Naxçıvanda ümumtəhsil məktəblərində tədris aparan müəllimlər üçün təlim kursları başlayıb
Naxçıvan, 29 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ümumtəhsil məktəblərində tədris aparan fizika, kimya və biologiya müəllimləri üçün təlim kurslarına start verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dördgünlük təlim kurslarına muxtar respublikanın ümumtəhsil məktəblərindən hər fənn üzrə 20 nəfər olmaqla, ümumilikdə, 60 fənn müəllimi cəlb edilib.
Qeyd olunan fənlərin aktual mövzularına həsr olunmuş seminarlar yüksəkixtisaslı mütəxəssislər tərəfindən müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçirilir. Seminar çərçivəsində universitet şəhərciyi ilə, o cümlədən botanika bağı və muzeyi, qeyri-üzvi kimya, analitik kimya, fiziki və kolloid kimya, elmi-tədqiqat laboratoriyalarında praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
Naxçıvan Dövlət Universitetinin elmi dərəcəli müəllimləri tərəfindən tədris olunacaq təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, metodiki sahədə təkliflərin verilməsinə, ayrı-ayrı fənlər üzrə çətin mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübə öyrəniləcək, müəllimlərin fənn laboratoriyalarından istifadə bacarıqlarının artırılmasına kömək göstəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:51]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:44]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [20:55]
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb
- 09.06.2026 [19:32]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:01]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [18:55]