Naxçıvanda “Görmək gözəldir” tibbi aksiyası çərçivəsində 451 nəfər oftalmoloji müayinədən keçib VİDEO









Naxçıvan, 29 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Görmək gözəldir” adlı genişmiqyaslı tibbi aksiya uğurla başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Dırnıs, Qazançı, Qarabağlar, Dəmirçi, Qahab, Kükü, Dizə və Sabirkənd ailə sağlamlıq mərkəzlərində keçirilən aksiya çərçivəsində muxtar respublika üzrə ümumilikdə 451 nəfər oftalmoloji müayinədən keçib. Aksiya regionlarda əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığının artırılması, profilaktik müayinələrin təşviqi və görmə problemlərinin erkən aşkarlanması baxımından mühüm əhəmiyyət kəsb edib.