İDMAN
Naxçıvanın “Araz” komandası Türkiyədə iki yoxlama oyunu keçirəcəkdir
Bakı, 23 avqust (AZƏRTAC). Hazırlığını Naxçıvan şəhər stadionunda davam etdirən “Araz” futbol komandasının üzvləri avqustun 26-da Türkiyəyə təlim-məşq toplanışına yollanacaqlar.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, komanda hazırlığı Ərzurum şəhərində keçirəcəkdir. Qardaş ölkəyə 32 nəfərlik heyətlə yollanacaq Naxçıvan təmsilçisi orada iki yoldaşlıq matçı keçirməyi planlaşdırır. Avqustun 27-də yerli “Ərzurumspor” ilə qarşılaşacaq “Araz” iki gün sonra “Çaykur Rizespor” ilə oyunda gücünü sınayacaqdır.
On günlük hazırlıqdan sonra “Araz” Naxçıvana geri dönərək məşqləri yerli arenada davam etdirəcəkdir. Yerli azarkeşlər önündə komanda daha bir yoldaşlıq matçı keçirəcəkdir. Hələlik əqibin kimliyi bilinməsə də, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2024 [16:09]
Azərbaycan boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
- 15.10.2024 [15:16]
Amerikalı basketbolçu: Azərbaycan sülhsevər və sakit ölkədir
- 15.10.2024 [13:24]
Azərbaycan savatçıları dünya çempionatından 2 medalla dönüblər
- 15.10.2024 [13:18]
“Real Madrid”in sabiq futbolçusu “Boka Xuniors”un baş məşqçisi təyin olunub
- 15.10.2024 [12:17]
Arif Əsədov: Samir Abasov “Neftçi” üçün uğurlu seçimdir
- 15.10.2024 [11:43]
Milli futbol liqaları FIFA-nı məhkəməyə verib
- 15.10.2024 [11:09]
Keçmiş hokkeyçi evində qətlə yetirilib
- 15.10.2024 [10:49]