Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib

Naxçıvan, 29 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri çıxış ediblər.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iki ölkənin qardaşlıq və müttəfiqlik münasibətlərinin regionda sabitlik və enerji təhlükəsizliyinin təminatında əhəmiyyətindən bəhs edib. Forum və Konfransın Naxçıvanda keçirilməsinin muxtar respublikanın “yaşıl enerji zonası”na çevrilməsi prosesinə töhfə verəcəyini qeyd edib: “Yaşıl enerji” layihələrinin reallaşdırılması yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək və onun strateji əhəmiyyətini daha da artıracaq”.

Naxçıvanın bütün dövrlərdə Azərbaycan-Türkiyə münasibətlərinin mərkəzində olduğunu vurğulayan energetika naziri Pərviz Şahbazov deyib ki, hər iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir-birinə sarsılmaz inam və güvənlə yürütdükləri siyasət, onların liderliyi ilə tarixdə bənzəri olmayan Azərbaycan-Türkiyə birliyinin gücü qardaş-dost münasibətlərimizi müttəfiqlik statusuna yüksəldib. Bildirilib ki, Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirməyi və onu “yaşıl enerji” zonasına çevirməyi hədəfləyən yeni inkişaf mərhələsi Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni səhifədir:

“Bu günlərdə illik 500 milyon kubmetr qaz tədarük edəcək İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, həmçinin Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq sənədinin imzalanması mərasimində Azərbaycan-Türkiyə prezidentlərinin iştirakı bir daha göstərdi ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir”.

Külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın Naxçıvanı “yaşıl enerji”nin istehsalı - ixracının da mənbəyi və marşrutuna çevirəcəyi qeyd edilib. Bu xüsusda, “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edildiyi bildirilib. “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyası, “Czech Engineering” şirkəti ilə günəş elektrik stansiyaları, eləcə də Almaniyanın “Notus” şirkəti ilə “yaşıl enerji” layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırılıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə çıxışında bildirib: “Türkiyə və Azərbaycan olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP təbii qaz boru kəmərləri kimi regionumuzun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verən böyük infrastruktur layihələrini yeni dövrdə bərpa olunan enerji, elektrik interkonnektor layihələri, mədənçilik kimi müxtəlif sahələrdə də inkişaf etdirmək istəyirik”.

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri çıxışında “Masdar” şirkətinin Azərbaycandakı fəaliyyətinin önəmindən danışıb:

“Ölkəm qısa zamanda COP28-də dünya liderlərini, sənaye öncüllərini və iqlim ekspertlərini qəbul edəcək. “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında aparılan müzakirələr bu ilin sonunda Dubayda keçiriləcək COP28 müzakirələrinə öz töhfəsini verəcək”.

Forum və Konfrans paralel şəkildə işini davam etdirib. Konfrans çərçivəsində “Enerji keçidi sahəsində dövlət siyasəti”, “Enerji keçidinə şirkətlərin baxışı və töhfəsi”, “Naxçıvan “yaşıl enerji” zonası kimi: potensial imkanlar və layihələr”, “Naxçıvanın yaşıl enerji potensialının Türkiyəyə və Avropa bazarlarına ixracı imkanları”, “Naxçıvanda bərpa olunan enerji mənbələri sahəsində konseptual yanaşmalar və milli kontentin yaradılması imkanları”, “Naxçıvanda yaşıl enerji layihələrinin maliyyələşdirilməsi imkanları” mövzularında plenar sessiyalar keçirilib.

Tədbirlərdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Naxçıvan MR-in Nazirlər Kabinetinin Baş nazirinin müavini Bəxtiyar Məmmədov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin idarə heyətinin sədri Samir Axundov, “Azərenerji” ASC-nin vitse-prezidenti vəzifəsini icra edən Vüqar Şahmuradov, Naxçıvan MR-in Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, eləcə də BOTAŞ, TPAO, TEİAŞ, “ACWA Power”, “TotalEnergies”, “bp”, “Masdar”, “China Gezhouba Group Overseas Investment”, “Nobel Energy”, Türkiyə Külək Enerjisi Birliyi, MTA, EPİAŞ, TÜREB, GÜNDER, TEPSCO, Türkiyə Enerji Ticarəti Dərnəyi, “McKinsey & Company”, DTİK, Beynəlxalq Maliyyə Korporasiyası, İslam İnkişaf Bankının İslam Korporasiyası, Dünya Bankı, Asiya İnkişaf Bankının səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib.

Yekunda “Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolu”, həmçinin “Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə “TEİAŞ” və “Azərenerji” ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “A-Z Czech Engineering” MMC arasında Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “ACWA Power” şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi)” imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paris merinin köməkçisi Notr-Dam kilsəsində bərpa işlərini dərhal dayandırmağa çağırıb

Hindistan havanın çirkləndirilməsinə qarşı mübarizədə süni yağış yağdırmaq niyyətindədir

Etna vulkanı yenidən fəallaşıb

Ağ Ev: Əlavə vəsait olmadan ABŞ-ın Ukraynaya dəstək verməsi çətin olacaq

Parisdə miqrantlar olimpiya stadionu ilə bağlı etiraz aksiyasına çıxıblar

Şəkidə avtomobil dərəyə aşıb, xəsarət alan var

Xətai rayonunda ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Hər fotoqrafın işığı əbədidir...

GUAM ölkələri arasında azad ticarət zonasının inkişafı məsələsi ətrafında fikir mübadiləsi aparılıb

Vəkillər Kollegiyasında Misir Dövlət Şurasının və Dünya Bankının nümayəndə heyətləri ilə görüş keçirilib

İraqın şimalında terrorçulara məxsus 16 hədəf məhv edilib

Yasamalda sanitariya normalarını pozan kafenin fəaliyyəti dayandırılıb

Praqada Azərbaycana həsr edilmiş filmin təqdimatı olub

Əlilliyi olan şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qalibləri mükafatlandırılıblar

İsmayıllı və Ağdaşda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunublar

Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir

Çingiz Hüseynzadə: Artıq velosiped yalnız idman deyil, həm də həyat tərzidir

Tovuz sakini dəm qazından dünyasını dəyişib VİDEO

Budapeştdə Orta Dəhlizlə bağlı seminar təşkil olunub

“Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda tədbir keçirilib

Qusarda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb

Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib

Azərbaycanın antikorrupsiya təcrübəsi beynəlxalq platformada

Azərbaycanın kişi güləşçiləri dünya çempionatında 5 medal qazanıblar

Bu gün Gürcüstanda 8 minədək HİV-ə yoluxmuş insan yaşayır

Mədəniyyət və İncəsənət Universitetinin 100 yaşı daha bir təhsil ocağında qeyd olunub

Ermənistanın siyasi kursunda regiondan uzaqlaşmaq meyilləri müşahidə edilir- RƏY

“Fizikada müasir trendlər” mövzusunda 8-ci beynəlxalq elmi konfrans başa çatıb

AzTV-nin əməkdaşı BDU tələbələri ilə təcrübəsini bölüşüb

Parlamentin komitə iclasında 14 məsələ müzakirə edilib

Ombudsman Lənkəranda şəhid övladları ilə görüşüb

Britaniyanın Moskvadakı səfiri Qarabağdakı bərpa işləri barədə məlumatlandırılıb

BDU-nun Fizika fakültəsinin əməkdaşları Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun fəaliyyəti barədə məlumatlandırılıb

MEK Azərbaycan dövlətçiliyinə dair nəşrlərin virtual sərgisini təqdim edir

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya olunub

Qəbələdə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub

Gövhər Baxşəliyeva: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti akademiyanın yaranması üçün zəmin formalaşdırıb

Belqrad-Bakı-Belqrad marşrutu üzrə birbaşa aviareyslərin işə salınması üçün aparılan işlər müzakirə olunub

Qubada avtomobil su kanalına düşüb VİDEO

Fransada məmurlara messencerlərdən istifadə qadağan edilib

Laçınlı şair: Bugünkü şəhərin özgə hüsnü var

Sağlığında orqanlarını bağışlayanların orqanlarının götürülməsi üçün yaxınlarından icazə alınmayacaq VİDEO

Türkiyənin Orta Doğu Texniki Universitetinin professorunun BDU-da ustad dərsi

Heydər Əliyevin 100 illiyinin Həştərxanda qeyd edilməsi Azərbaycan ilə mehriban qonşuluq əlaqələrinin genişləndirilməsinə böyük töhfə verir

İqlim dəyişikliyi nədir?

Həsən Həsənov Ulu Öndər Heydər Əliyev barədə xatirələrini UNEC-in kollektivi ilə bölüşüb

Yazıçı Şərif Ağayar: Laçın hər kəsin qürur yeri olacaqdır...

Ərdoğan: Türkiyə bütün böhranlarda sülhün yanında olub

Rusiyanın “Böyük Teatrı”na yeni baş direktor təyin olunub

Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim təşkil olunub

Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında bütün sahələrdə əməkdaşlığın yaxşı perspektivləri var

Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib

İlhami Cəfərsoy: Şuşa yalnız şəhər deyil, qədim dünyanın elitar bir nəslinin adıdır – dilçi alimlə müsahibə

Hərbi şərhçi: Ötən bir il ərzində Laçında hərbi infrastruktur daha da gücləndirilib

“Qəhrəmanlarımız üçün yaşıl işıq” layihəsinin iştirakçıları ilə görüş olub

Elektron Təhlükəsizlik Xidməti ABŞ-ın tanınmış şirkəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək

Karate üzrə Azərbaycan çempionatına start verilib

İspaniyada Azərbaycanın işgüzar turizm imkanları təbliğ olunub

Aqrar Sığorta Fondu Şəkidə fermerlərə sığorta ödənişlərinə başlayıb

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri daha iki medal qazanıblar

Gəncə, Daşkəsən, Göygöl və Samuxda bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib

Kreml: ABŞ-ın hegemonluğuna söykənən dünya düzəni sona yetir

Türkiyə və Gürcüstan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana

İsrail Prezidenti və Qətər Əmiri ilk dəfə şəxsən görüşüblər

Sahibkarlarla Rusiyaya yumurta ixracı sahəsindəki vəziyyət müzakirə olunub

Qonşu ölkələrlə müqayisədə Azərbaycanda İİV-ə yoluxma hallarının sayı 3 dəfə azdır

“IDDA Awards 2023”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Stirlinq Fondunun prezidenti: Yuta ştatının dini icması Azərbaycanla mənəvi əlaqələrin dərinləşməsində maraqlıdır

Özbəkistanlı nazir “ASAN xidmət”də

Azərbaycan dayanıqlı və ekoloji cəhətdən təmiz gələcək qurmaq üçün digər ölkələrə nümunədir- ŞƏRH

Energetika naziri Sabirabadda vətəndaşlarla görüşüb

® Birbank-ın “10 001 hədiyyə” lotereyasının 2-ci tirajı yekunlaşdı

“Əlini mənə ver, dostum" adlı tədbir keçirilib

"Azəriqaz" rəhbərliyi Zaqatalada vətəndaşları dinləyəcək

Viktor Orban: Aİ əvvəlcə Ukrayna ilə strateji tərəfdaşlıq sazişi bağlamalıdır

Müşavir: Kənd yerlərində rəqəmsal təhsil mərkəzləri yaradılacaq

Regionlarda “Qəhrəmanını tanı” layihəsi həyata keçirilib

Azərbaycan ağırlıqqaldıranları Doha Qran-prisində iştirak edəcəklər

Solmaz Karabaşa: Şuşada sərgilənən mətbəx nümunələri ilə nə qədər çox ortaqlığımızın olduğunu gördüm

ATMU-da əcnəbi tələbələr üçün məlumatlandırma sessiyası keçirilib

“Avroviziya” mahnı müsabiqəsinin ölkəmizin musiqi sənayesinin inkişafındakı rolu müzakirə edilib

İtaliyalı alim BDU-da nanomaterialların tətbiqi ilə bağlı məruzə edib

Qərbi Azərbaycan İcması: Avropa İttifaqının məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir

Baş katib: Velosiped idmanının rayonlarda da inkişafı sevindirici haldır

Monteneqronun XİN başçısı: Azərbaycanla münasibətlərin inkişafında mövcud potensialdan istifadə olunmasında maraqlıyıq

TƏBİB tabeliyində olan tibb müəssisələrində 1804 nəfər qrip əleyhinə peyvənd olunub

“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” - təlim

Vyanada Aşıq Şəmşirin anadan olmasının 130 illiyi münasibətilə tədbir keçirilib VİDEO

Qax rayonunda tələbələr narkomaniyanın mənfi təsiri barədə məlumatlandırılıblar

“Bir ömür xidmətinizdə”...

Rəşad Nəbiyev özbəkistanlı həmkarı ilə kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlığı müzakirə edib

Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib

COP28: Yoxsul ölkələr iqlim ödənişləri uğrunda 30 illik mübarizədə qalib gəlir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayılan iddialara cavab verib

Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” beynəlxalq konfransı və Türk xalqlarının ortaq mətbəxinin təqdimatı olub VİDEO

Badamdar qəsəbəsinin sürüşmə zonasında içməli və tullantı su şəbəkələri yaradılır

OPEC+ ölkələri 2024-cü ilin I rübündə hasilatı 2,2 milyon barel azaltmaq barədə razılaşıblar

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

KOBİA sədri: Rəqəmsallaşmanı regionlarda gücləndirmək əsas məqsədimizdir