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Şahmatçılar isə bundan bəhrələnərək özlərini inkişaf etdirirlər. Bu mənada Naxçıvanda şahmatın inkişafı sahəsində görülən işlər nümunə gücündədir. Beynəlxalq Şahmat Federasiyası şahmatın inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdə Naxçıvan nümunəsini örnək götürməli və tətbiq etməlidir. Gülkız Tülay “Naxçvan-2018” Beynəlxalq Şahmat Festivalına dəvət edildiyinə görə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov Beynəlxalq Şahmat festivallarının keçirildiyi ötən 8 ildə Naxçıvanda şahmat sahəsində böyük nailiyyətlərin əldə edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, göstərilən dövlət qayğısı da şahmatın yeni mərhələdə inkişafına geniş imkanlar açır. Muxtar respublikanın bütün məktəblərində şahmatın tədris olunması, şahmat məktəblərinin fəaliyyət göstərməsi Naxçıvanda dünya əhəmiyyətli şahmatçıların yetişməsi üçün əsaslı zəmin yaradıb. Naxçıvan beynəlxalq şahmat mərkəzinə çevrilib. Dünyanın ən güclü şahmatçılarının festivalda iştirak etməsi bunu bir daha təsdiq edir.

Sonra şahmat festivalının püşkü atılıb.

“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında A, B və C qruplarında 15 ölkədən 300-dən artıq şahmatçı mübarizə aparacaqdır. 23 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 14 FIDE ustası, eləcə də ustalığa namizəd şahmatçıların iştirak etdiyi festival mayın 10-dək davam edəcəkdir.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb