Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda ölkə və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda qalib olan şagirdlərlə görüş keçirilib

Naxçıvan, 13 iyun, AZƏRTAC

İyunun 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2023-2024-cü tədris ilində Azərbaycan və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda qalib olan şagirdlərlə görüşüb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səlahiyyətli nümayəndə bu il şagirdlərin təhsildə və idman sahəsində daha yüksək nəticələr əldə etməsini fəxarət dolu hisslərlə vurğulayıb. Bildirib ki, dövlətimizin qarşıya qoyduğu əsas hədəflərdən biri uşaqların hərtərəfli inkişafını təmin etməkdir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafına xüsusi önəm verirlər. Çünki təhsilli və dünyagörüşlü uşaqlar xalqımızın sağlam gələcəyidir. Hər bir cəmiyyətin inkişafını şərtləndirən əsas amil təhsilli və vətənpərvər gənclər yetişdirməkdir. Azərbaycanda bunun üçün münbit şərait yaradılıb.

Fuad Nəcəfli qeyd edib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaranmasından 100 il ötür. Bu tarixi nailiyyət asan əldə edilməyib. Məhz SSRİ-nin hakimiyyəti altında olduğumuz illərdə milli maraqlara əsaslanan kadr potensialının formalaşmasının qarşısı məqsədli şəkildə alınırdı. Torpaqlarımızın bir hissəsi işğal olunmuşdu. Bunlara baxmayaraq, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifələrdə çalışan Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə mühüm addımlar atıldı. Sevindirici haldır ki, xalqımız gələcəyə işıq saçan Liderin ideyaları ətrafında birləşdi, düzgün addım atmaq iqtidarında olan, müstəqilliyimizi daha da möhkəmləndirib inkişaf etdirəcək gənclər yetişdirdi. Sonrakı illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasında dahi şəxsiyyətin rəhbərliyi ilə dövlətçiliyimizin inkişafı və müstəqilliyimizin qorunması naminə mühüm qərarlar qəbul edildi. Bu gün biz çox xoşbəxt xalqıq ki, Ulu Öndərimizin əmanəti olan müstəqil dövlətimiz var.

Səlahiyyətli nümayəndə bildirib ki, bu günün gəncliyinin qarşısında daha geniş imkanlar mövcuddur. Vətən müharibəsində qazandığımız parlaq Qələbə regionda yeni reallıqlar yaradıb. Heç bir dövlət Azərbaycana qarşı qeyri-konstruktiv addım ata bilməz. Bu isə imkan verir ki, gələcəyimizi daha çox quruculuq və inkişaf istiqamətində quraq. Bu mənada, Naxçıvanda da görüləcək işlər çoxdur. Muxtar respublikada innovativ yeniliklər olacaq. Bu, təhsil sahəsində də özünü göstərəcək. Bütün bunlar bu günümüz və gələcəyimiz üçün peşəkar kadrların formalaşmasını zəruri edir. Bunun üçün gənclərimiz yaxşı təhsil almalı, pis vərdişlərdən uzaq olmaqla sağlam böyüməli və innovativ yeniliklərə əsaslanan hərtərəfli biliyə malik olmalıdır.

Naxçıvanda tarixboyu yaxşı təhsil ənənələrinin formalaşdığını deyən Fuad Nəcəfli qeyd edib ki, bu uğurlu estafet davam edir. Builki nəticələr də olduqca sevindiricidir. Təhsildə və digər istiqamətlərdə yüksək nəticə göstərən şagirdlərdən bir neçəsinin adını çəkən səlahiyyətli nümayəndə bu nailiyyətlərə görə təbriklərini çatdırıb, gənclərlə fəxr etdiyini bildirib, hər birinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bildirib ki, 2023-2024-cü tədris ilində Naxçıvanın ümumtəhsil məktəblərində təhsil alan bir çox şagird həm Azərbaycan, həm də beynəlxalq səviyyəli müsabiqə və yarışlarda fəal iştirak edib, yüksək nəticələr göstərib. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanında muxtar respublika üzrə 9 şagird maksimum nəticə əldə edib. Son 5 ildə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticələr qazanılıb. Bu göstəricilərə görə, muxtar respublika məktəbləri ölkə üzrə ikinci yerdə qərarlaşıb. Cari tədris ilində muxtar respublikada olimpiada və müsabiqə hərəkatı gücləndirilib. Şagirdlər Respublika Fənn Olimpiadasında və beynəlxalq müsabiqələrdə uğurlu nəticələr əldə ediblər. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində də Naxçıvan şagirdlərinin fəallığı müşahidə edilib, muxtar respublika təmsilçiləri birinci, ikinci və üçüncü yerlərin sahibi olublar. Təhsil sahəsində olduğu kimi, idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda da muxtar respublika şagirdləri fəal iştirak edib, bir sıra ölkə və beynəlxalq səviyyəli mübarizələrdə uğurlu nəticələr qazanıblar. “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge” turnirində Naxçıvan gimnastları birinci və üçüncü yerlərə layiq görülüblər.

Səlahiyyətli nümayəndə görüşdə iştirak edən şagirdlərlə səmimi söhbət edib, fikir və təkliflərini dinləyib, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hər biri ilə foto çəkdirib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Fidan Babayeva, buraxılış və ali məktəblərə qəbul imtahanlarında maksimum və ən yüksək nəticə göstərmiş, fənn olimpiadalarının qalibi olmuş şagirdlərdən Kənan İsmayıllı, Leyla Nağıyeva, Yaqub Rzayev, “Gimnastika hamı üçün” növü üzrə 2-ci Bakı Beynəlxalq “Challenge” turnirinin qalibi olmuş gimnastlardan Damla İsgəndərli, Nilufər Kərimli, Dəniz Əliyeva, Zeynəb Fərəcova, Mədinə Novruzlu və digərləri görüşün təşkilinə görə minnətdarlıq edib, səmimi qəbulu onlar üçün gələcəkdə daha böyük uğurlara aparacaq stimul kimi qiymətləndiriblər. Şagirdlər söz veriblər ki, bundan sonra da təhsildə, olimpiada və idman yarışlarında, müsabiqələrdə fəallıq göstərəcək, muxtar respublikanı layiqincə təmsil edəcəklər.

Balaca gimnastlardan İlay Sangur uğur əldə etmələrində əməyi olan məşqçilərinə təşəkkür edib, xoreoqrafiya imkanlarının olmadığını bildirib, bu imkanın yaradılmasını xahiş edib.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli şagirdlərin təkliflərini dəyərləndirərək, qısa zamanda xoreoqrafiya imkanlarının yaradılacağını bildirib.

Görüşdə iştirak edən şagirdlərə diplom və hədiyyələr təqdim olunub, onlarla xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Türkiyə enerji asılılığını minimuma endirməyi hədəfləyir

İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Əlli beş il əvvəl başlayan Heydər Əliyev yolu ölkəmizi dünyanın aparıcı dövlətləri sırasına yüksəltməkdədir

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib

DİM təsviri sənət üzrə qabiliyyət imtahanlarına qatılan abituriyentlərə müraciət edib

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb

DİN və DSX birgə əməliyyat keçirib, 6 kiloqram marixuana, 1800 ədəd metadon həbi dövriyyədən çıxarılıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Türkiyə XİN: Trampa qarşı törədilən sui-qəsd cəhdi həm də xalqın iradəsinə hücumdur

Avropa Universitet Oyunları: İdman Akademiyasının futzal komandası dörddəbir finalda

Türkiyə Prezidenti: Trampa qarşı sui-qəsdin təhqiqatının ən effektiv şəkildə aparılacağına inanıram

Çin Yay Olimpiya Oyunlarına 405 atletlə qatılacaq

Bakı Hərbi Kollecində “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib

Avropa çempionatı: Azərbaycan basketbol millisi İrlandiya ilə qarşılaşacaq

FHN: Kür çayında batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir VİDEO

Amerika Kuboku: Uruqvay millisi üçüncü yeri tutub

“Sirun jan” mahnısının bir sıra yutub səhifələrində silinməsinə nail olunub, işlər davam etdirilir

Bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanın qızlardan ibarət basketbol yığması Avropa çempionatında final oyununa çıxacaq

Qardaşlığın yeni erası: Getdikcə möhkəmlənən Azərbaycan-Pakistan münasibətləri - ŞƏRH

Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

Prezident İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

İsti havada ehtiyatla qəbul edilməli olan dərmanlar açıqlanıb

Azərbaycanın tərəqqi və Zəfər yolunun başlandığı tarix - 14 iyul 1969-cu il

Oxşar taleli qəhrəmanlar: Polad Həşimov və İlqar Mirzəyev

Neftçalada Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü ilə bağlı tədbir keçirilib

DİM: 2500-dən çox namizədin peşəkar mühasib sertifikatı imtahanı verməsi gözlənilir

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Azərbaycanlı restorançılar Malayziyada keçirilən Dünya Kulinariya Müsabiqəsində parlaq çıxış ediblər

Türkiyəli nazir: FETÖ terrorçularının 40 faizi ABŞ və Almaniyadadır

Trampa qarşı sui-qəsd zamanı iki nəfər ölüb

Daşkənddə ikinci qastronomik küçə salınacaq

ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd olub

Britaniyalı rejissor yazıçı Emili Brontenin məşhur romanını ekranlaşdıracaq

Fransanın idman naziri dalğıc geyimində Sena çayında çimib

Hindistan Ermənistana “SSS Defence” şirkətinin snayper tüfənglərini satır

ABŞ Dövlət katibinin müavini Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

Bu il Türkiyədə son 53 ilin ən isti iyun ayı qeydə alınıb

Sabirabadda gənc qız su kanalında boğularaq ölüb

“Sumqayıt” heyətinə yeni hücumçu qatıb

Hindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb

Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib

Türkiyəli deputat: Azərbaycanın Zəfəri Türk dünyasında birlik mühitini möhkəmləndirib

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş konsert keçirilib

Türkiyədə 15 iyul qəhrəmanlarının xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçiriləcək

Özbəkistanda ilk dəfə “yaşıl” şəhərlərin reytinqi tərtib edilib

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

“Beşiktaş” tanınmış hücumçunun transferini açıqlayıb

Avropa Universitet Oyunları: Azərbaycan şahmatçıları blits yarışlarında gümüş medal qazanıblar

Fərid Qayıbov Avropa Gimnastikasının tədbirində çıxış edib

Xorvatiyalı qapıçı: “Qarabağ” karyeram üçün mükəmməl klubdur

BMT: Dünya əhalisinin sayı 2080-ci ilə qədər pik həddə çatacaq

İslamabad məhkəməsi İmran Xan barəsində hökmü ləğv edib

“14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirilib

FHN Bakı İstintaq Təcridxanasında təlim keçirib VİDEO

İspaniyalı futbolçu “Atletiko”dan ayrılıb

Cəlilabadda qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb

FHN: Pirşağıda dənizdə çimənlərin biri xilas edilsə də, digərinin cəsədi çıxarılıb

“Araz-Naxçıvan”ın baş məşqçisi: Çempionatda uğur qazanmaq üçün daha çox tər tökməliyik

Mehriban Ələkbərzadə MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatına layiq görülüb

Türkiyədə təşkil edilən beynəlxalq düşərgənin bağlanış mərasimi keçirilib

Litvanın “Broswarm” startapı minaların aşkar edilməsi texnologiyalarını işləyib hazırlayır

Sevil Kərimova: “Digital art” yaradıcılığı kətan üzərində rəsm çəkməkdən asan proses deyil

İtaliyanın “sevgi qoxulu” liman şəhəri: Portofino - FOTOREPORTAJ

Xırdalanda Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 55 illiyinə həsr olunan tədbir keçirilib

MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma təsdiqlənib - FƏRMAN

Keyt Middlton “Uimbldon” turnirinin finalında iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət Neft Fondu ölkə iqtisadiyyatının sabitliyini və inkişafını dəstəkləyir

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə edilib

Avropa Liqası: "Zirə" - "Şerif" oyununun hakimləri bəlli olub

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları azalıb

Azərbaycan çempionu olan voleybolçu Çin klubuna keçib

Azərbaycanın yeddi gimnastı beynəlxalq turnirin finalına yüksəlib

Ruben Rubinyan: Ermənistan qısa müddət ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Xankəndi şəhərində İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun iclası keçirilib

Avropa Universitet Oyunlarında Azərbaycanı təmsil edəcək badmintonçular bəlli olub

İlon Mask Trampın seçkiqabağı kampaniyasına gizlicə ianə edib

DİN: Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə bağlı məlumatlar nəzarətə götürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

"Birləşdik -2024" təlimində hərbi qulluqçularımız peşəkarlıq nümayiş etdirir VİDEO

Türkiyənin Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

Postmüharibə dövründə 476 hərbçi 572 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Türkiyədə avtobus qəzaya uğrayıb: ölən və yaralananlar var

İyulun 14-nə olan hava proqnozu açıqlanıb

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Qubanın Zərdabi qəsəbəsində qanunsuz inşa olunan tikili sökülüb VİDEO

Ulu Öndərin ideyaları hər zaman inkişafımızın təməl daşı olaraq qalacaq

Abşeron Milli Parkında “Yarat – tullantını azalt” devizi ilə əl işləri sərgisi təşkil olunub

Azərbaycan millisinin baş məşqçisi: Rusiyada yaşayan futzalçılarımızı yığmaya dəvət edə bilərik - MÜSAHİBƏ

Vyetnamda torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb

Xəzər rayonunun Zirə qəsəbəsində 1,5 hektar ərazi tullantılardan təmizlənib VİDEO

İsveç agentliyi Qarabağ Bəyannaməsi haqqında məqalə dərc edib

Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batanların cəsədləri tapılıb YENİLƏNİB VİDEO