Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, Gənclər Günü qeyd olunmuşdur

Naxçıvan, 1 fevral (AZƏRTAC). Fevralın 1-də Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 4 mərtəbədən ibarət olan Gənclər Mərkəzində elektron lövhəli 3 linqafon sinfi, kompyuter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe vardır.

Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, 104 kompyuter dəsti quraşdırılmış, mərkəzi server sistemi və daxili şəbəkə yaradılmış, kompyuterlərin hər birinin internetə çıxışı təmin edilmişdir. Mərkəzdə xarici dil kurslarının tədrisi üçün 3 linqafon sinfi yaradılmışdır. Siniflərdə 58 kompyuter və 3 elektron lövhə quraşdırılmışdır. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnə biləcəklər.

Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat vardır. Kitabxanada 11 kompyuter qoyulmuş, kitabları elektron formata çevirən surətköçürmə aparatı quraşdırılmışdır. Sürətli internetlə və xüsusi proqram təminatı ilə təchiz olunmuş kitabxanada gənclər, eyni zamanda, ölkəmizin digər elektron kitabxanalarının fondundakı ədəbiyyatlarla tanış ola biləcəklər. Binada gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması da nəzərə alınmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə verilmişdir. Zalda proyektor, səsgücləndirici avadanlıq və işıqlandırma sistemi quraşdırılmış, televiziya çəkilişlərinin aparılması üçün lazımi şərait yaradılmışdır.

Ali Məclisin Sədri “Xəmsə” intellektual oyununda yarışan komandaların nümunəvi çıxışını izləmişdir.

Tir otağında pnevmatik tüfəng və tapançadan atəş açmaq mümkündür. Altızolaqlı tirdə gənclər idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək imkanı əldə edəcəklər. Oyun zallarında yaradılan şərait isə gənclərin stolüstü idman növləri ilə məşğul olmalarına imkan verəcəkdir. Binada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu üçün 5 iş otağı ayrılmış, yüksək iş şəraiti yaradılmış və fonda xidməti avtomobil verilmişdir.

Bina ilə tanışlıqdan sonra 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə hər il fevralın 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunduğunu bildirmiş, belə bir əlamətdar gündə Naxçıvanda Gənclər Mərkəzinin istifadəyə verilməsi və Gənclər Günü münasibətilə muxtar respublikanın bütün gənclərini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və bölmələrində xidmət edən əsgərlərimizi, gənc zabitləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını təbrik edərək demişdir: Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində Ulu Öndərimiz sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamış, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılmışdır. Bu gün ölkəmizdə gənclərlə iş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və 20-yə yaxın normativ hüquqi aktla tənzimlənir. Ötən dövrdə bu sahənin inkişafı ilə bağlı 5 Dövlət proqramı qəbul edilmişdir.

Qeyd olunanlar bir daha göstərir ki, Azərbaycanda gənclərlə bağlı iş birinci dərəcəli məsələlər sırasındadır. İntellektli və vətənpərvər gənclərin yetişməsinə, gənclərin sosial problemlərinin həllinə, bu sahədə müasir infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilir. Bunun bəhrəsi göz qabağındadır. Artıq gənclərimiz diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə ölkəmizi dünyada layiqincə təmsil edirlər.

Ali Məclisin Sədri demişdir: Müstəqil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilmişdir. Gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı qəbul olunmuş, gənc istedadların “Qızıl kitabı” təsis edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yaradılmışdır. Son illər muxtar respublikada 220-yə yaxın səhiyyə müəssisəsi, 200-dən çox ümumtəhsil məktəbi, 17 uşaq bağçası və 18 uşaq musiqi məktəbi üçün binalar, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların idmanla məşğul olmalarını təmin etmək məqsədilə olimpiya idman kompleksləri, üzgüçülük mərkəzləri, şahmat və digər idman növləri üzrə məktəblər, Gənclik Mərkəzi istifadəyə verilmişdir.

Qeyd olunmuşdur ki, gənclərin elmi potensialının formalaşdırılması, eləcə də onların mütaliə vərdişlərinin və dünyagörüşünün artırılması da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır. Təhsil sisteminin informasiya texnologiyaları ilə təminatı istiqamətində ardıcıl tədbirlər görülmüş, muxtar respublikanın ümumtəhsil məktəblərində 3409 kompyuter dəsti və 551 elektron lövhə quraşdırılmışdır. Təhsil müəssisələrindəki kompyuterlərin 84 faizinin internetə çıxışı təmin edilmiş, istifadəyə verilən bütün məktəblərdə idman zalları, şahmatın tədrisi üçün nümunəvi şərait yaradılmışdır. Bütün bunlar o məqsədə xidmət edir ki, gənclərimiz biliklərə dərindən yiyələnmək imkanı qazansınlar, fiziki və mənəvi cəhətdən sağlam böyüsünlər və layiqli vətəndaş kimi yetişsinlər.

Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi işinin və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdikcə genişlənməsi gənclər qarşısında əlavə fəaliyyət sahəsi açmışdır. Bizim üçün xoşdur ki, muxtar respublika gəncləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən əsasən təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar. Ali Məclisin Sədri muxtar respublikada dərsdən və ya işdən kənar fəaliyyətlərini bu istiqamətdə quran, sosial şəbəkələrdən məqsədəuyğun istifadə edən, Azərbaycan həqiqətlərini müdafiə və təbliğ edən gənclərə təşəkkürünü bildirmişdir.

“Dünyada Azərbaycan kimi ikinci bir dövlət göstərmək çətindir ki, müharibə şəraitində ola-ola, Naxçıvan kimi ikinci bir muxtar qurum tapmaq çətindir ki, blokada şəraitində yaşaya-yaşaya gəncliyin problemləri ilə bu qədər yaxından məşğul olsun”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün yer üzündə xalqlar var ki, əhalinin statistikasında gənclərin xüsusi çəkisinə görə ən axırıncı yerlərdə dayanırlar. Belə ölkələr nə qədər böyük əhali potensialına malik olsalar da, inkişaf edən, gələcəyi olan ölkələr arasında yer ala bilmirlər. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında isə əhalinin böyük əksəriyyətini gənclər təşkil edir. Bir faktı qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında əhalinin 63 faizindən çoxu 35 yaşa qədər gənclərdən ibarətdir. Bu göstərici bir yandan gənclər diyarı olduğumuza görə qürur hissi doğurursa, digər tərəfdən gənclər siyasətinin icrası istiqamətində qarşıya ciddi vəzifələr qoyur. Vəzifə konkret və aydındır. Biz gələcəyimizin formalaşması qayğısına bu gündən qalmalıyıq. Muxtar respublikamızın gələcəyi bugünkü gəncliyin təhsilə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Gənc nəsil vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalı, onlar öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına sərf etməlidirlər.

Ali Məclisin Sədri gənclər siyasətinin həyata keçirilməsi ilə məşğul olan müvafiq orqanlara tapşırıqlar verərək demişdir: Gənclik gələcəkdir. Sağlam gənclik isə həm də sağlam gələcək deməkdir. Bu mənada böyüməkdə olan nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın böyük rolu vardır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirməli, gənclər arasında idmanın kütləviliyinin təmin edilməsi məqsədilə federasiyalarda səmərəli işbirliyi qurmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yaradılan infrastrukturdan düzgün istifadə etməli, bu gün açılışını keçirdiyimiz Gənclər Mərkəzi naxçıvanlı gəncləri vahid amal - vətənpərvərlik, dövlətçilik və millilik ruhunda birləşdirən güclü mərkəzə çevrilməlidir. Fond tərəfindən gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə kömək göstərilməli, elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclər üzə çıxarılmalı, onlar haqqında məlumat bazası yaradılmalıdır.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi məktəblərdə şagirdlərin xalqımız və dövlətimiz üçün yararlı vətəndaş kimi yetişmələrini diqqət mərkəzində saxlamalı, Azərbaycan dili, tarixi və mədəniyyəti ətraflı öyrədilməli və tədris olunmalıdır. Bu gün ali təhsil müəssisələrində təhsil alan gənclər təkcə gələcəyin mütəxəssisləri deyillər. Onlar, eyni zamanda, xalqımızın sahib olduğu intellektual potensialın daşıyıcılarıdır. Bu potensialı dövlətin və xalqın sağlam gələcəyinə çevirmək, vətənpərvər gənc nəsil yetişdirmək ali və orta ixtisas təhsili müəssisələrinin qarşısında duran əsas vəzifədir. Muxtar respublikanın təhsil ocaqlarında gənclər müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət ruhunda tərbiyə olunmalı, tələbələr ictimai və elmi fəaliyyətə geniş cəlb edilməlidirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi elmi-tədqiqat işlərinə həvəsi olan gəncləri müəyyənləşdirərək tədqiqat işlərinə cəlb etməli, gənc alimlərin fəaliyyəti stimullaşdırılmalıdır.

Yaradıcılıq birlikləri öz fəaliyyətlərini gənclərlə iş sahəsində də gücləndirməli, Naxçıvan Muxtar Respublikası Yazıçılar və Rəssamlar birlikləri gənc şair və yazıçılara, rəssamlara istiqamət verməli, onların yaradıcılıq axtarışlarını diqqət mərkəzində saxlamalıdırlar. Muxtar respublikanın kütləvi informasiya vasitələri gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən teleradio layihələrinin və qəzet materiallarının hazırlanmasını təmin etməli, televiziya, radio və qəzetlərdə xalqımızın milli dəyərlərini və tarixini əks etdirən materiallara üstünlük verilməli, yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işi əməli tədbirlərdə öz əksini tapmalıdır.

Ali Məclisin Sədri demişdir: Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti hər bir gəncə özünü təsdiq etməsi, yüksək bilik qazanması və dəyərli vətəndaşa çevrilməsi üçün geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadə edilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar”.

“Azərbaycan inkişaf edən dövlətdir və təbii ki, müstəqillik dövründə yetişən, onun bəhrəsini görən hər bir gənc də öz fəaliyyəti ilə bu inkişafa dəstək verməli, dövlət müstəqilliyimizin qədrini bilməlidir. Biz bu gün yetişən gəncliyə böyük ümidlə baxırıq. İnanırıq ki, muxtar respublika gəncləri bundan sonra da öz fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola sədaqət ruhunda quracaqlar. Bu yol - gəncliyin özünü təsdiq və özünü doğrultmaq yoludur”, - deyən Ali Məclisin Sədri bu yolda gənclərə uğurlar arzulamış və çıxışını ümummilli lider Heydər Əliyevin gəncliyə xitabən söylədiyi müdrik sözlərlə bitirmişdir: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək demişdir ki, dövlət gənclər siyasətinin icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında məqsədyönlü tədbirlər görülür. Muxtar respublikada yaradılan təhsil, səhiyyə, mədəniyyət və idman infrastrukturu gənc nəslin fiziki sağlamlığının qorunması, yaradıcılıq potensialının artırılması və intellektual inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün muxtar respublikamızda ümumilikdə 68 mindən artıq yeniyetmə və gənc idmanla məşğul olur. 2013-cü ildə müxtəlif idman növləri üzrə gənc idmançıların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilmiş, onlar dünya çempionatlarında 6, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 6, Azərbaycan birinciliklərində isə 52 medal qazanmışlar. Azad Cabbarov gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının qorunması və yüksək səviyyəli təhsil almaları üçün yaradılan şəraitə görə muxtar respublika gəncləri adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tələbə gənclər təşkilatı­nın sədri Çilənay Qurbanlı demişdir ki, muxtar respublikada gənclərə göstərilən qayğı konkret fəaliyyətə hesablanıb. Yaradılmış şərait nəticəsində ümumtəhsil məktəblərimizdə tədrisin səviyyəsi yüksəlmişdir. Hazırda muxtar respublikanın onlarla gənci dünyanın müxtəlif aparıcı ali məktəblərində təhsil alır. Muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait vardır. Ümummilli Liderimizin ideyalarına sədaqət ruhunda tərbiyə olunan gənclər yaradılan infrastrukturdan səmərəli istifadə edir, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikanın inkişafında fəal iştirak edirlər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirmişdir ki, muxtar respublikada gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların ictimai-mədəni həyatda fəal iştirakı təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu muxtar respublikada gənclərlə bağlı layihələrin və tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamış, 2013-cü ildə Gənclərin Yay Universitetinin növbəti məşğələləri, “VII Liderlik Məktəbi - Nəqşicahan” layihəsi, gənc jurnalistlər arasında “Naxçıvan - inkişafın 10 ili” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilmişdir. Həmçinin ötən il Naxçıvan Muxtar Respublikasının tanıdılması və Naxçıvan həqiqətlərinin işıqlandırılmasında fəal iştirak etmiş, eləcə də muxtar respublikanın sosial-iqtisadi, ictimai-mədəni həyatında fərqlənən gənclərlə görüşlər təşkil olunmuşdur. Bu gün istifadəyə verilən Gənclər Mərkəzi gənclərin intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkilinə hərtərəfli şərait yaradacaqdır.

Sonra gənclər Ali Məclis Sədrinin təltif və hədiyyələri ilə mükafatlandırılmışdır.

Ali Məclisin Sədri 7 gəncə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanını və vəsiqələrini, 33 gəncə isə qiymətli hədiyyələr təqdim etmişdir.

Mükafatlandırılan gənclərdən Əkrəm Hüseynzadə, Ramal Məmişov, Aytən İsmayılova, Elxan Yurdoğlu, Elnur Kəlbizadə və Qəmər Rəhimova gənclərə göstərilən qayğıya və fəaliyyətlərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

ABŞ Milli Təhlükəsizlik Şurasının 160-a yaxın əməkdaşı işdən uzaqlaşdırılıb

İtaliya kənd təsərrüfatında əlavə dəyərə görə Aİ-də birincidir

Burkino-Faso Fransanın müstəmləkə mirasını silməyə davam edir

Pentaqon Meksika ilə sərhədi möhkəmləndirmək üçün əlavə hərbçilər göndərəcək

Miqrantların uşaqları arasında rus dilini bilmə səviyyəsi təhsil proqramlarının mənimsənilməsi tələblərinə cavab verməlidir

Bakıdakı Rus evində Xalq yazıçısı Natiq Rəsulzadənin kitabının təqdimatı olub

Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib

Çempionlar Liqası: PSJ “Mançester Siti”ni, “Real Madrid” “Zaltsburq”u məğlub edib

BMT: ABŞ-ın ÜST-dən çıxması ilə bağlı heç bir sənəd almamışıq

Çin XİN: Tarif müharibəsinin qalibi olmur

ABŞ-da məktəbdə baş verən atışmada bir şagird və hadisəni törədən şəxs ölüb YENİLƏNİB

Yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Türkiyənin XİN başçısı ilə ABŞ-ın yeni dövlət katibi arasında ilk telefon danışığı olub

Nobel mükafatı laureatı Əziz Sancara “Türk Dünyasının Mədəniyyət Səfiri” medalı təqdim edilib

Ankarada “TOBB ETÜ” Universitetində 20 Yanvarla bağlı müzakirələr aparılıb

Elm və təhsil naziri Suraxanı rayonunun məktəb direktorları ilə görüşüb

Avropa Liqası: “Beşiktaş” doğma meydanda İspaniya klubunu məğlub edib

ADA Universitetinin İxtisasartırma Proqramı Dövlət Vergi Xidməti üçün keçirdiyi təlimləri yekunlaşdırıb

Türkiyədəki yanğın nəticəsində ölənlərin sayı artıb

Milli Məclisin sədri İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb

Kişi voleybolçuların Yüksək Liqasında VII turun iki oyunu keçirilib

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq

Bavariyada bıçaqlı hücum nəticəsində biri azyaşlı olmaqla iki nəfər qətlə yetirilib

“Qalatasaray” futbolçusunu ABŞ klubuna icarəyə verib

Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

ABŞ administrasiyasının ilk böyük diplomatik tədbiri QUAD-la bağlı olub

AQTA: Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil

Qafqaz Müsəlmanları İdarəsində Türkiyə və İraq səfirləri ilə görüş keçirilib

Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüş olub

“Neftçi” Azərbaycan millisinin futbolçusunu transfer edib

Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb VİDEO

Baş Prokurorluq: Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib VİDEO

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramlarının icrasında işəgötürənlərlə əməkdaşlıq genişlənir

Fransanın silahlı qüvvələr naziri: Hərbi təhlükəsizliyimizi hamburgerlərə dəyişmək fikrində deyilik

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ilk iclasında 5 məsələ müzakirə edilib

Rumıniya klubunun baş məşqçisi: "Qarabağ"la oyun çox çətin olacaq

Kamerunlu futbolçu: "Qarabağ"a qarşı oynamaq asan olmayacaq

İlahiyyat üzrə təhsil alan tələbələr üçün yeni dərslik nəşr olunub

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1188-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniyada seçkilərə bir ay qalmış keçirilən rəy sorğusu Birliyin reytinqinin aşağı düşdüyünü göstərir

Bakıda TÜRKPA üzvü olan ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilib YENİLƏNİB

Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün xatirəsi anılıb

Nitsa şəhərinin meri dünyanın hər yerindən gələn kruiz gəmilərinin limana daxil olmasını qadağan etmək niyyətindədir

Küveytdə kommersiya əhəmiyyətli yeni neft və qaz ehtiyatları tapılıb

Ötən il NDU-nun Elmi Kitabxanasına 8400-dən çox oxucu müraciət edib

Azərbaycan Əfqanıstanda “Əfşar ulduzu” adlı tədris mərkəzi açıb

İdrak savaşlarının təzahürləri: ideoloji təhlükəsizlik və hibrid təhdidlər – MƏQALƏ

Gömrükçülər 140 ədəd müxtəlif markalı mobil telefon aşkar edib

“İrs” jurnalının yapon dilində növbəti nömrəsi işıq üzü görüb

Böyük Britaniyada hava limanları genişləndirilə bilər

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib

Azərbaycanın Davos Forumunda iştirakı enerji layihələrinin təqdimatı baxımından əhəmiyyətlidir ŞƏRH

Almaniyanın silah ixracı 2024-cü ildə 13,3 milyard avroya çatıb

BDU Qazaxıstanın Kunayev Universiteti ilə əməkdaşlığa başlayır

Fransada ötən il dövlət xəstəxanalarının kəsiri 3,5 milyard avro olub

Mingəçevirdə aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlıq səviyyəsi artırılır

“Şamaxı” klubu futbolçusu ilə vidalaşıb

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələrə başlanıb

“Netflix” abunəçilərinin sayı 300 milyonu ötüb

ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyən edilib

Xarici dil müəllimləri üçün “Pre-CELTA” təlimi təşkil olunub

“Netflix” abunə qiymətlərini artırır

Ötən il Laosda təbii fəlakətlərdən 271 mindən çox insan zərər çəkib

Azərbaycan və Böyük Britaniya XİN başçıları mövcud regional vəziyyəti müzakirə ediblər

Futbol üzrə Azərbaycan millisi Macarıstanla yoldaşlıq matçı keçirəcək

Öyrənməyin yaşı yoxdur: Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi REPORTAJ

Azərbaycanın voleybol hakimləri Türkiyə klublarının oyunlarına təyinat alıblar

Həzi Aslanovun anadan olmasının 115 illiyi qeyd edilib

“Sabah” klubu kapitanı ilə yollarını ayırıb

Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb VİDEO

Azərbaycanda nəqliyyat sektorunda çevik idarəetmə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Əlilliyi olan şəxslərin vergi inzibatçılığı sadələşdirilir

ABŞ-ın cənubunda hökm sürən anomal soyuqlar azı 10 nəfərin həyatına son qoyub

Şahzadə Harri “The Sun” qəzetinin nəşriyyatçısı ilə məhkəmə iddiasında razılığa gəlib

Elxan Abdullayev: Rumıniya klubu ilə oyunda “Qarabağ”ın itirəcəyi heç nə yoxdur

Türkiyə Prezidenti yanğının baş verdiyi bölgəyə səfər edib

“Kredit büroları haqqında” Qanuna dəyişiklik ediləcək

Türkiyə parlamentinə ekologiya haqqında ilk qanun layihəsi təqdim edilir

Azərbaycanda mühasibat uçotunun elektronlaşması ilə bağlı yeni tənzimləmələr tətbiq olunacaq

Qazaxıstanın güc strukturları cinayətkar qruplaşmalara qarşı genişmiqyaslı əməliyyatlar keçirib

Azərbaycanın U-19 millisi Belarusla iki yoldaşlıq oyunu keçirəcək

Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb VİDEO

Əmək qəhrəmanı Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib VİDEO

Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib

Azərbaycan Rusiya ilə İran arasında baş tutacaq enerji mübadiləsində tranzit rolu oynaya bilər

® “Ziraat Bank Azərbaycan” 2024-cü ili uğurlu göstəricilərlə yekunlaşdırıb

Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb

Bakıda unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində yoxlama aparılıb

Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir

Almaniyalı həkim AfD-yə 1,5 milyon avro məbləğində ianə edib

Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumu keçiriləcək

Siqaret hər il İsraildə 8 min insanın ölümünə səbəb olur

Britaniya hökumətinin borclanması gözlənilmədən artıb