Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi onun mövcud imkanlarının təbliği baxımından böyük əhəmiyyətə malikdir

Naxçıvan, 1 may, AZƏRTAC

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsinin önünə gül dəstələri qoyublar.

“Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində təşkil edilən tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənc nəslin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə Ulu Öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirakı ilə seçilir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq keçirilən “Azərbaycanın Gənclər Paytaxtı” layihəsi ilk günlərdən böyük maraqla qarşılanıb, gənclərlə işin daha da canlandırılmasına səbəb olub. Bu baxımdan müsabiqə Naxçıvan gəncləri tərəfindən də daim diqqətdə saxlanılıb, son illər seçimlərdə Naxçıvan şəhərinin namizədliyi irəli sürülüb. 2018-ci ilə İslam Mədəniyyəti Paytaxtı kimi qədəm qoyan Naxçıvan şəhəri, həmçinin gənclərin yüksək fəallığı, xüsusən internet resurslarında aktivliyi nəticəsində ölkəmizin Gənclər Paytaxtı seçilib. Bu, Naxçıvan Muxtar Respublikası tarixində əlamətdar hadisələrdən biridir. Adıçəkilən layihə muxtar respublikanın, Naxçıvan şəhərinin mövcud imkanlarının ölkə miqyasında təbliği baxımından böyük əhəmiyyətə malikdir.

“Bu gün “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası və “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfransın keçirilməsi gənclərin ideoloji siyasi şüurunun artırılması, onların vahid fikir ətrafında birləşməsi baxımından böyük əhəmiyyətə malikdir” - deyən Azad Cabbarov diqqət çatdırıb ki, muxtar respublikada son illər həyata keçirilən infrastruktur layihələri nəticəsində gənclərin yaradıcılıq və təhsil imkanlarının, asudə vaxtlarının səmərəli təşkili istiqamətində ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb. İnanırıq ki, müasir Azərbaycan gəncliyi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməklə, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını daim rəhbər tutmaqla, dövlət və dövlətçiliyə sədaqət ruhunda daha çox səylə çalışmağa, göstərilən etimada layiq olmağa çalışacaq.

Konfransda çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 2018-ci ilin Azərbaycanın Gənclər Paytaxtı seçilmiş qədim Naxçıvan şəhərinin gənclərini salamlayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil dövlətimizin uğurları ilə hər birimiz daim qürur hissi keçirir, azərbaycanlı olduğumuza görə fəxr edirik. Ulu Öndərin ideyalarının, siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən misilsiz quruculuq işlərində gənclər də yaxından iştirak edirlər.

Azad Rəhimov vurğulayıb ki, respublikamızın 30-dan çox şəhər və rayonunda “Azərbaycançılıq və gənclik” təbliğat kampaniyası çərçivəsində tədbirlərin keçirilməsində məqsəd milli mənəvi və ümumbəşəri dəyərlər sistemində ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin geniş müzakirəsini təşkil etməkdir. Gənclər tərəfindən azərbaycançılıq məfkurəsinin düzgün dərk edilməsi ölkəmizin strateji inkişaf hədəflərinə və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edən vacib amillərdəndir. Çünki dövlətimizin inkişaf strategiyasının əsasında milli-ideoloji prinsiplər durur. Bu prinsiplər minilliklərdən dövrümüzədək qorunub saxlanılan milli mənəvi irsimiz, tarixi ənənələrimiz, mənəvi-əxlaqi dəyərlərimizlə yanaşı, müasir dövrün çağırışlarına uyğun yeni hədəflərin vəhdətində formalaşıb. Azərbaycançılıq ideyası milli təhlükəsizliyimizin təmin olunmasına, ölkəmizə qarşı yönələn təhdidlərlə birgə mübarizənin aparılmasına, bir sözlə, müstəqilliyimizin sarsılmaz və dönməzliyinə xidmət edir.

Nazir qeyd edib ki, ulu öndər Heydər Əliyevin cəmiyyətimizə təqdim etdiyi azərbaycançılıq məfkurəsi milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını əhatə edir. Azərbaycançılıq məfkurəsi humanizm, sülhsevərlik kimi ümumbəşəri dəyərləri, multikulturalizmi, demokratik dəyərlərə sədaqət hissini formalaşdıran prinsipləri özündə daşıyır. Bu gün biz qürur hissi keçiririk ki, dünyada müstəqil Azərbaycan dövləti, qədim və zəngin tarixi olan Azərbaycan xalqı var. Bu xalq mükəmməl dilə, yüksək mədəni dəyərlərə, özünəməxsus adət-ənənələrə malikdir. Bu dəyərləri qoruyub saxlamaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq cəmiyyətimiz qarşısında duran əsas vəzifələrdəndir.

Azərbaycan Respublikasının gənclər və idman naziri çıxışının sonunda bir daha Naxçıvan gənclərini ölkənin ictimai-siyasi həyatında yüksək fəallıqlarına görə təbrik edərək əmin olduğunu bildirib ki, 2018-ci ilin Gənclər Paytaxtında çoxsaylı maraqlı və əhəmiyyətli tədbirlərin təşkilinin şahidi olacağıq.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, deputat Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov konfransda çıxış edərək vurğulayıblar ki, Naxçıvan gəncləri ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlə xidmət edəcək, xalqımızın tərəqqisi, dövlətçiliyimizin inkişafı naminə dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi işlərə öz töhfələrini verəcəklər.

Sonra “Naxçıvan” Universitetinin tələbəsi Allahverdi Qəribovun “Azərbaycançılıq - multikultural dəyərlər”, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Əfsanə Əlizadənin “Azərbaycançılıq - dövlət dili və dövlət rəmzləri” mövzularında çıxışları dinlənilib.

Konfransın bədii hissəsində Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Bakı şəhərindən dəvət olunmuş müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Konsert proqramında Azərbaycan Respublikasının Xalq Artisti Bilal Əliyevin, müğənnilərdən Günay İbrahimlinin, Elvin Abdullayevin, Sevinc Musayevanın, Azad Şabanovun və Fərid Quliyevin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 100 dollardan baha satılır

“Telegraph”: Fransa və Almaniya birgə qırıcı təyyarə proqramını dayandırıblar

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işinə başlayıb

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da