Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir

Naxçıvan, 8 may (AZƏRTAC). Mayın 8-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, muxtar respublikanın kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr uğurla icra olunmaqdadır. 2013-cü ildə muxtar respublika üzrə 109 min 468 ton dənli və dənli paxlalılar, 66 min 497 ton tərəvəz, 43 min 276 ton meyvə və 41 min 297 ton kartof istehsal olunmuşdur. Heyvandarlıq məhsullarının istehsalında da artım qeydə alınmış, ümumilikdə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 337 milyon 127 min manatdan artıq olmuşdur. Hazırda muxtar respublika üzrə 29 min 698 hektar sahə payızlıq taxıl əkini altındadır. Təkcə ötən il sahibkarlara 14 milyon 700 min manatdan artıq kredit verilmişdir.

Qeyd olunmuşdur ki, əldə edilmiş bütün nəticələr muxtar respublikada kənd təsərrüfatı sahəsində yaradılmış əlverişli şəraitin nəticəsində mümkün olur. Cari ilin ötən dövründə “Azərbaycan” nasos stansiyasından Kəngərli rayonunun Böyükdüz kəndinin ərazisini əhatə edən boru xəttinin və Sədərək rayonunda nasos stansiyasının tikintisi başa çatdırılmış, Babək rayonunda Uzunoba Su Anbarının yenidən qurulması, Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndlərinin torpaq sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə Uzunoba Su Anbarından qidalanan 40 kilometr uzunluğunda boru xəttinin çəkilişi davam etdirilir. Görülmüş tədbirlər nəticəsində Sədərək rayonunda 1500, Kəngərli rayonunda isə 4000 hektardan çox torpaq sahəsi əkin dövriyyəsinə qatılacaqdır.

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov çıxış edərək demişdir ki, səhmdar cəmiyyətin rayon bazaları üçün inzibati bina, anbar, texniki park və təmir sexləri tikilib istifadəyə verilmişdir. Fəaliyyəti dövründə cəmiyyətin xətti ilə muxtar respublikaya 1383 texnika və texnoloji avadanlıq gətirilmiş, onlardan 996-sı lizinq yolu ilə sahibkarlara satılmışdır. Dövlətimizin başçısının “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı texnikalarının hüquqi və fiziki şəxslərə müddətli ödənişlə satılmasında güzəştlər edilmişdir. Bu gün cəmiyyət aqrar sahədə fəaliyyət göstərən sahibkarların, fermerlərin, kənd əməkçilərinin sifarişləri əsasında sərfəli tariflə əkin, səpin, becərmə, məhsul yığımı, ümumilikdə 20-dən çox müxtəlif xidmətlərin yerinə yetirilməsini həyata keçirir. Bütün bunlar kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısının nəticəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi nəticəsində ölkənin iqtisadi fəaliyyətinin bütün sahələrində olduğu kimi, aqrar sektorda da böyük uğurlar qazanılıb. Məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi, yanacaq və motor yağlarına, eləcə də əkin sahələrinə görə subsidiyaların verilməsi, fermerlərə texnika və cins mal-qaranın güzəştli şərtlərlə satılması son nəticədə istehsalın artmasına və ərzaq məhsullarına olan tələbatın ödənilməsində idxaldan asılılığın aradan qalxmasına səbəb olmuşdur.

Ali Məclisin Sədri demişdir: Kənd təsərrüfatı iqtisadi fəaliyyətin aparıcı sahəsi kimi muxtar respublikamızda qayğı ilə əhatə olunub. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş birinci və ikinci dövlət proqramları, eləcə də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, kartofçuluğun, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası daha böyük nəticələrin əldə olunmasına şərait yaradıb. Torpağı əkib-becərmədən, müasir texnika, yüksək reproduksiyalı toxum və suvarma suyuna olan tələbatı ödəmədən əkinçiliyi inkişaf etdirmək mümkün deyil. Muxtar respublikamızda əkinçiliyin inkişafı üçün ardıcıl tədbirlər görülür. Su anbarları yaradılmış, mövcud anbarlarda təmir-bərpa işləri aparılmış, nasos stansiyaları istifadəyə verilmiş, artezian quyuları qazılmışdır. Kənd təsərrüfatında əl əməyinin yüngülləşdirilməsinə imkan yaradan texnika ilə təchizatı yaxşılaşdırmaq, məhsul istehsalçılarını üzvi gübrə və məhsuldar toxum sortları ilə təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, bütün rayonlarda cəmiyyətin hər cür şəraitlə təmin olunmuş bazaları fəaliyyətə başlamışdır.

Qeyd olunmuşdur ki, həyata keçirilən tədbirlər artıq öz nəticələrini göstərməkdədir. Ötən il kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalında 7 faiz, əkinçilikdə isə 8 faiz artıma nail olunmuşdur. Lakin bunlar arxayınçılıq üçün əsas yaratmamalıdır. Kənd təsərrüfatına diqqət artırılmalıdır. Ona görə ki, bu sahə bir tərəfdən əhalinin ərzaq təminatını ödəyirsə, digər tərəfdən ildən-ilə artan yeni emal müəssisələrinin xammalla təmin olunması və muxtar respublikanın ixrac potensialının artırılması üçün geniş imkanlar yaradır. Qeyd olunan sahələrdə fəaliyyətin gücləndirilməsi, eləcə də yaz tarla işlərinin başlanması ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulu istehsalçıları, həmçinin bu sahənin inkişaf etdirilməsinə cavabdeh dövlət orqanları qarşısında bir sıra mühüm vəzifələr dayanır.

Ali Məclisin Sədri aidiyyəti orqanlara tapşırıqlar verərək demişdir: Muxtar respublikada torpaqların rayonlaşdırılması işi başa çatdırılmış, əkin atlasları tərtib olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyətləri torpaqlardan səmərəli istifadəni təmin etmək və məhsuldarlığı yüksəltmək məqsədilə əkin atlaslarından istifadəni təmin etməli, relyef və iqlim xüsusiyyətləri nəzərə alınmaqla əkinlərin mütərəqqi qaydada keçirilməsi üçün maarifləndirmə tədbirlərini gücləndirməlidirlər. Əkin zamanı aqrotexniki qaydalara düzgün əməl olunmalı, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri vaxtında və lazımi səviyyədə aparılmalıdır. Kənd Təsərrüfatı Nazirliyi alaq otlarına və gəmiricilərə qarşı mübarizədə istifadə olunan kimyəvi preparatlara tələbatı dürüstləşdirməli, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən onların muxtar respublikaya vaxtında gətirilməsi təmin edilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyətləri toxumçuluq təsərrüfatlarına xüsusi diqqət yetirməlidirlər. Məhsuldar toxum sortlarının gətirilməsi ilə yanaşı, yerli iqlim şəraitinə uyğunlaşmış toxum növlərindən istifadəyə də üstünlük verilməlidir. Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ilə birlikdə yerli şəraitə uyğunlaşmış məhsuldar toxum növlərinin öyrənilməsi və rayonlaşdırılması istiqamətində tədbirləri gücləndirməlidirlər. Muxtar respublikada meyvəçiliyin, üzümçülüyün, tərəvəzçiliyin tarixi ənənələri və inkişafı ilə bağlı vəziyyəti əks etdirən elmi-kütləvi materialların hazırlanması, elmi tədqiqat işlərinin aparılması nəzarətdə saxlanmalıdır.

Ali Məclisin Sədri demişdir: Əkin sahələrindən bol məhsul götürmək üçün suvarma düzgün təşkil edilməlidir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyətləri ilə birlikdə yerlərdə suvarma suyu ilə təchizatı yaxşılaşdırmaq üçün mövcud su anbarlarının və sututarların doldurulmasını təmin etməlidir. Su qıtlığına yol verməmək və əkin sahələrinin suvarılmasını həyata keçirmək, eləcə də su itkisinin qarşısını almaq üçün su bölgüsünə daim nəzarət olunmalı, sudan səmərəli istifadə təmin edilməli, kanal və arxların təmizlənməsi vaxtında aparılmalı, mütərəqqi suvarma üsullarından istifadəyə diqqət artırılmalıdır.

Ali Məclisin Sədri məhsuldarlığın yüksəldilməsində üzvi və mineral gübrələrdən düzgün istifadənin mühüm əhəmiyyət daşıdığını bildirərək demişdir ki, Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə verilmiş gübrədən təyinatı üzrə və normalara uyğun istifadə olunmasına nəzarət etməli, onlardan əkin dövrünün hansı mərhələsində və necə istifadə olunması ilə bağlı maarifləndirmə tədbirləri aparmalıdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyətləri gübrələrin istehsalçılara vaxtında çatdırılmasını təmin etməlidirlər. Kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasında müasir texnikadan istifadənin rolu böyükdür. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müxtəlif adda texnika və texnoloji avadanlıqların gətirilməsi bundan sonra da davam etdirilməli, daha çox tələbat olan texnika növləri müəyyənləşdirilməlidir. Yüksək keyfiyyətli, həmçinin muxtar respublikanın relyefinə uyğun daha yaxşı iş imkanlarına malik texnikalara üstünlük verilməlidir.

Bildirilmişdir ki, yeni texnikaların gətirilməsi, eyni zamanda, yeni iş yerləri deməkdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyətləri gətirilmiş texnikaların ilk növbədə mütəxəssis-mexanizatorlara verilməsini təmin etməli, ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanmalıdır. Texnikalar verilərkən onların rayonlar üzrə bölgüsündə ehtiyac meyarı nəzərə alınmalıdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bütün texnikaların saz vəziyyətdə saxlanılmasına diqqət artırılmalı, göstərilən xidmət yüksək səviyyədə olmalı, kənd təsərrüfatı işlərinin görülməsi üçün tətbiq olunan qiymətlər daim nəzarətdə saxlanılmalı, bu qiymətlər televiziya və qəzetlərdə elan olunmalıdır. Fiziki şəxslərdə və bazalarda olan texnikalara vaxtında texniki xidmət göstərilməsi məqsədilə tələb olunan ehtiyat hissələrinin muxtar respublikaya gətirilməsi və satışı bundan sonra da davam etdirilməlidir.

Ali Məclisin Sədri qeyd etmişdir ki, daxili bazarın qorunması, eləcə də məhsul istehsalının stimullaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən şəhər və rayonlarda həftənin müxtəlif günlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili bundan sonra da davam etdirilməlidir. Yerli icra hakimiyyətləri və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti taxıl biçini başlayanadək kombaynlara olan tələbatı dürüstləşdirməli, biçini vaxtında və itkisiz başa çatdırmaq üçün bütün kombayn və texnikaların saz vəziyyətə gətirilməsi təmin edilməlidir. Kənd təsərrüfatında əkinin yekunları və taxıl biçininin gedişi ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən təhlili materiallar hazırlanaraq kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün istər məhsul istehsalçıları, istərsə də bu sahənin inkişafına cavabdeh olan dövlət orqanları səylərini daha da artırmalı, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər.

Sonra Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxmışdır.

Bildirilmişdir ki, aqrotexniki qaydaları müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün son dövrlər texnika və texnoloji avadanlıqların alınmasına üstünlük verilir. Sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları həm də iqtisadi cəhətdən səmərəlidir. Hazırda alınmış texnika və avadanlıqlar dəyərinin 10 faizi əvvəlcədən, qalan hissəsi isə növbəti 9 il müddətinə ödənilmək şərti ilə satılır. Bu da aqrotexniki qaydaların müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, əl əməyinin yüngülləşdirilməsinə və bol məhsul istehsalına zəmin yaratmışdır. 2014-cü ilin ötən dövründə 54 müasir kənd təsərrüfatı texnikası alınmışdır. Bundan 22-si “Sampo” markalı kombayndır. Türkiyə istehsalı olan 8 presvuran, 2 yemdoğrayan, əl üçün 4 şum maşını, 5 gübrə səpən, 5 dərman səpən, 5 dırmıq və 2 kotan kənd təsərrüfatı işlərinin görülməsində istifadə ediləcəkdir. Əvvəlki illərdə alınan texnikalarla da birlikdə cari ildə 92 kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı həyata keçirilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasında olan 11 traktorun da lizinq yolu ilə satılması nəzərdə tutulmuşdur.

Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin təmir sexinə, gübrə və ehtiyat hissələr anbarlarına baxmışdır.

Məlumat verilmişdir ki, taxıl istehsalının artırılması üçün torpaqların gübrəyə olan tələbatının ödənilməsi vacib məsələlərdəndir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya gətirilən gübrələr 50 faiz güzəştlə torpaq mülkiyyətçilərinə verilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir

Londonda yaşayan azərbaycanlı skripkaçı: Musiqi ilə mədəniyyətimizi tanıtmaq mənim üçün missiyadır

Milli Məclisin növbəti iclasının tarixi məlum olub

Xəzər rayonunda 32 yaşlı qadından 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Xəzər rayonunda 32 yaşlı qadından 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

İspaniyalı qapıçı “Barselona”dan ayrılır

Süni torpaq sahələrində əyləncə oyunlarının təşkili və tənzimlənməsi haqqında qanunvericilik dəyişikliyi təsdiqlənib

QHT-lərə xarici maliyyə qadağası gücləndirilir

Musiqişünas: Son illər Azərbaycanda möhtəşəm musiqi festivalları keçirilir

Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir

BDU ilə Çinin Hebei Normal Universiteti arasında anlaşma memorandumu imzalanıb

AI tətbiq edən ABŞ-ın texnologiya şirkətləri 94 minə yaxın iş yerini ixtisar edib

Avropa Liqası: "Sabah" iştirak ərizəsini UEFA-ya təqdim edib

“Tottenhem” Yaponiya millisinin futbolçusunu transfer edib

Media: ABŞ Avropa İttifaqına 10 faizlik tarif razılaşması təklif edib

Ordubadda “ağıllı” kənd təsərrüfatı modeli tətbiq ediləcək

Vəfa Yaqublu: Müəllimləri və müəllimliyə namizədləri fənnin tədrisi metodikasını daha dərindən öyrənməyə çağırırıq VİDEO

Vəfa Yaqublu: Müəllimləri və müəllimliyə namizədləri fənnin tədrisi metodikasını daha dərindən öyrənməyə çağırırıq VİDEO

İsveçrənin saat tacirləri Trampın tarifləri səbəbindən zərərlə üzləşiblər

İşğaldan azad edilmiş ərazilərə səfər üçün icazə prosedurları sadələşdirilib

Bahar Muradova: Mətbuat sahəsində əldə olunan nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir

Ordubadda yeni yaşayış məntəqələrinin salınması nəzərdə tutulur

“Polis haqqında” Qanuna dəyişiklik edilib: Sosial müdafiə və maddi-texniki baza gücləndirilir

Parlamentin iclasında “Qaz təchizatı haqqında” qanun layihəsi təsdiqlənib

AMEA-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək

Astronomlar öz ulduzunun alovuna məruz qalan yad planeti müşahidə ediblər

Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüyə aparan yanaşma yolları genişləndirilir

Normativ hüquqi aktlarla bağlı Konstitusiya Qanununa dəyişiklik edilib

Zəmilərdən 2 milyon 386 min 294 ton məhsul yığılıb - taxıl biçini davam edir

Rusiyalı tanınmış futbolçu 8 il müddətinə azadlıqdan məhrum edilə bilər

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 29 icazə verilib

Prokurorluq orqanlarında qulluq yaş həddi artırılıb

Pentaqon Kiyevə “müdafiə silahları” göndərmək planlarını təsdiqləyib

Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış

Samuxda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

“Elektroenergetika haqqında” Qanuna dəyişikliklər edilib: Sabit tarif tətbiq olunacaq

“Keşlə” bazarında istehlaka yararsız balıq məhsulları aşkarlanıb

Paytaxtda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir

Yeni nəşr: “Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri beynəlxalq reytinqlərdə”

MEDİA-nın İcraçı direktoru: Mediamız beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib

“İndependent Türkçe” Atatürkün Naxçıvana göstərdiyi diqqətdən yazıb

BDYPİ: Kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri qaydalara qeyd-şərtsiz əməl etməlidirlər

Əhməd İsmayılov: Azərbaycanda demokratik mətbuatın sürətli inkişafının təmin edilməsi Ümummilli Liderin adı ilə birbaşa bağlıdır

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə qanun layihəsi təsdiqlənib

“AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi təsdiq edilib

Dövlət Xidməti qlobal elektron poçt sistemində boşluqlar aşkar edib

"Aktyorluğu öyrən" layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub

Heydər Əliyev Mərkəzində “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir

Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin AMEA-da keçirilməsi çərçivəsində hazırlıq işlərinə başlanılıb

Xorvatiya millisinin sabiq futbolçusu: Keçmiş komanda yoldaşım Saşa İliçə Azərbaycanda uğurlar arzulayıram

Mingəçevirdə keçmiş məcburi köçkünlər hüquqi sahədə maarifləndirilib

Dağıstanda sudan zəhərlənən 100-dən çox insan xəstəxanaya çatdırılıb

Akademik Mustafa Topçubaşovun 130 illiyi ilə əlaqədar Tədbirlər planı hazırlanacaq

Honkonqda Kriştianu Ronaldu Muzeyi açılıb

Rusiyada əcnəbilərə səfərbərlik dövründə orduda xidmət etməyə icazə verilib

ASCO-da Çin şirkətinin nümayəndələri ilə görüş keçirilib

Birinci yarımildə pensiya ödənişlərinə 3 milyard 548 milyon manat vəsait yönəldilib

Vəfa Yaqublu: MİQ-in test mərhələsində davamiyyət 81 faizdir VİDEO

Vəfa Yaqublu: MİQ-in test mərhələsində davamiyyət 81 faizdir VİDEO

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iclası keçirilir

Türkiyə XİN: Fransaya ölkədaxili hüququmuza hörmətlə yanaşmasını tövsiyə edirik

Bakı və Xaçmazda vətəndaşlara hüquqi yardım göstərilib

Energetika nazirinin İsmayıllıda keçiriləcək vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Avropa çempionu Qətərdə klubunu dəyişib

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri arasında intellektual yarış keçirilib

Cenevrədə rəqəmsal texnologiyaların informasiya təhlükəsizliyinə təsiri müzakirə olunub

UEFA Çempionlar Liqasında yeni mövsümə start verilir

FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib

® “Azercell” telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşulub

BMU-da yay imtahan sessiyası başa çatıb

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

Yağıntı və külək davam edir – FAKTİKİ HAVA

Petr Çexin oğlu Premyer Liqa klubu ilə müqavilə imzalayıb

BMT-nin Baş katibi: Əməkdaşlıq bəşəriyyətin ən böyük innovasiyasıdır

Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib

ANAMA işə qəbul elan edir

Bu gün klublararası dünya çempionatında ilk finalçı bəlli olacaq

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

Dünya birjalarında neft ucuzlaşıb

Beynəlxalq yarışlarda uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına Çexiyada hazırlaşır

Bu il magistraturaya qəbul imtahanında 32 nəfər 90 və daha çox bal toplayıb

Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

İtaliyada dəmiryolçular tətil edirlər

Cəbrayılda növbəti əməliyyat tədbiri: marixuana və tiryək aşkarlandı VİDEO

Cəbrayılda növbəti əməliyyat tədbiri: marixuana və tiryək aşkarlandı VİDEO

Hərbi prokuror sərhədçilərlə birlikdə

Lənkəranda baş verən qəzada 20 yaşlı sürücü ölüb

Britaniyada fövqəladə xəbərdarlıq sistemi yenidən sınaqdan keçiriləcək

Oğuzda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunublar

Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür

ECO-nun Xankəndi Zirvə görüşü bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağına əminlik yaratdı - ŞƏRH

ADY qatarları yay qrafikinə keçir

Tramp 14 ölkəni avqustun 1-dən etibarən ticarət tariflərinin artırılması ilə bağlı xəbərdar edib

Tədqiqat: Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb

ABŞ Cənubi Koreya mallarına 25 faizlik idxal rüsumu tətbiq edəcək

Qahirədə diaspor mərkəzində Azərbaycan multikulturalizmindən danışılıb

Ən ağıllı insanlara malik olan 10 Afrika ölkəsi

Təkrarlanan narahat düşüncələr və davranışların səbəbi bağırsaqdan da qaynaqlana bilər - ARAŞDIRMA

“The African Exponent”: İnfrastrukturu ən çox inkişaf etmiş Afrika ölkələri