Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra olunub VİDEO

Naxçıvanda Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra olunub VİDEO

Naxçıvan, 23 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra edilib. Bu layihələr regionda səhiyyə infrastrukturunun müasirləşdirilməsinə və əhalinin sağlamlıq imkanlarının genişləndirilməsinə mühüm töhfələr verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi Xidmətin Təşkili şöbəsinin müdiri Səmayə İbrahimova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biri kimi Ailə Sağlamlıq mərkəzləri yaradılıb və bu müəssisələr müasir tibbi avadanlıqlarla təchiz olunub. Ailə Sağlamlıq mərkəzləri üçün ümumilikdə 27 ədəd portativ rentgen aparatı, 27 ədəd hematoloji analizator, 27 ədəd ultrasəs müayinə cihazı, 27 ədəd sidik analizatoru, 27 ədəd qanda üç aylıq şəkərin miqdarını ölçən cihaz, 27 ədəd portativ elektrokardioqraf cihazı, 100 ədəd ailə həkimi çantası və digər zəruri tibbi avadanlıqlar alınaraq istifadəyə verilib. Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktika tədbirlərinin vaxtında və effektiv şəkildə həyata keçirilməsi məqsədilə peyvəndlərin düzgün saxlanılması və soyuq zəncir sisteminə riayət olunması təmin edilib, bu məqsədlə 120 ədəd SMART soyuducu alınaraq Ailə Sağlamlıq mərkəzlərinə və peyvənd işi ilə məşğul olan tibb müəssisələrinə paylanıb.

Şöbə müdiri bildirib ki, Təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılıb. Belə ki, 52 ədəd tam təchizatlı təcili tibbi yardım avtomobili alınıb və yaxın zamanda təhvil veriləcək. Bundan əlavə, əvvəllər səkkiz lokasiyada fəaliyyət göstərən təcili tibbi yardım xidmətinin geolokasiyalarının sayı artırılaraq on dördə çatdırılıb. Eyni zamanda, hər bir Ailə Sağlamlıq Mərkəzində geolokasiyaların yaradılması planlaşdırılır: "Yeni yaradılacaq təcili tibbi yardım geolokasiyalarının müasir tibbi avadanlıqlarla təmin edilməsi məqsədilə mühüm satınalmalar həyata keçirilib. Bu çərçivədə hər birindən 64 ədəd olmaqla, xəstəbaşı monitorlar, infuziya pompası, şprislə işləyən pompa, venadaxili infuziyalar üçün nasoslar, 32 ədəd dörd motorlu və 32 ədəd üç motorlu funksional çarpayı, 32 ədəd larinqoskop dəsti, 32 ədəd defibrilyator monitor, 64 ədəd xəstəbaşı paneli, hər birindən 32 ədəd olmaqla xəstədaşıma xərəkləri, təcili yardım arabaları, xəstədaşıma kresloları, oksigen terapiya dəstləri, oksigen konsentratorları, portativ aspiratorlar və divarüstü diaqnostik dəstlər alınaraq təchizat həyata keçirilib".

Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, Proqram çərçivəsində icra edilən əsas layihələrdən biri də Hemodializ Mərkəzinin yaradılmasıdır. Bu mərkəzin yaradılmasında məqsəd Naxçıvan Muxtar Respublikasında dializ müalicəsinə ehtiyacı olan, xroniki böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlara yüksəkkeyfiyyətli tibbi xidmətlərin göstərilməsinə şərait yaratmaqdır. Hemodializ xidmətlərinin təkmilləşdirilməsi məqsədilə də müasir avadanlıqların alınması təmin olunub. Belə ki, ümumilikdə 53 ədəd hemodializ cihazı, pasiyentlərin müalicə prosesində rahatlığını təmin etmək məqsədilə qurğuya inteqrasiya edilmiş Wi-Fi və qulaqcıq girişi olan, üç idarəetmə mühərrikli 48 ədəd hemodializ kreslosu alınaraq aidiyyəti üzrə paylanılıb. Artıq Şərur Rayon Mərkəzi Xəstəxanası, Kəngərli Rayon Mərkəzi Xəstəxanası, Culfa Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Mərkəzi Xəstəxanasına bu avadanlıqlar təhvil verilib. Yeni yaradılmış Hemodializ Mərkəzinin yaxın günlərdə fəaliyyətə başlaması nəzərdə tutulur.

"Dövlət Proqramının bir digər mühüm istiqamətinə uyğun olaraq Seminar, Treninq və Simulyasiya Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi tibb işçilərinin ixtisas bacarıqlarına yiyələnməsi, praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, yeni bacarıqların mənimsənilməsidir. Mərkəzin layihələndirilməsi cari il ərzində tamamlanmış, yaxın iki il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlığı Mərkəzi publik hüquqi şəxsin yeni binasının tikinti və təmir işləri mərhələli şəkildə həyata keçirilir. Tikinti sahəsində bütün söküntü işləri başa çatdırılıb, arakəsmə divarlarının inşası tamamlanıb, müxtəlif sahələrdə ilkin hamarlama və suvaqaltı işlər aparılıb. Tikinti prosesi podratçı təşkilat tərəfindən təsdiqlənmiş iş qrafikinə uyğun davam etdirilir", - deyə Səmayə İbrahimova əlavə edib.

 

 

Naxçıvanda Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol

Almaniya və Niderlandda kokain qaçaqmalçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat təşkil olunub

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil olunub

İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

İKTA və ICANN internet idarəçiliyinin gücləndirilməsi sahəsində anlaşma memorandumu imzalayıb

Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir

Deputat: Türk dünyası bizim ailəmizdir

Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Ufuk Turganer: Türk dünyasına mənsub ölkələrin mədəniyyəti ilə tanış olmaq xoş təəssürat yaratdı

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb

BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir

Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələrin siyahısında dördüncüdür

Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur

Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

Bu il 87 mindən çox şagird paytaxt məktəblərinin buraxılış siniflərini bitirir

Laçın, Xocavənd və Xocalıda əkin sahələrinin vəziyyəti qiymətləndirilib, sakinlərə məsləhətlər verilib

Çingiz Hüseynzadə: Türkiyə millisi dünya çempionatında bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq

AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM-ə nisbətən ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar