Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanın ilk və tək qazi qadını: 77 könüllü Vətən oğlunun tək bacısı mən idim

Naxçıvanın ilk və tək qazi qadını: 77 könüllü Vətən oğlunun tək bacısı mən idim

Naxçıvan, 20 yanvar, AZƏRTAC

1990-cı ildə baş verən, tariximizin qəhrəmanlıq səhifələrindən sayılan Sədərək döyüşlərindən 35 il ötür. Həmin illərdə səngərdə döyüşən igid oğullarla yanaşı, onlarla çiyin-çiyinə mübarizə aparan, yaralananlara köməyini əsirgəməyən bir tibbi işçisinin də xidmətləri əvəzolunmazdır. Həmin tibbi işçisi qəhrəman şəfqət bacısı, hazırda Naxçıvan şəhərində yaşayan Nəzifə Qaybaliyevadır. O, həmin vaxt Şərur xəstəxanasında tibb bacısı işləyirdi. Nəzifə xanım döyüşlərin başlanması xəbərini alan kimi, 3 körpə uşağını evdə qoyaraq birbaşa Sədərəyə yollanıb.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı muxtar respublikanın ilk və tək qadın qazisi Nəzifə Qaybaliyeva ilə söhbət edib, Sədərək döyüşləri barədə xatirələrini öyrənməyə çalışıb.

Ömrünün ahıl çağlarını yaşayan Nəzifə xanım ötən əsrin 90-cı illərinə aid foto-albomu qarşısına qoyub, bizi döyüş yoldaşları ilə bir-bir tanış edir. "Baxın, Məhərrəm Seyidovdur, polis kapitanı, Naxçıvanın ilk şəhidi, Azərbaycanın ilk Milli qəhrəmanlarından biridir. Abbasəlidir, özüm çıxardım döyüş meydanından onu", - deyir.

Həmin günlərdə yaşananları yada salan Nəzifə xanım deyir: “Yanvarın 18-də Şərur qərargahına gələn xəbər hamını həyəcanlandırdı. Avtomat və beşaçılanlarla silahlanmış bir qrup erməni dəmiryolu, Koroğlu bulağı və şərab zavodu istiqamətindən Sədərəyə hücuma keçmişdi. 10 saat davam edən ölüm-dirim mübarizəsində müdafiəçilərin bir amalı var idi: Sədərək qorunmalıdır. Ermənilər Sədərəyə ancaq bizim meyitimizin üzərindən keçib gedə bilərlər. 10-15 polis işçisi və döyüş təcrübəsi çox az olan könüllünün ov silahı ilə müasir silahlara sahib yüzlərlə hərbçinin hücumunu dəf etməsi möcüzəyə bənzəyirdi. Səngərdə bir igid şəhid olurdusa, beş igid onun silahını götürüb, Vətəni müdafiə etməyə tələsirdi. 77 könüllü Vətən oğlunun tək bacısı mən idim".

Nəzifə xanımın sözlərinə görə, 1990-cı ilin yanvarın 19-u səhərə yaxın atəş səsləri azalmağa başlasa da, aradan heç 4 saat keçməmiş Sədərəyə yenidən və daha şiddətli hücum oldu. Sədərək kəndi və Şərur rayon mərkəzi bu dəfə raket, top və digər ağır silahlardan atəşə tutuldu: "Gecəyarıya kimi susmadılar. Yaralılar neytral zonada qalmışdı. Gecəyarını keçmişdi. Düşmənin susmayan silahları yaralıları götürməyimizə imkan vermirdi. Qarın üzərində sürünə-sürünə birtəhər özümüzü yaralılara yetirdik. Şərur Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışdığımız yaralılardan kimisi elə yoldaca şəhadətə yüksəldi, kimisi isə əməliyyata götürüldü. Dörd il beləcə mənfur düşmənlə döyüşdük, gün oldu ac qaldı döyüşçülər, gün oldu yaralı vəziyyətdə döyüşdülər, amma düşmənə aman vermədilər. Ulu Öndər Heydər Əliyevin “Qeyrət qalası” adlandırdığı Sədərək igid oğulların canı bahasına qorundu. Həmin illərdə Ümummilli Liderlə dəfələrlə görüşdük. Onun yanımızda olması səngərdəki hər kəsə güc verdi. Şiddətli döyüşlərdə, soyuq günlərdə belə heç kim səngəri tərk etmədi. İndi keçmiş günləri xatırlayanda yaralanıb səngərdən ayrı durmaq məcburiyyətində qaldığım günlər üçün təəssüf hissi keçirirəm. 1992-ci ilin mayında - Sədərəyin düşmən mərmilərinin səsindən yenidən lərzəyə gəldiyi bir yaz səhərində mən də ağır yaralandım. Döyüş meydanından ayrılanda yaralanmağımdan daha çox oradakı qardaşlarıma əlim çatmayacaq deyə məyus olmuşdum".

İndi həmin günlərdən bizi 35 illik zaman ayırır. Bədənində hələ də qanlı-qadalı dövrün yaralarını daşıyan qürurlu Nəzifə xanım 17 dəfə əməliyyat olunmasına baxmayaraq, sağlamlığına tam qovuşa bilməyib. Deyir ki, o qəlpələrdən hələ də bədənində qalanı var: “Ancaq qürur duyuram ki, Vətənim azaddır. Getdim, Şuşanı gördüm, Sədərəkdən Şuşaya gedən yolu xatırladıqca qürurlandım. Ruhunuz şad olsun igidlər, qardaşlarım, oğullarım”.

Bəli, bu gün Nəzifə Qaybaliyeva kimi qadınların, Vətəni ana bilən qızların, oğulların torpağa qarışan qanı hesabına Vətənimiz bütövdür, azaddır, xalqımız qalibdir. Vətənini öz canından əziz bilən vətənpərvər insanların, bədənində düşmən mərmisinin qəlpəsini ömrünün sonuna kimi daşısa da, mübarizliyini itirməyən döyüşçü qadınların Vətən eşqi ilə çırpınan ürəyinin sayəsində alnımız açıq, başımız ucadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Bütün girovlar azad edilməsə, İsraillə HƏMAS arasında atəşkəs razılaşması ləğv edilməlidir

Tədqiqat: Səhər saatlarında psixi sağlamlıq və xoşbəxtlik daha yüksək olur

Avropol məktəbdə baş vermiş atışmanın araşdırılmasında İsveç polisinə kömək edir

Trampın gömrük rüsumları ilə bağlı bəyanatları Fransanı da silkələyib

Alman Birliyi: ABŞ-ın polad tarifləri Avropa bazarına təzyiqi artıracaq

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

“Neftçi” braziliyalı futbolçunun transferini açıqlayıb

Britaniyalı fermerlər Londonda etiraz aksiyası keçiriblər

Cənubi Koreya kəşfiyyatı: Minlərlə şimali koreyalı Rusiyada işləməyə göndərilib

Berlinin ictimai nəqliyyat işçilərinin tətili davam edir

HƏMAS fevralın 15-nə planlaşdırılan girovların azad edilməsini təxirə salıb

Qərbi Balkan ölkələrinin XİN başçıları Romaya toplaşıblar

Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar

Qvatemalada avtobus dərəyə aşıb, 51 nəfər ölüb

Akademik Valeri Asatiani: Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında tarixi şəxsiyyətlərin rolu böyükdür

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib

Gürcüstanlı akademik: Azərbaycanda abidələrin bərpası istiqamətində gedən proseslərdən qürur duyuram

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 41 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 43 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 42 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 40 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bakıda İranın milli bayramı qeyd olunub

Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb

Ötən il Türkiyədə 842 terrorçu zərərsizləşdirilib

Keniyanın gənclər çempionu Azərbaycanın bu ölkədəki səfirliyində olub

Sabirabadda yol qəzası baş verib, xəsarət alan var

ABŞ-da qripə yoluxma hallarının sayı 15 illik maksimuma çatıb

Deputat: Türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır

"Qalatasaray" polşalı futbolçu ilə anlaşıb

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan etdi

Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub

AZƏRTAC-ın əməkdaşları “Talassemiyasız həyat naminə” təşəbbüsünə qoşulublar VİDEO

Polşalı musiqiçilər “Qış nağılı” festivalında

Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır

Nizami rayonunda sürücünü hədələyərək pulunu ələ keçirən şəxslər saxlanılıb

Rəna İbrahimbəyova: Kəlağayı ornamentlərinin işlənməsinin dərin mədəni kökləri onu daha da unikal edir - MÜSAHİBƏ

“Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” çapdan çıxıb

Yasamalda ət satışı mağazasının fəaliyyəti dayandırılıb

İtaliyada müdafiə nazirinin səsindən istifadə olunaraq dələduzluq edilib

Premyer Liqa: "Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatıb

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ VİDEO

Bakıda sahibsiz heyvanlar probleminə həsr olunmuş tədbir keçirilib

Naxçıvan şəhərində çox sayda hərbi sursat tapılıb

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb

Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşəcək

Şagird bacarıqlarının inkişaf etdirilməsi mövzusunda elmi seminar

® “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb

Hirkan meşələrində ekoturizmin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb

Kimyaçı-alim nüfuzlu jurnalın beynəlxalq rəyçi sertifikatı ilə təltif edilib

Kənd Təsərrüfatı Nazirliyi: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir

Azərbaycan şahmatçısı: Ölkə çempionatındakı çıxışımı qənaətbəxş hesab edirəm

Azərbaycan Universitetində “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər planı hazırlanır

Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub

AQTA-da quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş olub

ADAU-nun əməkdaşları Ankarada beynəlxalq təlimdə iştirak ediblər

Məktəb direktorlarından ibarət kuratorlarla görüş keçirilib

Binəqədidə su emalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb

® “Birbank” vasitəsilə sığorta alanlara şad xəbər

® “AccessBank”dan 12+0,25 faizlik depozit imkanı!

Böyük Britaniyada yüzlərlə qanunsuz işçi saxlanılıb

Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər

Ukraynadakı Azərbaycan diasporu fəaliyyətini genişləndirir

Ötən il Azərbaycanda aparılan nağdsız əməliyyatların həcmi rekord həddə çatıb

“Neftçi” braziliyalı futbolçunu transfer etmək istəyir

Britaniyanın mürəkkəb vergi sistemi biznes subyektlərinə 15 milyard funt sterlinqə başa gəlir

Gürcüstanda azərbaycanlı uşaqlar üçün həftəsonu məktəb fəaliyyətə başlayıb

Qiymətli kağızlar bazarının inkişafına dair ictimai müzakirə təşkil olunub

AMADA antidopinq sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib – FƏRMAN

Ali Məhkəmə xarici diplomların tanınması üzrə vahid məhkəmə təcrübəsini müəyyən edib

AQTA: İdxal olunan baytarlıq preparatının normativ tələblərə cavab vermədiyi aşkarlanıb

® Elektrikli avtomobil qazanmaq imkanı

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi təyin olunub

Şalva Papuaşvili: Gürcüstanda sabitliyi pozmaq üçün Avropa İttifaqına üzv dövlətlərdən də istifadə olunub

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini təqdim edib

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Qərbi Azərbaycana qayıdış təkcə fiziki dönüş deyil, bu, milli kimliyimizin bərpasıdır – MÜSAHİBƏ

Qırğızıstanın Oş hava limanı uçuşları müvəqqəti məhdudlaşdırıb

İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Burkina Fasonun Prezidenti İbrahim Traoredən

“Killerdən teleqram” monotamaşası yenidən səhnədə

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib

Dünya çempionatı: Azərbaycan basketbol millisi seçmə mərhələdə son 2 oyunun hazırlıqlarına başlayıb

Professor Anna Əmrahova: Doktorluq dissertasiyamda Azərbaycan bəstəkarlarının yaradıcılığını təqdim etdim

Naxçıvanda yol qəzasında 5 nəfər xəsarət alıb

Fransanın Kamerunda törətdiyi soyqırımının qurbanı: Cəllad hesabı ödəməlidir

Akademik: Bu il “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün təsis edilməsinin 10 illik yubileyidir

Şotlandiya Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb

Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Çinin Fənərlər bayramı ilə bağlı mühazirə təşkil edilib

Azərbaycan millisinin voleybolçusu: Braziliya Kubokunun qalibi olduğum üçün xoşbəxtəm

“Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının açılış mərasimi keçirilib

Azərbaycan və Sloveniya arasında əməkdaşlıq məsələləri müzakirə olunub