Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda “Bir uşaq-bir top” festivalı keçirilib

Naxçıvan, 2 iyun, AZƏRTAC

Naxçıvanda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yaradılmasının 55-ci ildönümü münasibətilə “Bir uşaq-bir top” festivalı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iki hissədən ibarət olub. Birinci hissədə gənc rəssamların futbol haqqında kompozisiyaları, face art, ayaq bilyardı, zorba futbol, maket qapıya qol vuruşu, şən klounlarla futbol oyunu təşkil edilib.

Tədbirin rəsmi hissəsində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın uğurlu nəticələri barədə danışan nazir qeyd edib ki, yaradılmış müasir idman infrastrukturu gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub, bu da, öz növbəsində, muxtar respublikada beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb.

Bildirilib ki, 55 illiyi qeyd edilən “Araz-Naxçıvan” komandası I divizionda qalib olub, Premyer Liqada çıxış edib, qonşu ölkələrdə müntəzəm olaraq təlim-məşq toplanışları keçirilib. Komandamız Region Liqasının yenicə başa çatan mövsümünü bürünc medalla tamamlayıb.

Muxtar respublikada 1244 nəfər yeniyetmə və gəncin aktiv şəkildə futbolla məşğul olduğunu və 17 stadion, 30 minifutbol meydançasının mövcud olduğunu, stadionlardan 10-nun əsaslı təmir olunaraq istifadəyə verildiyini xatırladan Ramil Hacı son dövrlər futbolun inkişafı istiqamətində icra olunan digər işlər barədə məlumat verib. Klubun 55 illik yubileyinin əlamətdar gündə - 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə qeyd olunmasının böyük rəmzi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran gənclər və idman naziri bu münasibətlə uşaqları təbrik edib, Naxçıvanda idmanın inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə idmançılar adından minnətdarlığını ifadə edib.

Qonaqları salamlayan Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Bildirib ki, dövlət uşaq siyasəti ölkəmizdə prioritet məsələlərdən biridir. Ulu Öndər tərəfindən yaradılan bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikasında da idmana göstərilən diqqət və qayğıdan danışan Vüqar Abbasov qeyd edib ki, idmançılarımız çıxış etdikləri yarışlarda Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırır, ölkəmizin idman ənənələrini layiqincə təmsil edirlər. Yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıq edən federasiya sədri “Araz-Naxçıvan”ı 55 illik yubileyi münasibətilə təbrik edib, komandanın veteran futbolçularına təşəkkürünü bildirib.

Çıxışlardan sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii gimnastika bölməsinin “Pon-pon” qızlar qrupunun çıxışı, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi tələbələrinin ifasında “Tənzərə” yallısı maraqla qarşılanıb. Tamaşaçılara, eyni zamanda “Araz-Naxçıvan”ın tarixi, uğurları və tanınmış azərbaycanlı oyunçular haqqında məlumat verilib.

Sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladlarına hədiyyələr verilib. Hədiyyələri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov təqdim ediblər.

Festivalda xüsusi qayğıya ehtiyacı olan uşaqlar da mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev təqdim ediblər.

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun ilk baş məşqçisi olmuş Tofiq Axundovun həyat yoldaşı və qızına isə xüsusi hazırlanmış “3” və “55” nömrəli formalar təqdim olunub. Formaları Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibinin müavini Kamran Vəliyev təqdim edib.

Festivalda “Araz-Naxçıvan”ın veteran futbolçuları da mükafatlandırılıb. Mükafatları Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov təqdim edib.

Sonra “Araz-Naxçıvan”ın veteran və gənc komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Festivalda hər uşağa bir top hədiyyə olunub. Bol hədiyyəli oyunlar, əyləncəli şoular, məşhur müğənnilərin çıxışları ilə yaddaqalan “Bir uşaq-bir top” festivalı Xalq artisti Aygün Kazımovanın konserti ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ baş verib

Avroliqa: Azərbaycan millisinin basketbolçusunun oynadığı komanda qalib gəlib

Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb

XIN: Niderland Parlamentinin Nümayəndələr Palatasının iki qətnaməsini qətiyyətlə rədd edirik

Fernandu Santuş: Çatışmazlıqların üzərində işləməliyik

Türkiyədə prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib

Millətlər Liqası: Azərbaycan yığması Estoniyaya məğlub olub YENİLƏNİB-4

İrakli Kobaxidze: Almaniya Bundestaqının Gürcüstana dair qətnaməsinin demokratiya ilə heç bir əlaqəsi yoxdur

“Kosmik səyahət: ulduzlara doğru” - tədbir

Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb

Fransanın tanınmış aşpazı kitabında Azərbaycan mətbəxindən reseptlər təqdim edib

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Olaf Şolts: Almaniya qətiyyətlə Ukraynanın yanındadır

AZƏRTAC-ın əməkdaşı “Dünya Conşana gəlir” layihəsində iştirak edib

® “AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib

“Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

Paytaxt məktəblərinin fəaliyyəti müzakirə olunub

® “Kapital Bank”ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarılıb

Bakıda keçirilən Pre-COP29 konfransına yekun vurulub

Bakıda mövcud avtobus zolağının uzunluğu açıqlanıb

Türkiyənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək

Azərbaycanda vergiödəyicilərinin sayı 6 faizə yaxın artıb

Raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub

Bakı metrosunda qatarların hərəkəti 2 dəqiqə yubanıb

IDEA İctimai Birliyi “PASHA Qrupu”nun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib

Regionlarda ali təhsil: reallıqlar və perspektivlər

Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Kays Sayidə

Tbilisidəki “Axali Taoba” məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan dostluğuna həsr olunmuş tədbir keçirilib

Sahib Paşazadə: Pakistanda festivalda iştirakımız kifayət qədər məhsuldar oldu

BDU kitabxanalar üçün beynəlxalq konsorsiumun Baş Assambleyasında təmsil olunub

Azərbaycan bir neçə ərazidən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub

“Muğam hər bir ifaçının səsi ilə yenilənir, inkişaf edir” - Mənsum İbrahimovla söhbət

ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib

İsrail mətbuatı Niderland parlamentini Azərbaycana qarşı qərəzli mövqeyinə görə qınayıb

Millətlər Liqası: Estoniya – Azərbaycan oyunu üçün start heyətləri açıqlanıb

Göygöldə keçirilən forumda innovativ texnologiyaların kənd təsərrüfatında üstünlüklərindən danışılıb

Bakıda Pre-COP29 çərçivəsində iqlim fəaliyyətində insan inkişafının rolu üzrə mühüm tədbir keçirilib

ABŞ mətbuatı: Ermənilərin səslərini qazanmaq istəyən Adam Şiff Azərbaycanın ABŞ-a etdiyi yaxşılıqları qiymətləndirmir

COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsünün necə aparıldığı açıqlanıb

“Azərbaycanda müasir ekologiya problemləri və onların həlli yolları” - seminar

AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir

Elxan Əzizov: Süni intellektin inkişafı texnoloji asanlıq gətirməklə yanaşı, bir sıra narahatlıqlar da doğurur

Milli Məclisin sədri Düşənbədə Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Alim: Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminəm

Almaniya millisinin sabiq üzvü: Azərbaycanlı uşaqlara futbolun sirlərini öyrətmək istəyirəm

Ağcabədidə şəhid Məhəmməd Məmmədovun ailəsi ziyarət edilib

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə olan müraciətlərin sayı açıqlanıb

Gömrük orqanına bəyan edilməyən qızılın ölkəyə gətirilməsinin qarşısı alınıb

Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib

Yeni Suraxanı qəsəbəsində qanunsuz tikilinin qarşısı alınıb

® İnnovasiya və texnologiyanın birləşdiyi “INMerge” İnnovasiya Sammiti davam edir

COP-a hazırlıq konfransında Azərbaycan sədrliyinin “İqlim və Sülh bağlantısı” mövzusunda təşəbbüsləri geniş dəstək qazanıb

Rabatda Azərbaycan-Mərakeş əlaqələrinin tarixinə həsr olunmuş seminar keçirilib

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Regional məsələlər komitəsi bələdiyyələrlə bağlı qanun layihələrini plenar iclasa tövsiyə edib

Məsut Özilin Azərbaycana səfərinin səbəbi bəlli olub

Xaçmazda minik avtomobilləri toqquşub, ölənlər var

“AzInTelecom”un sədri: İki Data Mərkəzin inşasında karbon materiallarından istifadə olunacaq

Naxçıvanda 5345 yeni vergi ödəyicisi qeydiyyata alınıb

Zelenski: Əsirlikdə olan ukraynalıların geri qaytarılmasında Müqəddəs Taxt-Tacın köməyinə ümid edirik

Serbiya ilə Türkiyə arasında 11 sənəd imzalanıb

Araik Arutyunyanın, David Babayanın və digərlərinin həbs müddəti uzadılıb VİDEO

Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycanın ali məktəblərinin sayı üçə çatıb

Ukrayna Prezidentinin səfəri ilə əlaqədar Berlində təhlükəsizlik tədbirləri gücləndirilib

“COP29 və qlobal iqlim dəyişiklikləri” - tədbir

Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycana etimadın təsdiqidir ŞƏRH

Sabunçu rayonunda saxlanılan iki nəfərdən 7 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Məsut Özil "Qarabağ"ın qonağı olub, komandanın açıq məşqini izləyib

İcma əsaslı məktəbəqədər təhsil xidmətləri ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu davam edir

“XIX Baku Jazz Festival”da 11 ölkədən ifaçılar çıxış edəcək

Aydın Səfixanlı: Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib VİDEO

Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri aparılır

Prokurorluğa qulluğa qəbulla bağlı müsabiqənin test imtahanında 163 namizəd müvəffəqiyyət qazanıb

Azln Telecom” bulud texnologiyalarına çıxışın asanlaşdırılması məqsədilə dövlət qurumları ilə əməkdaşlıq edir

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Gənclərin İqtisadiyyat Olimpiadası: 50 tələbə biliklərini sınayıb

Bakının bəzi küçələrində parklanma ilə bağlı dəyişikliklər tətbiq edilib

“Çelsi”nin yarımmüdafiəçisi sentyabr ayının ən yaxşı oyunçusu seçilib

Dövlət müəssisəsi Ağdam Sənaye Parkında istehsal olunan məhsul sifarişi verib

Paytaxtın daha bir küçəsində velosiped yolu salınıb

İsveçrənin Ukraynaya yardımı döyüş meydanındakı vəziyyətə görə dəyişəcək

Azərbaycan zərif keramika sahəsində standart layihələrin hazırlanmasında iştirak edəcək

Millinin böyük məşqçisi: Dünya çempionatında bəzi güləşçilərimiz potensialından aşağı çıxış etdi

Rupi dollar qarşısında rekord dərəcədə ucuzlaşıb

Nazir: Enerji səmərəliliyinə investisiyanı 7 dəfə artırmaq lazımdır

Peter Mixalko: Biz müəyyən edilmiş təmiz enerji texnologiyaları üçün əlverişli şərait yaratmalıyıq

Neft və Sənaye Universiteti ilə QS şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Ersin Tatar Prezident İlham Əliyevin Türk dünyasının birliyi məsələsində mövqeyini alqışlayıb VİDEO

Kolorado ştatında 12 turist istifadə olunmayan qızıl mədənində köməksiz qalıb

Moldovanın xəbər portalı Pre-COP29 konfransına geniş yer ayırıb

Şəhid döyüşçü Ayxan Cəfərovun xatirəsi anılıb

XİN rəsmisi: COP29 çərçivəsində 70-ə yaxın beynəlxalq səviyyəli görüşün keçirilməsi planlaşdırılır

Azərbaycan Milli Antidopinq Agentliyi beynəlxalq işçi qrupuna dəvət alıb

“Trendyol”un nümayəndəsi: Azərbaycan bizim üçün ikinci məqsədyönlü investisiya və biznesin inkişafı bazarıdır

Azərbaycan Dünya Səyahət və Turizm Şurasının qlobal sammitində təmsil olunub

Misli Premyer Liqasında daha üç turun oyun cədvəli məlum olub

Səhlənkarlıq nəticəsində külli miqdarda dövlət əmlakının məhv olması faktına görə cinayət işi başlanıb

Bidzina İvanişvili: “Milli Hərəkat” partiyası Gürcüstanı xaosa sürükləməyə çalışır

Misli Premyer Liqası: Təxirə salınmış oyunun vaxtı açıqlanıb