Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda regional sığorta forumu keçirilib - YENİLƏNİB

Naxçıvan, 29 may, AZƏRTAC

Mayın 29-da Azərbaycanda ilk dəfə Naxçıvan şəhərində "I Regional Sığorta Forumu" keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş forumun iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində işə başlayan forumda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş animasiya nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli forumun əhəmiyyətinə toxunub, tədbiri uğurlu layihə kimi dəyərləndirib. Səlahiyyətli nümayəndə sığorta sahəsində beynəlxalq təcrübələrin Naxçıvana gətirilməsinin zəruriliyini diqqətə çatdıraraq vurğulayıb ki, ötən il suverenliyini tam bərpa edən Azərbaycanda, o cümlədən Qarabağda genişmiqyaslı quruculuq işləri görülür. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasına da bu sahədə böyük pay düşüb. Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixdə imzaladığı Sərəncamla təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Azərbaycanda bir regionun inkişafı istiqamətində icra olunan ən böyükhəcmli sənəddir. Dövlət Proqramına əsasən muxtar respublikada mühüm infrastruktur layihələri icra olunur. Bu layihələrin icrasında yaranacaq sığorta risklərinin qarşısının alınmasında sığorta şirkətlərinin də üzərinə böyük öhdəlik düşür. Xüsusilə region üçün spesifik olan kənd təsərrüfatı, “yaşıl enerji” dəhlizi, inşaat, yol-nəqliyyat infrastrukturu və turizmin inkişafı istiqamətində yeni sığorta məhsullarının tətbiqinə böyük ehtiyac var.

Fuad Nəcəfli qeyd edib ki, muxtar respublikada infrastruktur layihələrinin reallaşdırılmasında xarici sığorta şirkətləri olduqca maraqlıdırlar. Lakin həmin şirkətlər sığorta məhsullarını yüksək qiymətlərlə təklif edirlər. Buna görə də yerli sığorta şirkətləri vətənpərvərlik və milli mənafelərimizi rəhbər tutaraq bu işlərin həyata keçirilməsində dəstək göstərməli, faydalı əməkdaşlığın qurulmasında maraqlı olmalıdır.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafında sığortanın rolu danılmazdır. Hazırda Naxçıvanda fəaliyyət göstərən şirkətlər daha çox klassik sığorta növlərinin təbliği və tətbiqinə üstünlük verirlər. Lakin günümüzün reallıqları yeni sığorta növlərinin tətbiqini və ictimai marağın təşkil olunmasını zəruri edir. Fuad Nəcəfli keçirilən forumu dövrün tələbinə uyğun yeni təkliflərin müzakirəsi, konkret hədəflərin müəyyənləşdirilməsi baxımından yüksək qiymətləndirib, forumun işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib ki, sığorta iqtisadiyyatın ən dinamik inkişaf edən sektorlarından biridir. Sığortanın təməlində isə əhalinin və iş adamlarının risklərdən qorunması üzrə etibarlılıq əldə etməsi dayanır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən sığorta sistemində yeni tənzimləmə və inkişaf strategiyası həyata keçirilir. Bunun nəticəsində də effektiv nəticələr əldə olunur. Naxçıvanda da sığorta sahəsində mühüm tənzimləmə mexanizmlərinə başlanıldığını deyən Ziya Əliyev qeyd edib ki, ilk dəfə bu il sentyabr ayında muxtar respublikada sığorta maarifləndirilməsi sahəsində geniş bir layihəyə start veriləcək. Naxçıvanda ilk dəfə Sığorta festivalı təşkil olunacaq. Həm Naxçıvan mediasında, həm ənənəvi kütləvi informasiya vasitələrində, həm də sosial mediada sığorta sahəsində intensiv şəkildə maarifləndirmə tədbirləri aparılacaq.

İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov ötən illərdə Naxçıvanda sığorta sektorunda tənzimləmə mexanizmi sahəsində qeydə alınan problemlərdən bəhs edib. Bildirib ki, 2011-ci ildən İcbari Sığorta Bürosu qarantiya fondu kimi vətəndaşlara dəymiş ziyanı kompensasiya edir. Büroya daxil olan şikayətlərin 80 faizi icbari avtomobil sığortası ilə bağlıdır. Bu baxımdan ötən il vətəndaşlara, təqribən, 1,5 milyona yaxın sığorta şəhadətnaməsi təqdim edilib, 70 minə yaxın sığorta ödənişi həyata keçirilib. Bu da, ümumilikdə, 75-80 milyon manata yaxın sığorta ödənişlərinin həyata keçirilməsi deməkdir. Bu illər ərzində büroya Naxçıvandan heç bir müraciət daxil olmayıb. Minlərlə vətəndaş vəfat edən şəxslərin vərəsələri kimi icbari sığorta tərəfindən kompensasiya ödənişi alsa da, bu, Naxçıvanda baş tutmayıb. Artıq Naxçıvan Muxtar Respublikasında bir çox sığorta şirkətinin nümayəndəlikləri var və istənilən sığorta şirkətinin nümayəndəliyinə müraciət edərək, ölüm və yaxud bədən xəsarətlərinə dair 2010-cu ildən bəri baş vermiş hadisələrlə bağlı müraciət əsasında kompensasiya ödənişlərinin edilməsi mümkündür.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev forumun təşkilində göstərilən dəstəyə görə təşəkkür edib, ilk forumun 100 illik yubileyi qeyd edilən Naxçıvan Muxtar Respublikasında keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirib ki, son illər Azərbaycanda sığorta sektoru maliyyə bazarının inkişafında aktiv rol oynayıb. Peşəkar sığorta bazarı iştirakçıları olaraq başlıca hədəf və məqsəd bu inkişafın davamlılığını təmin etməkdir. Azərbaycan Mərkəzi Bankının sığortanın inkişafı üçün atdığı dəstəkləyici addımlar, həyata keçirilən fundamental əhəmiyyətli islahatlar Naxçıvanda da etibarlı sığorta sektorunun formalaşmasına və davamlı inkişafına zəmin yaradacaq.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev forumda müzakirə ediləcək məsələlərin əhəmiyyətinə toxunub, effektiv nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Elçin Əliyev qeyd edib ki, Naxçıvan modern inkişafının yeni dövrünü yaşayır. Muxtar respublikanın sosial-iqtisadi inkişafını hədəf alan Dövlət Proqramının icrası bank və sığorta sferalarında da mühüm nəticələrin əldə olunmasına rəvac verir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bank və sığorta filialları şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub. Ölkədə fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikasında da filiallarının açılması ilə əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışı asanlaşır. Əvvəllər Naxçıvanda 1 özəl sığorta şirkəti fəaliyyət göstərirdisə, bu gün Naxçıvanda 5 sığorta şirkəti təmsil olunur. Qarşıda duran əsas hədəf fəaliyyəti yeni tələblərə uyğun genişləndirməkdir.

Forum çərçivəsində Naxçıvan Muxtar Respublikasında nümayəndəliyi fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “Sığortada hadisələrin tənzimlənməsi”, “Risklərin idarə edilməsində sığortanın rolu: Niyə sığortalanmalıyıq?”, “Regionun riskləri: Hansı sığorta növlərinə müraciət edilməlidir?”, “Həyat riskləri və həyat sığortaları: Necə faydalanmaq olar?” və “Sığorta xidmətlərinə əlçatanlıqda elektron vasitələrin yaratdığı üstünlüklər” mövzularında panel müzakirələr olub.

Qeyd edək ki, forum Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

10:31

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan: I Regional Sığorta Forumu” keçirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində təşkil olunan forumda Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, digər dövlət və hökumət nümayəndələri iştirak edirlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqası: “Zirə” üçün 4 potensial rəqib

Bu gün Xalq artisti Möhsün Sənaninin doğum günüdür

Faktiki hava: Əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb

“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir

Maria Fernanda Espinoza: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

DİN: Dünən ölkə ərazisində 105 kiloqrama yaxın narkotik aşkarlanıb

Muxtar Babayev: Azərbaycan COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadiqdir

Azərbaycan neftinin qiyməti 87 dolları ötüb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb

Prezident: Kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq

Azərbaycan Prezidenti: COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaq

Prezident: Azərbaycan planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir

Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına

Bakıda 
“COP29-a Aparan Yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı keçirilir YENİLƏNİB

Rusiya Prezidenti ilə KXDR liderinin görüşü başlayıb

ABŞ-də yanğına görə 7 min sakin təxliyə edilib

ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər

Çadın əsas silah anbarında şiddətli partlayış baş verib

İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib

İnsan orqanizmi kosmik uçuşdan sonra özünü tam bərpa edir

Partlamamış hərbi sursatlar yaşıl enerjiyə keçidi ləngidir

Azərbaycan Milli Kitabxanasının təmsil olunduğu CENL-in illik toplantısı başa çatıb

“Şerif”in baş məşqçisi: “Zirə” püşkatmada bizim üçün ən ciddi rəqiblərdəndir

Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib

Avro-2024: Portuqaliya millisi geri dönüş edərək qalib gəlib

Vaşinqtonda Azərbaycanın COP29 sədrliyinə dair tədbir keçirilib

Avropa birinciliyi: Azərbaycan ağırlıqqaldıranı üç medal qazanıb

Oğuzda küləyin yaratdığı fəsadlar aradan qaldırılıb

Qərbi Azərbaycan İcması Fransanın Ermənistana silah satışı ilə bağlı bəyanat yayıb

Səlim Babullaoğlu: Kitab fenomeni unikaldır, heç bir qadcet onu sıradan çıxara bilməz

Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri başlayıb

Gəncə Dövlət Filarmoniyasında “İntizar” operası təqdim olunub

Türkiyə millisi Avropa çempionatına inamlı qələbə ilə başlayıb - YENİLƏNİB-5

BDU-nun “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

Hande Harmancı: İctimai səhiyyədə işçi qüvvəsi iqlim dəyişikliyi mövzusunda xüsusi yer tutur

Meşə yanğınına görə Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb

“Avro-2024”: Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb

Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən Bəyannamə imzalanıb

ABŞ-da anomal istilər 270 milyon insanı əhatə edəcək

Atilla Tilki: Ağdamda görülən möhtəşəm işlərin nəticəsinin şahidi olduq

Azərbaycanın Xalq rəssamı “Birlik ulduzları” mükafatının laureatı olub

Kürdəmirdə ağır yol qəzası olub, ölənlər var

MN: Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə görə məsuliyyəti revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq VİDEO

ŞKTR parlamentinin sədri Milli Məclisin spikerini Lefkoşaya dəvət edib

Saatlıda gənc oğlan Araz çayında boğularaq ölüb

Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib

Qazaxıstan Trans-Xəzər marşrutunun səmərəliliyini artırmaq üçün danışıqlar aparır

Avropa Liqası: “Zirə”nin rəqibi müəyyənləşib

Son beş ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin həcmi açıqlanıb

Cəlilabadın “şəfa” gölü FOTO VİDEO

Macarıstan Milli Assambleyasının üzvləri Ağdamda olublar - YENİLƏNİB

Leysan yağışları nəticəsində Gürcüstanın bəzi bölgələrində torpaq sürüşməsi baş verib

Çin və Cənubi Koreyanın 2+2 formatında dialoqu olub

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" Bolnisidə soydaşlarımızın təhsilə marağının artırılmasında mühüm rol oynayır

Türkiyə Azərbaycana 100 min ağac tingi göndərib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Naxçıvanın dağ kəndinə dolu düşüb, leysan davam edir

AZƏRBAYCANIN SƏNƏTKARLARI
İsmayıl Babayev: Papaqlar qədimdən qeyrət rəmzi olub

COP29-un Yaşıl Zona üzrə tərəfdaşlıq və sərgiləmə müraciətlərinin qəbuluna başlanılır

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib

Azərbaycan və Qazaxıstanın 50 milyon dollar sərmayəsi ilə Xəzərin dibinə optik xətt çəkilir

Milli Kitabxanada “18 iyun - Milli İnsan Hüquqları Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Tədqiqat: Qədim mayyaların qurban ayinlərində oğlan uşaqları öldürülüb

Bakıda mikroavtobus yandı

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Fransa Ermənistanı silahlandırmaqda davam edir

David Smith: İqlimlə bağlı problemləri həll etmək üçün maliyyə çatışmazlığı var

“Baku Piano Festival” çərçivəsində ədəbi müsabiqəyə yekun vurulub

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

Moskvada gənc şairə Səidə Rəhimlinin kitabının təqdimatı keçirilib

Kelli Uillis: Azərbaycan iqlim dəyişikliyindən müdafiə istiqamətində çoxsaylı investisiya yatırır

Azərbaycanın boks millisi “BRİCS Sports Games Kazan 2024”də tam heyətlə çıxış edəcək

Malmödə soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Çində torpaq sürüşmələrində 21 nəfər itkin düşüb, 9 nəfər ölüb

Türkiyədə aeroportlara girişdə təhlükəsizlik tədbirləri gücləndirilir

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İlqar Qurbanov: Gürcüstan millisi Türkiyə ilə matçda sürpriz edə bilər

Türkiyə çimərliklərində “mavi bayraq” olan dünyanın üç ölkəsindən biridir

Avro-2024: Mbappenin burnu sınıb, qalan matçlarda maska ilə oynayacaq

Azərbaycan insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib ŞƏRH

RF XİN: Qərb Ermənistandan Cənubi Qafqaz ölkələrinə qarşı hibrid müharibədə alət kimi istifadə edir

Avropa Liqası: Bu gün "Zirə"nin rəqibi bəlli olacaq

“DİM 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclasda elm və təhsil nazirinin videomüraciəti yayımlanıb

Kelli Uillis: Azərbaycanda “yaşıl iş” yerlərinin yaradılması səhiyyə sektoruna töhfədir

Ucqar kənddə çalışan fədakar gənc müəllim FOTO VİDEO

DİN: Ötən gün ölkə ərazisində 38 kiloqram narkotik aşkarlanıb

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir

COP29-un baş danışıqçısı: İqlim dəyişikliyinin sağlamlığa mənfi təsirləri artıq bütün dünyada özünü göstərir

Qanunsuz saxlanılan odlu silahların təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Bu il Ombudsmanın “916” nömrəli Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır

NBA: "Boston Seltiks" çempion olub

Qusarda qəbirləri dağıdan şəxs həbs olunub

Ombudsman: İnsan Hüquqları Aylığı dövründə qarşıya qoyulan məqsədlərə, hədəflərə nail ola bildik - MÜSAHİBƏ

Hacıqabulda altı fermadan oğurluq edən dəstə saxlanılıb VİDEO

Ekvadorda torpaq sürüşməsi baş verib, 7 nəfər ölüb

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür

Şimali Koreya əsgərləri demarkasiya xəttini keçməyə cəhd edib