Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir
Müşavirədə elm və təhsil müəssisələrində qarşıda duran vəzifələr müzakirə edilmişdir

Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində elm və təhsil müəssisələrində qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: “Elm və təhsilin inkişafı hər bir ölkədə prioritet sahədir. Çünki yüksək təhsilli və geniş dünyagörüşə malik vətənpərvər gənclərin yetişdirilməsi ölkənin gələcəyini təmin edir. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə elm və təhsilin inkişafını, ixtisaslı kadrların hazırlanmasını, vətənpərvər gəncliyin formalaşdırılmasını daim diqqət mərkəzində saxlamışdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bu sahəyə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunan və xaricdə təhsil almağa göndərilən tələbələrin sayı artır, ölkəmizdə müxtəlif elm sahələri yaradılır, elmin iqtisadiyyata tətbiqi genişləndirilir. Bütün bunlar isə elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsini, bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsini tələb edir”.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli elm və təhsil müəssisələrində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin

sədri Asəf Məmmədov və Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayev müzakirə olunan məsələ ilə bağlı məlumat vermişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Muxtar respublikada təhsil sahəsində ardıcıl tədbirlər görülür. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunurlar. Bütün bunlar onun üçündür ki, təhsil daha səmərəli idarə olunsun, təhsil bazası daha da möhkəmləndirilsin, məktəbli və gənclərin ən qabaqcıl təhsilə yiyələnmələrinə əlverişli şərait yaradılsın”.

Ali Məclisin sədri aidiyyəti təşkilatlara konkret tapşırıqlar verərək demişdir: “Yaradılanların müqabilində Naxçıvan Muxtar

Respublikasının Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tədris prosesinin qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun qurulmasını təmin etməlidirlər. Professor-müəllim heyəti pedaqoji etika normalarına riayət etməli və müəllim nüfuzunu yüksək tutmalıdır. Təhsil müəssisələrinə kompyuterlər, elektron lövhələr verilir, yeni fənn kabinələri yaradılır, bir sözlə, təhsil müəssisələri müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunurlar. Buna baxmayaraq, şagird, tələbə və müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından, elektron lövhələrdən və digər texniki vasitələrdən sərbəst və səmərəli istifadələri tələb olunan səviyyədə deyil. Bu sahəyə nəzarət gücləndirilməli, təlim prosesinin qabaqcıl texnologiyalar və yeni təlim üsullarına uyğun qurulması təmin olunmalıdır. Bununla yanaşı, müəllimlərin ixtisas, elmi-pedaqoji səviyyələrini və peşə biliklərini mütəmadi olaraq artırmaları diqqətdə saxlanılmalıdır. Bəzi müəllimlər öz üzərlərində çalışmırlar. Onlar müasir təlim metodlarından istifadə edə bilmir, dərslərə xüsusi hazırlaşmır, məlumat üçün əlavə mənbələr axtarmırlar. Belə halların aradan qaldırılması üçün müəllimlərlə sistemli iş aparılmalı, onların hazırlıq səviyyəsinin artırılması nəzarətə götürülməlidir”.

Qeyd olunmuşdur ki, kitab mütaliəsinə marağın artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasında ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublika Kitabxanasında, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanalar, eləcə də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana xidməti yaradılmışdır. Buna baxmayaraq, alim və tədqiqatçılar, müəllim, tələbə və şagirdlər yaradılan elektron və ənənəvi kitabxanalardan lazımi səviyyədə istifadə etmirlər. Bu, təhsil və elm müəssisələrinin rəhbərlərini düşündürməlidir.

Ali Məclisin sədri demişdir: “Təhsil müəssisələrində şagird və tələbələrdə fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması, onların

vətənpərvərlik və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi sahəsində də fəaliyyət artırılmalıdır. Şagird və müəllimlərin fiziki sağlamlığının təmin olunması məqsədi ilə təhsil müəssisələrində bədən tərbiyəsi və idman dərslərinin təşkili ciddi nəzarətə götürülməli, bu dərslərdə idman geyim formalarına əməl olunmalıdır. Bugünkü gənclərin xarici dil bilməsi olduqca vacibdir. Təhsil müəssisələrində xarici dillərin tədrisi səviyyəsinə nəzarət gücləndirilməlidir. Bununla yanaşı, istedadlı şagirdlərin və tələbələrin üzə çıxarılması məqsədi ilə də zəruri tədbirlər görülməli və onlar üçün lazımi şəraitin yaradılmasına diqqət artırılmalıdır”.

Ali Məclisin sədri demişdir ki, müəllim, şagird və tələbələrin dərsə davamiyyətinə, nizam-intizama əməl etmələrinə ciddi nəzarət olunmalı, tələbkarlıq artırılmalıdır. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri təhsil müəssisələrində təhsil alan və təhsil verənlərin müəyyən olunmuş geyim formasından düzgün istifadəsini təmin etməli, bu işlə şəxsən məşğul olmalıdırlar. İqtisadi İnkişaf Nazirliyi təhsil müəssisələrinin geyim formalarına olan tələbatını müəyyənləşdirməli, qəbul edilmiş formada şagird, tələbə və müəllimlər üçün keyfiyyətli parçadan geyim dəstlərinin

hazırlanmasını və münasib qiymətə satışını təmin etməlidir. Rayon icra hakimiyyətləri məktəbli geyim formalarının kəndlərdə yaradılmış xidmət mərkəzlərində satışına nail olmalıdırlar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli, tələbə və müəllim geyim formalarının keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılmasına nəzarəti artırmalıdır.

Valideyn himayəsindən məhrum olmuş uşaqların da məktəbli ləvazimatları ilə təminatı diqqət mərkəzində saxlanılmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri bu qəbildən olan uşaqları pulsuz məktəbli geyimləri və məktəbli ləvazimatları ilə təmin etməlidirlər.

Bildirilmişdir ki, ali və orta ixtisas təhsili müəssisələri müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına diqqəti artırmalıdırlar. Təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi baxımından elmi əlaqələrin yaradılması da diqqətdə saxlanılmalıdır. Müəllim və tələbə mübadiləsi, digər ölkələrdən müəllimlərin dəvət olunması və ya distant təhsilin təşkili istiqamətində fəaliyyət gücləndirilməlidir.

Ali Məclisin sədri demişdir: “Yenidən qurulmuş və ya tikilərək istifadəyə verilmiş təhsil müəssisələrinin yeməkxanalarında xidmət üçün hər cür şərait yaradılmışdır. Buna baxmayaraq, yaradılan şəraitdən düzgün istifadə edilmir. Aparılmış yoxlamalar göstərir ki, təhsil müəssisələrində məktəblilərin sağlamlığı üçün zərərli olan, həmçinin uyğunluq sertifikatı olmayan ərzaq məhsulları satılır. Bu məhsulların sanitariya tələblərinə cavab verməyən şəraitdə saxlanılması halları da mövcuddur. Yeməkxanalarda təmizliyə əməl

edilməli, işçilər müvafiq geyim formasında olmalıdırlar.

Naxçıvan Muxtar Respublikasının Təhsil, İqtisadi İnkişaf və Səhiyyə nazirlikləri təhsil müəssisələrində sağlamlıq, iaşə və məişət xidmətlərinin təşkilinə və sanitariya-gigiyena normalarına əməl olunmasına nəzarət etməlidirlər. Təhsil və İqtisadi İnkişaf nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təhsil müəssisələrindəki, eləcə də məktəbəqədər təhsil müəssisələrindəki yeməkxanalara alınan ərzaq məhsullarının keyfiyyətinə və onların yerli məhsullar olmasına nəzarəti artırmalıdırlar. Bu müəssisələrin ərzaq təminatı İqtisadi İnkişaf Nazirliyi tərəfindən yoxlanılmış və müvafiq qaydada uyğunluq sertifikatı almış yerli istehsal qurumları tərəfindən aparılmalıdır. Təhsil müəssisələrinə kənar yerdən ərzağın və yeməyin gətirilməsinə yol verilməməlidir. Şəhər və rayon icra hakimiyyətləri məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlam qida ilə təminatı üçün birbaşa məsuliyyət daşıdıqlarını unutmamalıdırlar”.

Muxtar respublikada bütün sahələrdə iş həcminin artırılmasının və müasir texnikanın tətbiqinin ixtisaslı kadrlara olan tələbatı da

artırdığına diqqəti çəkən Ali Məclisin sədri demişdir: “Bununla bağlı əmək bazarının öyrənilməsi və ayrı-ayrı peşələrə olan tələbatın düzgün müəyyən edilməsi indi daha böyük əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə peşə təhsili üzrə kadr hazırlığını mövcud tələbatlar nəzərə alınmaqla aparmalı, buna uyğun olaraq kursların yaradılması təmin edilməlidir”.

“Muxtar respublikada elm sahəsində bir sıra tədqiqat işləri aparılır. Amma nəticə baxımından səmərəli təkliflərin sayı azdır”,- deyən Ali Məclisin sədri bildirmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri bu sahədə dönüş yaratmalı, aparılan elmi tədqiqatların səmərəliliyinə diqqəti artırmalı, elmin iqtisadiyyata tətbiqi genişləndirilməli, elmi-tədqiqat institutları ali təhsil müəssisələri ilə əlaqəni möhkəmlətməlidirlər. Gənc tədqiqatçıların hazırlanması sahəsində tədbirlər gücləndirilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin qısa müddətdə nəşrə verilməsini təmin etməlidir. Dövlət Gömrük Komitəsinə tapşırılmışdır ki, muxtar respublikaya gətirilən məktəbli ləvazimat və geyimlərinin keyfiyyətinə nəzarət etsin, məktəbli və tələbələrin, eləcə də müəllimlərin sağlamlığına mənfi təsir göstərən, keyfiyyət sertifikatı olmayan məhsulları muxtar respublika ərazisinə buraxmasın.

Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilmiş, qeyd olunmuşdur ki, muxtar respublikada elm və təhsil müəssisələri yeni binalarla təmin olunmuş, binaların ətrafında yaşıllıq sahələri yaradılmışdır. Lakin bir çox hallarda binalar və onlarda olan avadanlıqlar lazımi səviyyədə saxlanılmır, yaşıllıq sahələrinə isə kifayət qədər qulluq göstərilmir. Aidiyyəti təşkilatlar yerləşdikləri binaları, burada quraşdırılmış avadanlıqları və binaların ətrafındakı yaşıllıqların qorunmasını, binaların ətrafının təmiz saxlanılmasını təmin etməlidirlər.

Ali Məclisin sədri qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb