Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Naxçıvan Muxtar Respublikasında Bilik günü Dəmirçi kənd tam orta məktəbinin yeni binasının açılışı ilə qeyd olunmuşdur

Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dəmirçi kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hər il sentyabrın 15-də ölkəmizdə yeni tədris ilinin başlandığını və Bilik gününün qeyd olunduğunu bildirmiş, bu münasibətlə ümumtəhsil məktəblərinin şagirdlərini, ali və orta ixtisas məktəblərinin tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, bütün pedaqoji kollektivləri və valideynləri təbrik edərək demişdir: “Muxtar respublikamızda yeni tədris ilində yeni təhsil müəssisələrinin istifadəyə verilməsinin özünəməxsus ənənəsi formalaşmışdır. Bu gün Şərur rayonundakı Dəmirçi kənd tam orta məktəbinin yeni binası şagirdlərin və müəllimlərin istifadəsinə verilir. 1026 şagird yerlik məktəb binasında təhsilin ən müasir standartlara uyğun şəkildə qurulması üçün nümunəvi iş şəraiti yaradılmış, müasir informasiya sistemləri, elektron lövhələr quraşdırılmış, sinif otaqları, fənn laboratoriyaları yaradılmışdır. Dəmirçi kənd məktəbinin təhsil sahəsindəki nailiyyətləri əsas verir deyək ki, kollektiv yaradılan şəraitdən faydalanaraq bu nailiyyətləri daha da artıracaqdır”.

Ali Məclisin Sədri məktəbin kollektivini və kənd sakinlərini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etmiş, yeni tədris ilində uğurlar arzulamışdır. Ali Məclisin Sədri qeyd etmişdir ki, hər bir xalqın inkişaf səviyyəsini onun mənsub olduğu ölkənin təhsil səviyyəsi ilə ölçürlər. Hələ qədim zamanlardan müdriklər belə deyirdilər ki, “inkişaf yalnız təhsil və biliyin hökmünə tabe etdirildikdə gözəl nəticələr verə bilər”. Azərbaycanda təhsilin inkişafı, onun ölkəmizin və xalqımızın mənafeyinə uyğunlaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində təhsili himayə etmiş, bu sahənin inkişafını dövlətin əsas vəzifəsi hesab etmişdir. Müstəqil Azərbaycanın Ümummilli Liderimizin rəhbərliyi ilə hazırlanan təhsil strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən “iqtisadi potensialın insan kapitalı potensialına çevrilməsi” prinsipi, eləcə də dünyanın yeni reallıqları nəzərə alınaraq davam və inkişaf etdirilir.

Ali Məclisin Sədri demişdir: “Muxtar respublikamızda da təhsilin inkişafı prioritet vəzifələr sırasındadır. Yeni məktəblər tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir, müəllim və şagirdlər üçün nümunəvi iş şəraiti yaradılır. Təhsil müəssisələrində ən müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunur. Bir sözlə, şagirdlərin və tələbələrin zehni və fiziki inkişafı, bilik və bacarıqlarını artırmaları üçün lazım olan bütün şərait yaradılır. Təhsil müəssisələrinin rəhbərləri, pedaqoji kollektivlər yaradılanlardan səmərəli istifadə etməli, təhsilin nəticəli olmasına, öz bəhrəsini verməsinə çalışmalıdırlar. Bu gün dünya təhsil sisteminə inteqrasiya, təhsilin məzmun və formaca yeniləşməsi təhsilimizin qarşısında duran əsas vəzifədir”. “Uşaqların və gənclərin əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi hazırlanmasında təhsilin rolu böyükdür. Bu mənada məktəblərin və müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Pedaqoji kollektivlər məsuliyyətlə və tələbkarlıqla çalışmalı, şagird, kursant və tələbələri yüksək təhsilli vətəndaşlar kimi yetişdirməlidirlər”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, yetişməkdə olan gəncliyi müstəqil Azərbaycan dövlətinə sədaqət ruhunda böyütmək hər bir ailənin və pedaqoji kollektivin əsas vəzifəsi olmalıdır. Keçirilən dərslərdə dövlət rəmzlərinə, müstəqilliyimizə, Azərbaycan xalqının tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanmalı, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Məktəblərdə yalnız fiziki cəhətdən hazırlıqlı və ya bilikli yox, eyni zamanda, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilməlidir.

Ali Məclisin Sədri Ulu Öndərimizin müəyyənləşdirdiyi vəzifələrin icrasında tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Sonra məktəbin müəllimi Aygün Yusifova və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış etmişlər. Bildirilmişdir ki, son 15 ildə muxtar respublikada 200-ə yaxın məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

Hazırda muxtar respublikada 20 ümumtəhsil məktəb binasında tikinti, əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Təkcə son 8 ildə muxtar respublikanın təhsil müəssisələri 1 milyon 754 minə yaxın dərsliklə təmin olunmuşdur. Məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına dair Dövlət Proqramına uyğun olaraq, hər 15 şagirdə 1 kompyuter düşməklə ümumtəhsil məktəblərinə 3 min 183 kompyuter dəsti verilmiş, bu kompyuterlərin 83 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində quraşdırılan elektron lövhələrin sayı 500-ə çatdırılmışdır. Tələbə adını qazanan məzunlardan 312 nəfəri 500-700 arasında yüksək bal toplamış, onlardan 6 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.

Ali Məclisin Sədri Vasif Talıbov Şərur rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompyuter dəsti hədiyyə etmiş, binanın açılışını bildirən lenti kəsmişdir. Məlumat verilmişdir ki, üç mərtəbədən ibarət olan məktəb binasında dördü elektron lövhəli olmaqla 57 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, üç kompyuter otağı vardır.

Bildirilmişdir ki, Dəmirçi kənd tam orta məktəbində bu tədris ilində 48 şagird birinci sinfə qəbul olunmuşdur. Məktəbin kitabxanasında 20 minə yaxın kitab, kompyuter otaqlarında 57 kompyuter vardır. Kompyuterlərin hər birinə xüsusi tədris proqramları yüklənmiş və internetə qoşulmuşdur.

Məktəbin həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: İtkin düşən Şirvan sakini Bakıda tapılıb

Qvatemalada 6,2 bal gücündə zəlzələ qeydə alınıb

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Forumda iştirak edib  YENİLƏNİB - 2 VİDEO

Livanın cənubunda silsilə partlayışlar baş verib

Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir

Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

Göbələk depressiyadan qurtulmağa kömək edir

Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb

Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib

Marneulidə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib

Qırğızıstan informasiya agentliyi Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını geniş işıqlandırıb

Gürcüstan və Avstriya parlamentariləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Naxçıvanda gömrük sahəsində yüksək nailiyyətlər üçün ticarətin asanlaşdırılması imkanları nəzərdən keçirilib

Türkiyə mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

Əməkdar artist Fuad İbrahimov haqqında “Euronews” telekanalında süjet yayımlanıb

“Kazinform”: AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə COP29-un əhəmiyyətini qeyd edib

İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

Fransada parçalanmış parlament koalisiya hökumətinin qurulması prosesinə başlayır

Azərbaycan klubu Qubada keçirilən beynəlxalq basketbol turnirində mübarizəni dayandırıb

MN: “Birləşdik - 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Şanxayda Qədim Misir eksponatları sərgisinə rekord sayda ziyarətçi gəlib

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Azərbaycan Prezidenti: Biz gözəl bilirik ki, ən çox karbon tullantıları istehsal edən böyük ölkələr hansılardır

Prezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun

Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var

Prezident İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Prezident: Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim

Prezident İlham Əliyev: Ümid edirəm ki, seçkilərdən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış olacaq

BMT Ümumdünya Şahmat Gününü dayanıqlı inkişaf kontekstində qeyd edib

Azərbaycan Prezidenti: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər

Prezident: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Türkiyədə növbəti aeroportun açılışı olacaq

Bir sıra dövlət qurumlarının və şirkətlərin mətbuat katiblərinin “Neft Daşları”na səfəri təşkil olunub

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

Prezident İlham Əliyev Qlobal Media Forumunda Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb VİDEO

Azərbaycan Prezidenti: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir VİDEO

Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq

Bank kartlarına kiberhücumlar edən şəbəkə üzvləri həbs ediliblər VİDEO

Belarus nəşri: Üç onillik ərzində Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşlığımızın etibarlı dayağına çevrilib

Fərrux Mahmudov: Qubada basketbol turnirinin keçirilməsi bölgələrdə bu idman növünün inkişafına müsbət təsir edəcək

Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir

Azərbaycan Prezidenti: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik

Prezident İlham Əliyev: Region ölkələri ilə sıx əlaqələr bizə imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyətini həll edək

Azərbaycanın basketbol klubu beynəlxalq turnirdə ilk oyununu keçirib

Prezident: Biz nə işğalı, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq

Azərbaycan komandası Stokholmda keçirilən beynəlxalq minifutbol turnirinə qələbə ilə başlayıb

The Guardian”: Azərbaycan qazıntı yanacağı istehsalçılarına qlobal istiləşmə ilə mübarizəyə qoşulmağı təklif edir

Plastik və şüşə butulka, işlənmiş batareya əvəzinə ekoçanta

Prezident: Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dəyirmi masa keçirilib

Özbəkistan dünya əhəmiyyətli ənənəvi kənd təsərrüfatı sistemlərinə qoşulacaq

Azərbaycan Prezidenti: Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil

“Nature Communications”: Universal vaksin reallığa çevrilə bilər

“Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimatı keçirilib

Trilyonlara aparan yol: Zəngəzur dəhlizinin qlobal ticarətdə rolu

Prezident İlham Əliyev: Biz uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olmuşuq VİDEO

Dərman bazarı liberallaşdırılır: İdxal şaxələndirilir, qeydiyyat asanlaşdırılır, nəzarət gücləndirilir

Prezident İlham Əliyev: Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik

Ərdoğan: Türkiyə ŞKTC-nin tanınmasına nail olmaq əzmindədir

“ARAF” kuboku uğrunda konkur yarışlarının qalibi bəlli olub

“Dərman vasitələrinin təqib və izləmə sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan idmançısına “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak hüququ verilib

İngiltərə Futbol Assosiasiyası yığmanın yeni baş məşqçisi ilə bağlı elan verib

Fövqəladə Hallar Nazirliyi bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib

Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçiriləcək

Türkiyəli futbolçunun qolu Avropa çempionatının ən yaxşısı seçilib

Çində daşqın səbəbindən 30-dan çox sakin itkin düşüb

Azərbaycan Şahmat Federasiyası ilə FIDE arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

YAP Mərkəzi Aparatında Milli Məclisə seçkilərlə əlaqədar müşavirə keçirilib

UNEC qlobal reytinqdə 684 pillə irəlilədi

“Bank kartının məlumatlarını verməyin, risklidir” – DİN çağırış edir

Abşeron rayonunda 100 min manatlıq elektrik əşyalarını oğurlayan iki nəfər saxlanılıb

“Azərreyl”in voleybolçusu: Hədəfimiz Avropa çempionu olmaqdır

Polis özünü general kimi təqdim edən şəxsi dələduzluğa görə saxladı

II Şuşa Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtına çatıblar

Azərbaycan klubu tanınmış futbolçunun qardaşını transfer edib

Portuqaliya yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşacağıq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Arab News”: COP29 ərəfəsində ev sahibi ölkə kimi Azərbaycan yaşıl inkişaf məqsədlərinə nail olmağa çalışır

ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış

Çində körpü uçub, 11 nəfər ölüb, 30 nəfər itkin düşüb VİDEO

Qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda

Türkiyə Müdafiə Nazirliyi: Kipr türklərini heç vaxt tək qoymayacağıq

Asim Xudiyev UEFA-dan yeni təyinat alıb

“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilən şəxslər təlimlərə cəlb edilib

Türkiyə dünya ictimaiyyətini ŞKTC-ni tanımağa çağırıb

Qurtuluşun başlanğıc günü

Faktiki hava: Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər VİDEO

Türkiyə Prezidenti Lefkoşaya bayram tədbirlərinə gəlib

Banqladeşdə komendant saatı tətbiq edilir

Azərbaycan millisinin kapitanı: Portuqaliya ilə oyunlar bizə təcrübə qazandıracaq

Bu il övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib

Azərbaycan idmançısı beynəlxalq turnirdə gümüş medal qazanıb