Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Naxçıvan avtomobil zavodunda “Lifan”ın cip tipli yeni modelinin istehsalına başlanılmışdır

Naxçıvan, 16 yanvar (AZƏRTAC). Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan avtomobil zavoduna gəlmiş, burada istehsalına yeni başlanılan cip tipli minik avtomobilinin texniki xüsusiyyətləri və keyfiyyət göstəriciləri ilə tanış olmuşdur.

Ali Məclisin sədri yeni avtomobil modelinin istehsalı münasibətilə kollektivi təbrik edərək demişdir ki, bir neçə il bundan əvvəl Naxçıvanda minik avtomobillərinin istehsalı barədə qəbul olunmuş qərar bu gün öz bəhrəsini verir. Zavodda avtomobil istehsalı üçün uğurlu modellərin seçilməsi, bazarda özünə yer tutan keyfiyyətli avtomobillərin istehsalı alıcı rəğbətinin qazanılmasına səbəb olmuşdur. Bu gün zavodda yeni modeldə avtomobillərin istehsalına başlanılır. Gələcəkdə istehsal olunan modellər tələblər nəzərə alınaraq daha da təkmilləşdiriləcəkdir. Avtomobillərə yüksək texniki xidmətin göstərilməsi üçün yeni texniki xidmət mərkəzlərinin yaradılması da nəzərdə tutulur.

Ali Məclisin sədri qeyd etmişdir ki, müasir dövrdə insanlar daha az yanacaq sərf edən, keyfiyyəti ilə seçilən, ehtiyat hissələri ucuz başa gələn, komfortlu və təhlükəsiz avtomobillərə daha çox üstünlük verirlər. Naxçıvanda istehsal olunan avtomobillər də bu baxımdan alıcıların tələblərinə tam uyğundur. İnsanların sağlamlıqlarının, təhlükəsizliklərinin qorunması, baş verə biləcək qəzalar zamanı onların həyatının xilası daim diqqət mərkəzində saxlanılmalıdır. Bu vacib məsələlərə dövlətimiz tərəfindən xüsusi diqqət yetirilir.

Vurğulanmışdır ki, zavodda istehsal olunan avtomobillərə təkcə ölkə daxilində yox, xaricdə də tələbat vardır. Ona görə də avtomobillərin təhlükəsizlik standartlarına cavab verən tələblər səviyyəsində keyfiyyətlə istehsalına ciddi diqqət yetirilməlidir.

Gəncə avtomobil zavodunun direktoru Xanlar Fəthiyev Naxçıvanda müasir modeldə avtomobillər istehsal edən zavodun fəaliyyət göstərməsinin muxtar respublikanın yüksək iqtisadi inkişafının daha bir göstəricisi olduğunu qeyd etmiş, yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

Məlumat vermişdir ki, 2010-cu ilin yanvar ayında fəaliyyətə başlayan zavodun illik istehsal gücü 4 min minik avtomobilidir. Burada avtomobillərə satışdan sonra da yüksək texniki xidmət göstərilir. Hazırda zavodda “NAZ Lifan-320”, “NAZ Lifan-520” və “NAZ Lifan-620” markalı minik avtomobilləri istehsal olunur. Artıq Naxçıvan avtomobil zavodunda yeni “NAZ Lifan X-60” markalı cip minik avtomobillərinin də istehsalına başlanılmışdır.

Ali Məclisin sədri hazır və yığılma–istehsal mərhələsində olan yeni avtomobillərin texniki göstəriciləri ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, mexaniki sürət qutusu ilə təchiz edilmiş yeni avtomobil qənaətcilliyi və yüksək manevr qabiliyyəti ilə seçilir və 100 kilometrə 8,2 litr yanacaq sərf edir. Muxtar respublikanın relyefi üçün də əlverişli olan bu minik maşınları müasir interyerə və özünəməxsus xarici dizayna malik olmaqla bərabər, həm də “Avro-3” standartlarına uyğundur. Minik avtomobili çətin yol şəraiti üçün də idealdır. Bütün bu xüsusiyyətlər avtomobilin daxili və xarici bazarda tezliklə özünə yer tapacağına əminlik yaradır.

Qeyd olunmuşdur ki, ön ötürmə ilə təmin olunmuş avtomobil dözümlülüyü və yüksək keyfiyyəti ilə fərqlənir. Bütün kateqoriyalar üzrə standartlara uyğun olan avtomobilin geniş yük yeri, təhlükəsizlik yastıqları, ABS əyləc sistemi və kondisioneri vardır. ABS əyləc sistemi baş verə biləcək qəzaların qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Qiyməti 13 min 500 manat olan yeni minik maşınlarını 2 illik zəmanətlə kreditlə də almaq mümkündür.

Bildirilmişdir ki, Almaniya, İtaliya və Belçika istehsalı olan ən müasir avadanlığın quraşdırıldığı zavodda texniki imkanlardan səmərəli istifadə olunaraq “NAZ Lifan-320” və “NAZ Lifan-620” markalı avtomobillərin avtomat sürət qutusu ilə istehsalına da başlanılmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oğuzda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Mübariz Qurbanlı: Hazırda fəaliyyət göstərən din xadimləri də attestasiyadan keçiriləcək

Hərbi ekspert: Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalanacağı mühüm imkanlar irəli sürür

Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb

Nazir: Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı bütün ölkələrə göstərdikləri dəstəyə görə minnətdarıq

Əsirlikdəki şəxslərin azad olunması Prezidentin Azərbaycan vətəndaşlarına, hərbçilərinə verdiyi dəyərin bariz nümunəsidir - RƏY

“Ocaq Sport” klubunun 10 illik yubileyi ilə əlaqədar Qala şou keçirilib

Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir RƏY

“Gəncə” mövsümdə ikinci qələbəsini qazanıb

Növbədənkənar prezident seçkiləri zərurətdən yaranan reallıqdır - RƏY

Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində

“Xırdalan”ın baş məşqçisi: Hər bir komanda ilə başabaş mübarizə aparacaq gücə sahibik

İyirmi illik liderliyin Zəfər zirvəsi - ədalətin və bütövlüyümüzün qələbəsi - RƏY

Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

Çin şirkəti metanla uçan raketlə orbitə üç peyk buraxıb

Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub

Komitə sədri: Əsl ehsan yol çəkmək, bulaq tikmək, kimsəsizə əl tutmaq, ac insanları doydurmaqdır

Bloomberg: İsveçrə saatlarının populyarlıq zirvəsi geridə qalıb

Qış mövsümündə faydalı və zərərli qidalar

Naxçıvanda təhsil müəssisələrində vakant vəzifələr üzrə ilk dəfə müsabiqə keçirilir

Psixoloq seçərkən nələrə diqqət etmək lazımdır? - RƏYLƏR

Ölkənin ən böyük intellektual turnirin qalibi Qubada müəyyənləşir

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə keçirilən təlim-metodiki toplantı başa çatıb

Qadın futbolçulardan ibarət millinin üzvləri ilə görüş

Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanılıb

FIFA-nın baş katibi Azərbaycan millisinə liderlik mövzusunda seminar keçib

Yığmanın kapitanı: Düşünürəm ki, başabaş mübarizə aparıb qrupdan çıxa bilərik

Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olunub

Keniya Respublikasının Prezidenti Zati-aliləri cənab Uillyam Samoei Rutoya

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirib

Sorğu: Almanların 74 faizi Olaf Şoltsun işindən narazıdır

İsveçdə 1-9-cu sinif şagirdlərinə mobil cihazlardan istifadə qadağan ediləcək

Stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Azərbaycan millisində iki əcnəbi basketbolçu - EKSKLÜZİV

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışlarda iki medal qazanıb

Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək

Bakıda FIA-nın mükafatlandırma mərasimi çərçivəsində mətbuat konfransı keçirilib

Milli Qəhrəman Şikar Şikarovun xatirəsi anılıb

“Kardiologiyada yeni çağırışlar–2023” mövzusunda beynəlxalq elmi konqres keçirilib

Professor Ziyafət Həbibova: Ulu Öndər zamanın fövqündə dayanır

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə tədbiri keçirilib

Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılıb VİDEO

MDU-nun Bakı filialı Tədris-metodiki şöbəsində dispetçer vəzifəsinə işə qəbul elan edir

XƏBƏRDARLIQ: Bakıda və Abşeron yarımadasında küləkli hava gözlənilir

Azərbaycan-Ermənistan siyasi razılaşması birbaşa dialoqun nəticəsidir ŞƏRH

Sabah növbəti GRE imtahanı təşkil ediləcək

Gömrük postlarında gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

Ana bətnində aparılan müalicə və əməliyyatlar uşaq ölümlərinin qarşısının alınmasına müsbət təsir edir

Haaqa azərbaycanlıları humanitar minatəmizləmənin BMT-nin hədəfi kimi tanınmasını tələb edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı xəzinədar vəzifəsinə işə qəbul elan edir

Türkiyədə daha bir cinayətkar qruplaşma zərərsizləşdirilib

Brüssel Azərbaycan Evi tərəfindən beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb

Ölkə ərazisində yağıntılı hava gözlənilir

Kiyev prokurorluğu metroya su dolması ilə bağlı təhqiqata başlayıb

Professor: Ölkəmizin bütün ərazisində suverenliyin bərqərar edilməsi Heydər Əliyev strategiyasının düzgünlüyünü göstərdi

Hər bir yaş qrupunda ürək-damar xəstəliklərindən ölüm halları azalır

Aİ süni intellekt barədə dünyanın ilk qanunu qəbul edilə bilər

İtaliyada xəstəxanada yanğın: 4 nəfər ölüb, 134 xəstə təxliyə edilib

Bakıdakı FIA Prize-Giving 2023 möhtəşəmliyi ilə yadda qaldı VİDEO

Müdafiə naziri: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb

Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir

Emin Əmrullayev: Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik

Komitə sədri: İndiyədək məscidlərə 272 nəfər din xadimi təyin edilib

Moskvada AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb VİDEO

Hava şəraiti ilə bağlı DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Mütəxəssis: Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası beynəlxalq ictimaiyyətə müraciət edib

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 5 milyard 556 milyon manat təşkil edib

Vaşinqtonda azərbaycanlı xanım rəssamların rəsm əsərlərindən ibarət sərgi açılıb

Növbədənkənar prezident seçkilərinin keçirilməsini yeni şərait və reallıqlar şərtləndirir RƏY

İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı

Ağcabədi və bir sıra kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

İcma: Ermənistanı Qərbi azərbaycanlılarla dialoq və barışıq yolunda etimad quruculuğu addımları atmağa çağırırıq

Azərbaycan Tbilisidə keçirilən ənənəvi “Qış xeyriyyə yarmarkası”nda təmsil olunub

Zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb

FAO dünya bazarlarında ərzaq məhsullarının son qiymətlərini açıqlayıb

Nazir: Azərbaycanın ərazi bütövlüyünün tam bərpası xalqımızın tarixində şanlı səhifə kimi qalacaq

Azərbaycanın qeyri-neft sektoruna Türkiyədən birbaşa investisiya 3,5 milyard dollardır

Tələbələr arasında “Dəmir yumruq” intellektual müsabiqəsi keçirilir

Tovuzda şəxsin qatar vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

Növbədənkənar prezident seçkiləri ilə ölkəmizin növbəti inkişaf mərhələsinin əsası qoyulacaq – Siyasi şərhçi

UNESCO Qeyri-Maddi Mədəni İrs Konvensiyasının 20 illiyini qeyd edib

Moskva Dövlət Universitetinin Bakı filialı redaktor-korrektor vəzifəsinə işə qəbul elan edir

Ü.V.Baxşəliyevin Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mustafa Abbasbəyli: Yerli istehsalın inkişafı məşğulluğun artırılmasına gətirib çıxaracaq

Q.D.Osmanovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qarabağa investisiya yatırmaq üçün müraciət edən Türkiyə şirkətlərinin sayı açıqlanıb

Q.D.Osmanovun Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

H.N.Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.A.Əliyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sabah 400-dən çox iddiaçı xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcək

M.A.Əliyevin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.A.Əliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Binəqədidə beş tapança və bir avtomat könüllü polisə təhvil verilib VİDEO

Ü.V.Baxşəliyevin Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Cənubi Koreya, ABŞ və Yaponiya KXDR-in təhdidlərinə qarşı əməkdaşlığı gücləndirəcək

Ağdam Sənaye Parkında qazobeton zavodunun inşası yekunlaşıb VİDEO