Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanlı papaqçı: İnsanların 20 il əvvəlki zövqü ilə bugünkü arasında yerlə göy qədər fərq var

Naxçıvanlı papaqçı: İnsanların 20 il əvvəlki zövqü ilə bugünkü arasında yerlə göy qədər fərq var

Naxçıvan, 4 iyul, Nail Əsgərov, AZƏRTAC

Qədimdən xalqımızın adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə uyğun el sənətləri yaranıb, inkişaf edib və günümüzədək gəlib çatıb. Papaqçılıq da onlardan biridir. Naxçıvan şəhərində də bu sənəti yaşadanlar var.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı uzun illərdir papaqçılıqla məşğul olan İsmayıl Babayevlə söhbət edib, bu sənətin incəlikləri barədə reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:

“Uşaqlıq çağlarım atamın papaqçı köşkündə keçib”

Qızmar yay günündə yolumu Naxçıvan şəhərinin, sözün yaxşı mənasında, səsli-küylü, çal-çağırlı qaynar iş həyatının hökm sürdüyü Xətai küçəsindən salıram. Bər-bəzəkli vitrinləri ilə ətrafa işıq saçan mağazalar arasında sıxışıb-qalan balaca bir köşkdə ətrafda baş verən hadisələrdən uzaq, öz işinə başı qarışan orta yaşlarında bir papaqçı görünür. Əlində hazırladığı materiala ilmələri zərgər dəqiqliyi ilə, yan-yörəsinə fikir vermədən elə vurur ki... Köşkün önündən keçən insanlar da bu yaradıcı aləmə biganə qala bilmirlər, bir neçə saniyə ayaq saxlayaraq sehrinə dalırlar bu bədii sənətkarlıq dünyasının. Düşüncələri əlindəki yarımtikili papağa o qədər cəmləşib ki, bayaqdan qapının kandarından ona baxdığımı belə hiss etmir. Nəhayət, onu bərk-bərk yapışıb buraxmayan düşüncələrdən ayırıram:

-Salam, usta, işiniz irəli olsun!

-Salaməleyküm, xoş gəlmisiniz. Buyurun, eşidirəm sizi.

Usta əvvəlcə sifariş vermək üçün gəldiyimi zənn edərək, piştaxtada xüsusi zövqlə sərilən parçalardan bir neçəsini çıxarıb göstərir. Lakin özümü təqdim edəndən sonra “Buyurun əyləşin, bir çay için, o vaxtadək mən də (əlindəki papağı göstərir) işimi yekunlaşdırım, rahat söhbətimizi edək”, - deyir. O, işini görür, mən isə bir qədər yaradıcı əllərə, arabir də divarda səliqə ilə düzülmüş fərqli zövqlərə məxsus papaqlara tamaşa edirəm. Çox çəkmir ki, işini yekunlaşdıran ustaya, “Bu dədə-baba sənətinin incəlikləri barədə maraqlanıram”, – deyib söhbətə başlayıram. Məlum olur ki, ömrünün 35 ilini sənətə həsr edən, bu yolda, necə deyərlər, saçını ağardan İsmayıl Babayevə hələ də papaqçılıqla bağlı agah olmayan çox mətləblər qalır.

Usta qədim yunan filosofu Sokratın “Mən bilirəm ki, mən heç nə bilmirəm” fikrini xatırladaraq deyir:

-Ömrünü-gününü sənətə həsr edən istənilən kəsdən peşəsi barədə soruşsan, hələ də öyrənməli çox şeyin olduğunu etiraf edər. Çünki zaman ötdükcə elm, texnologiya yeniləndiyi kimi, sənətə də yeni çalarlar əlavə olunur. Beləcə, sən nə qədər işinin mahiri olsan da, öyrənməli, tətbiq etməli çox incəliklər qalır. Hər dövrün tələbi də bir başqadır. İnsanların 20 il bundan öncəki zövqü ilə bugünkü zövq arasında yerlə göy qədər fərq var. Yaxşı sənətkar isə dövrlə ayaqlaşmağı bacarmalıdır, yoxsa çətin ki, uğur qazana bilsin. Ötən əsrin 80-ci illərinin sonundan həyatımı bu sənətə bağlamışam. Bu da təsadüfən baş verməyib. Çünki özümü dərk edəndən babam Məşədi Cəfər və atam Məhəmməd kişinin papaqçılıqla məşğul olduğunu görmüşəm. Onlar Naxçıvanın tanınmış sənət adamları olublar. Uşaqlıq çağlarım atamın papaqçı köşkündə keçib, yəni, necə deyərlər, görüb-götürmüşəm. Müstəqillik illərində özümə gün-güzəran yarada bildim, bax indi gördüyünüz bu yeri də 2007-ci ildə götürmüşəm.

“Ən gözəl, keyfiyyətli papaq bir dəridən hazırlanandır”

İsmayıl usta papağın hazırlanma qaydasından söhbət açaraq deyir ki, yaxşı əl işinin alınması ilk növbədə, materialdan asılıdır: “Təcrübəmə əsasən deyə bilərəm ki, qaragül, sür və əntiq dərilərindən hazırlanan papaqlar həm görünüşü, həm də keyfiyyəti ilə seçilir. Özbəkistanda istehsal olunan həmin dərilər 5-7 günlük quzulardan alınır, daha sonra üzərinə kimyəvi maddələr vurulur ki, xarab olmasın. Tikmək üçün isə əvvəlcə papağa görə müəyyən edilmiş dərinin növü seçilir, sonra sifarişçinin baş ölçüsünə uyğun biçilib-kəsilir. Bəzən bir papağı hazırlamaq üçün bir neçə dəridən istifadə etməli olursan. Belə olan halda dərilərin rənginə xüsusi fikir verilməlidir. Çünki əgər azacıq da olsa fərq yaranarsa, bu, papağın keyfiyyətinə də təsirsiz ötüşməz. Ona görə də ən gözəl, keyfiyyətli papaq bir dəridən hazırlanandır. Paltara gözəl, cəlbedici görünməsi üçün ütü vurulursa, papaq da hazır olandan sonra xüsusi qəlibə salınmalıdır ki, şux görünsün”.

“Əvvəllər oğlan və qızlar başlarında milli papaqlarla gəzər, yaşlı kişilərin əlindən papaq yerə düşməzdi”

Usta müasir dövrdə cəmiyyət arasında papağa və papaqçılıq sənətinə olan marağın xeyli azaldığından gileylənir. Deyir ki, əvvəllər el şənliklərində, bayramlarda gənc oğlan və qızlar başlarında yaraşıqlı milli papaqlarla gəzər, yaşlı kişilərin əlindən papaq yerə düşməzdi. Təəssüf ki, indi küçə-bacada az sayda adamın papaq taxdığını görmək olur. Nə yaxşı ki, dövlətimiz bu məsələyə biganə deyil, mütəmadi olaraq milli adət-ənənələrimizə uyğun tədbirlər təşkil olunur, biz papaqçıların da əməyi qiymətləndirilir. Əl işlərimiz nəinki Naxçıvanda, ölkəmizin digər regionlarında, xaricdə də yüksək səviyyədə nümayiş etdirilir. Günümüzdə papaq tikənlər də az tapılır, nədənsə gənclərin sənət öyrənməyə meyli çox azalıb. Gənclərə deyirəm ki, hansı sənəti seçirlərsə, arxasınca sonadək getsinlər. Digər peşələr kimi, yaxşı papaqçı olmaq, bu sənətin sirlərinə dərindən yiyələnmək üçün də, sözün həqiqi mənasında, ona könül verməlisən. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi:

Bir elm öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

...Elə ustad şairimizin gənclər üçün böyük örnək sayılan bu misraları ilə söhbətimizi bitirir, papaqçı İsmayıl kişi ilə sağollaşırıq. Qayıdarkən yolboyu düşünürəm ki, nə yaxşı, yurdumuzda sənətə bağlı, sənəti dərindən bilən belə insanlar var. Nə qədər ki, kamil papaqçılar yaşayıb-yaşadır, sənətə, sənətkara qiymət verən var, adət-ənənələrimizi, mənəvi dəyərlərimizi özündə əks etdirən sənətlər, peşələr də dünya durduqca nəsildən-nəslə ötürülərək qorunub yaşadılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada 42 qadını öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Sahibkarlığın İnkişafı Fondu İspaniyanın “Rəsmi Kredit İnstitutu”nun təcrübəsini öyrənir

Misirdə 1,2 milyard dollar dəyərində neft və qaz quyuları qazılacaq

Gürcü ekspert: Azərbaycansız Gürcüstan Asiya ilə Avropa arasında dəhliz ola bilməz - MÜSAHİBƏ

“Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün ilkin olaraq 1,9 milyon manat vəsait ayrılıb – SƏRƏNCAM

Eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən tikinti şirkətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərilib

Bu ilin altı ayında 74 min müavinət və təqaüd təyinatı proaktiv qaydada aparılıb

Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 356 mini ötüb

“Harmony” müsabiqə-festivalı başa çatıb

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini yeni layihələrlə qeyd edib

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1161-VIQD nömrəli Qanununun tətbiqi və “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 573 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1163-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Abşeronda saxlanılan narkokuryerdən 3 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Ermənistan xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə gəlib

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1162-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanlı alpinist dünyanın doqquzuncu zirvəsini fəth edib

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çeçenistanda qaz balonları partlayıb, beş nəfər ölüb

“Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb

Banklardakı əmanətlərin 65 faizdən çoxu milli valyutada qoyulub

32 ildən sonra nəşi tapılan şəhid Məmməd Mirzəyev Ağdamda torpağa tapşırılıb

İlon Mask: Trampa sui-qəsd cəhdinə görə ABŞ Məxfi Xidməti təqsirkardır

Gəncədə Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd olunub

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

Vəli Qasımov: İspaniya millisi çempionluğa layiq idi, İngiltərə isə öz sözünü deyə bilmədi

RF Prezidentinin xüsusi nümayəndəsi: Bakı iqlim gündəliyinin paytaxtına çevrilib VİDEO

Dekan: Çox istərdim ki, fakültəmizə Şərq dillərini həqiqətən öyrənmək istəyən abituriyentlər gəlsinlər MÜSAHİBƏ

“Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan ilə Mərakeş arasında viza tələbi ləğv edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakıda “15 Temmuz Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü” konfransı keçirilib

O.İ.Abbasovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ Yem Fabriki”nə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

Kamboca və Perudan quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Argentina millisinin üzvü Amerika Kubokunun ən yaxşı qapıçısı seçilib

Azərbaycan klubundan ayrılan voleybolçu Qazaxıstan çempionatında çıxış edəcək

Saniyə Şahverənova: Yay aylarında mövsümi meyvə-tərəvəzlərin qəbuluna üstünlük verilməlidir

İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə “Qaynar xətt” yaradılıb

Azərbaycan millisinin basketbolçusu: Ermənistan üzərində qələbə bizi çempionluğa ruhlandırdı

Hulusi Kılıç: USAID rəhbərinin İrəvanda verdiyi bəyanat Cənubi Qafqazda sülhə xidmət etmir

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq - Proqnoz

Telman Nüsrətoğlu: FETÖ ilə mübarizənin ən yaxşı yolu təhsildir

Mustafa Çakır: FETÖ təhlükəsi digər ölkələrdə də qalmaqdadır

Keniyalı futbolçu “Səbail”i tərk edib

Prezident İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib YENİLƏNİB VİDEO

Fuad Muradov: Azərbaycanla Qazaxıstan arasında olan qardaşlıq bütün səviyyələrdə nümunə təşkil edir

Bağça müəllimləri üçün “Diaqnostik qiymətləndirmə çərçivə sənədi” hazırlanıb

Avstraliyalı mütəxəssislər quş qripi təhlükəsi barədə xəbərdarlıq edirlər

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın təhlükəsizliyi məsələləri ilə bağlı birgə müraciət yayıb

FHN: Ötən sutka ərzində 6 nəfər xilas edilib

Qazaxıstanda fəaliyyət göstərən diaspor nümayəndələri Azərbaycanda səfərdədir

“ADA Universitetinin yeni Şəki kampusunun strateji dizaynı” üzrə təlim proqramı Milanda davam edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib

® “Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Gənc bilyardçılar arasında ölkə birinciliyinin qalibi məlum olub

Neft-qaz sektorunda çalışanların sayı cüzi artıb

Rəsədxana: Günəşin fəallığı artıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə daha iki medal qazanıblar

Hərbi pilotlarımız “Birləşdik – 2024” təlimində yüksək peşəkarlıq nümayiş etdirirlər VİDEO

Qastroenteroloq: Yay aylarında yetərincə maye qəbul etməliyik və orqanizmi istilənməkdən qorumalıyıq

Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinə həsr olunan ədəbi-bədii gecə təşkil edilib

Baş konsul Asip Kaya: Dövlət çevrilişi cəhdinin qarşısı hakimiyyət-xalq birliyi sayəsində alındı

Sənaye məhsulunun 65 faizi mədənçıxarma sektorunda istehsal edilib

Avro-2024: Rekordlarla zəngin olan final oyunu

QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi elan olunub

Azərbaycanda elektrik enerjisinin istehsalı 15 faiz artıb

Cari ildə sərnişindaşımada artım qeydə alınıb

Tatarıstanın ruhani nümayəndə heyəti Şimal Hərbi Dairə zonasında atəşə tutulub

Lerikdə fəaliyyət göstərən kafedə istehlaka yararsız məhsullar aşkarlanıb

Ermənistanda baş verən zəlzələ Ordubadda hiss olunub

Estoniyanın Baş naziri istefa verib

Yanvar-may aylarında ölkədə 17 mindən çox nikah qeydə alınıb

Paytaxt üzrə 3320 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizədək artıb

BANM tələbələri “Yaşıl dünya üçün innovasiyalar” müsabiqəsində qalib gəliblər

Xankəndidə Hərbi Prokurorluğun əməkdaşları Ulu Öndərin xatirəsini anıblar

Bu ilin 6 ayında yük və sərnişin daşımalarda artım müşahidə olunub

Avro-2024: “Qızıl buts” mükafatı 6 futbolçuya veriləcək

İlin ilk beş ayında Azərbaycanda 42 minə yaxın körpə doğulub

DOST RİM Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb

Ağcabədidə istehlaka yararsız ətin satışının qarşısı alınıb

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

“Kəpəz” kapitanı ilə müqaviləni yeniləyib

Həftəsonu 36 kiloqrama yaxın narkotik aşkarlanıb

“Yaşıl gələcək naminə” yaşıllaşdırma aksiyası Oğuz və Qəbələ rayonlarında davam etdirilib

Azərbaycanda əhalinin sayı 10 milyon 197 min 146 nəfərə çatıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Panamalı futbolçu “Turan Tovuz”u Avstraliya klubuna dəyişir

Neft-qaz sektorunda ÜDM 0,6 faiz artıb

Novorossiysk yaxınlığında meşə yanğınının yayılmasının qarşısı alınıb

Anxel Di Mariya Argentina millisindəki karyerasını başa vurub

Türkiyə xalqının qəhrəmanlıq abidəsi -“15 Temmuz xatirə” muzey-kompleksindən REPORTAJ VİDEO

® Bakıda “Hexagon: Yeni Texnologiyalar və Rəqəmsallaşma” adlı konfrans keçirildi