Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün təlim keçirilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün təlim keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təlimdə “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusunda danışılıb.
Təlim Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı, həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşının iştirakı ilə baş tutub. Təlimdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 23 müəssisənin nümayəndələri iştirak edib.
Təlimçilər təqdimatlarla çıxış edərək işçilərin əməyinin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması istiqamətində geniş məlumat veriblər. Həmçinin iştirakçılar müəssisələrdə əməyin mühafizəsi üzrə norma və qaydaların tətbiqi, yeni standartların əhatə etdiyi sahələr, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar.
Sonda suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:51]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:44]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]