Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Naxçıvanlı qadın heykəltaraş-rəssamın arzusu sərgilərinin xarici ölkələrdə nümayiş etdirilməsidir – MÜSAHİBƏ

Naxçıvanlı qadın heykəltaraş-rəssamın arzusu sərgilərinin xarici ölkələrdə nümayiş etdirilməsidir – MÜSAHİBƏ

Bakı, 13 iyun, Təhminə Verdiyeva, AZƏRTAC

Həmsöhbətimiz Fərqanə Seyidova Naxçıvanın heykəltaraş-rəssamlarındandır. Sənət əsərləri ilə yeni və bənzərsiz ifadə formaları axtaran, təsvirlər, rənglər və texnikalar vasitəsilə orijinal konsepsiyalar yaradan gənc rəssamın ən böyük arzusu xarici ölkələrdə sərgilərinin nümayiş etdirilməsidirdır. Gənc istedad AZƏRTAC-ın müxbiri ilə söhbətində bu sənətə gəlişindən, rəssamlığa baxışından və gələcək planlarından bəhs edir.

Fərqanə Seyidova 1997-ci il avqustun 29-da Babək rayonunun Şəkərabad kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin “Təsviri incəsənət müəllimliyi” ixtisasını bitirib. 2020-ci ildə “İlin gənc rəssamı” nominasiyasına layiq görülüb.

2022-ci ildə Naxçıvanda heykəltaraşlıq nümunələrindən ibarət fərdi kolleksiyası təşkil edilib. “İdeal ailənin formulu: enerji və müasirlik” IX və X Muxtar Respublika Heykəltaraşlıq və dekorativ tətbiqi sənət müsabiqəsində birinci yeri tutub. Bir çox müsabiqələrin qalibi və mükafatçısıdır.

- Fərqanə xanım, yaradıcılığınızda hansı janra daha çox üstünlük verirsiniz? Dünya rəssamlarından kimlərin yaradıcılığına və əsərlərinə maraq göstərirsiniz?

-Yaradıcılığımda portret janrı və mənzərə janrlarına daha çox üstünlük verirəm. Bu, rəssamda dərin bədii bacarıqları və müxtəlif istiqamətlərdə işləmə qabiliyyətini göstərir. Portret janrı digər janrlardan daha çətindir, burada insanın mimikasını, hisslərini və xarakterini düzgün təsvir etmək əsas məsələdir. İnsanın xarakterini düzgün göstərmək və duyğuları çatdırmaq üçün həmin bacarıqlar mühüm əhəmiyyət daşıyır.

Karandaş və ya başqa texnikalarla işləmək də mənə müxtəlif ifadə imkanları yaradır. Mənzərə janrına marağım var və təbiət qoynunda etüd çəkməyi çox xoşlayıram. Təbiətin gözəlliklərini kağız və ya kətan üzərinə köçürmək insana sakitlik və yaradıcılıq enerjisi bəxş edir.

Van Qoq və Leonardo Da Vinci kimi böyük ustaların əsərlərindən ilham alıram, bu da mənim yaradıcılığıma dəyərli bir təməl qazandırır və qarşımda yeni üfüqlər açır. Bu istiqamətlərdə çalışmağa davam etdikcə, öz üslubumu daha da inkişaf etdirəcəyimə və bədii yaradıcılığımda daha da böyük nailiyyətlər qazanacağıma ümid edirəm.

- Rəssam olmaq istəyənlər üçün tövsiyələriniz nə olardı? Onlar bu işə necə başlamalıdır? Fitri istedad mütləqdirmi?

-Mən müəllim kimi fəaliyyət göstərirəm, 60-dan çox şagirdim və tələbəm var. Müxtəlif qabiliyyət və həvəsə malik şagirdlərlə, tələbələrlə çalışmaq həqiqətən də çətin, eyni zamanda, çox gərəkli işdir. Hər bir şagirdin fərdi potensialını nəzərə alaraq, onları dəstəkləmək vacibdir. Burada əsasən iki məsələ üzərində dayanmaq olar: Qabiliyyət və həvəs arasındakı tarazlıq önəmlidir. Bəzən qabiliyyəti olmayan, amma həvəsi olan şagirdlərə düzgün yönləndirmə və dəstək göstərərək, onların da inkişafına nail olmaq mümkündür. Belə hallarda müsbət və həvəsləndirici sözlərdən istifadə etmək, onları təşviq etmək üçün müxtəlif yollar tapmaq önəmlidir. “Səndə alınmır” və ya “çəkə bilmirsən” kimi ifadələrdən qaçaraq, gərək onlara daha konstruktiv və motivasiyaedici rəy verəsən.

Valideynlərin rolu da çox vacibdir. Onların rəssamlıq və digər incəsənət sahələrinə yanaşmasını dəyişdirmək üçün təlimat və məlumatlandırma işləri aparmaq faydalı ola bilər. Rəssamlığın psixoloji və sağlamlıq faydalarını vurğulayan seminarlar, məktəblərdə valideyn yığıncaqları və ya təqdimatlar vasitəsilə onların bu sahəyə baxışını müsbət istiqamətə yönəltmək olar. Rəssamlığın uşaq inkişafına olan faydalarını anladaraq, valideynlərin dəstəyini qazanmaq daha asan ola bilər. Unutmaq olmaz ki, hər bir uşaq fərddir və onların inkişaf yolu fərqlidir. Əsas məsələ onlara dəstək olmaq və hər birinin potensialını üzə çıxarmasına kömək etməkdir. Belə olarsa, onlar gələcəkdə öz potensiallarını tam şəkildə reallaşdıra bilərlər.

-Sizin fikrinizcə, ölkəmizdə rəssamlıq kifayət qədər dəyər görürmü? Ümumiyyətlə, sənəti dəyərə çevirmək üçün cəmiyyətin üzərinə nə kimi öhdəlik düşür?

-Ölkəmizdə rəssamlıq sahəsinin kifayət qədər dəyər görüb-görməməsi müxtəlif amillərə bağlıdır və bu məsələyə fərqli yanaşmalar mövcuddur. Bəziləri hesab edir ki, bu sahəyə yetərincə qiymət verilmir və rəssamlar kifayət qədər dəstək ala bilmirlər. Digərləri isə son illərdə bu sahəyə diqqətin artdığını və rəssamların daha çox tanındığını düşünürlər.

Sənəti əsas dəyərə çevirmək üçün cəmiyyətin üzərinə bəzi öhdəliklər düşür. Məktəblərdə, universitetlərdə rəssamlıq və digər incəsənət sahələrinə dair dərslərin artırılması, gənclərdə bu sahəyə maraq yaratmaq üçün tədbirlər görülməlidir. Rəssamların əsərlərini nümayiş etdirmək üçün sərgilərin, festivalların və digər mədəniyyət tədbirlərinin təşkil olunması vacibdir. Dövlət tərəfindən rəssamların və incəsənət layihələrinin maliyyələşdirilməsi, qrantlar və digər dəstək proqramları ilə təmin edilməsi sənətin inkişafına töhfə verə bilər. Televiziya, radio, qəzet və internet vasitəsilə rəssamların və onların əsərlərinin tanıdılması, sənət haqqında proqramların və məqalələrin yayımlanması sənətə marağı artırır. Şəhər və qəsəbələrin ictimai məkanlarında rəssamlıq əsərlərinin yerləşdirilməsi, küçə sənətinin təşviq edilməsi insanların gündəlik həyatında sənətlə təmasını gücləndirir. QHT-lər tərəfindən sənət layihələrinin dəstəklənməsi və müxtəlif tədbirlərin təşkil edilməsi də mühüm rol oynayır. Sənət əsərlərinin alqı-satqısını asanlaşdıran platformaların inkişaf etdirilməsi rəssamların iqtisadi vəziyyətini yaxşılaşdırır və sənətə olan tələbatı artırır. Bu və digər tədbirlər cəmiyyətin

sənətə verdiyi dəyərin artırılmasına kömək edə bilər və rəssamlıq sahəsinin inkişafına şərait yarada bilər.

- Gələcək üçün nə kimi planlarınız var?

-Artıq iki dəfə fərdi sərgim təşkil olunub. Belə bir sərgi Naxçıvanda heç vaxt olmamışdı. İlk sərgim Naxçıvan Dövlət Universitetində, ikinci sərgim isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində nümayiş etdirilib. İlk dəfə təşkil olunan bu sərgidə mənim 50-dən çox heykəltaraşlıq nümunələrim sərgiləndi, bu da bütün sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Heykəltaraş rəssamlarımız Hüseynqulu Əliyev, Elman Cəfərov, Cavid İsmayılov, Ülviyyə Həmzəyeva tərəfindən bəyənilmək isə mənə çox böyük sevinc hissləri yaşatdı. Gələcək üçün də çox planlarım var. Amma ən böyük arzum xarici ölkələrdə sərgilərimi təşkil etməkdir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ACF-nin vitse-prezidenti: Cüdoçularımız Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşıblar

Fərid Qayıbov: Azərbaycan idmançılarının Parisdə bizi layiqincə təmsil edəcəyinə inanıram

Azərbaycanın bir qrup idmançısının Paris Olimpiadasına yolasalma mərasimi baş tutub

Fransanın ən böyük müsəlman liseyinə dövlət yardımı dayandırılıb

Fransa məhkəməsi kanak bayrağından istifadəni məhdudlaşdırıb

Baydenin gedişindən sonra demokratlar 50 milyon dollardan çox ianə alıblar

İraqda terrorda təqsirləndirilən 10 nəfər edam olunub

Paris-2024: Fransız QHT-ləri sosial məkanların ləğvindən narahatdır

Rumıniyanın Ukrayna ilə sərhədində strateji bombardmançılar yerləşdirilib

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 iyul 2024-cü il tarixli 01 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 19 iyul tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Paris Olimpiadasında iştirak edəcək Azərbaycan gimnastları ilə görüş keçirilib

"Neftçi" almaniyalı futbolçunun transferini açıqlayıb

Qazaxıstanlı tələbələr Azərbaycan universitetlərində təhsil ala biləcək

Metyu Miller: Azərbaycan və Ermənistan sülh sazişi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməkdə davam edir

Hanter Bayden “Fox News”a qarşı məhkəmə iddiasını geri götürüb

ABŞ Məxfi Xidmətinin direktoru Trampa qarşı sui-qəsdlə bağlı Konqresdə ifadə verib

Naxçıvanda qazilərlə mətbuat işçilərinin görüşü olub

THY təyyarələrdə ödənişsiz internet xidmətinə başlayır

Xırdalanda relslərin üzərinə çıxan uşağı qatar vurub

Şamaxıda Milli Mətbuat Günü münasibətilə dəyirmi masa keçirilib

Türkiyədən humanitar yardım aparan gəmi Sudana çatıb

Bakıda Misirin milli bayramı qeyd olunub

Aİ Şurası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edib

Rəşad Nəbiyev: Son iki il ərzində Misirdən Azərbaycana gələn turistlərin sayı iki dəfə artıb

Azərbaycanlı pianoçu Marsiak caz festivalında iştirak edib

İstilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib

Naxçıvana aviabiletləri rəqəmsal şəxsiyyət vəsiqəsilə almaq olacaq

Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşların müraciətlərini dinləyib

Ağdamda media nümayəndələrilə görüş keçirilib

Fransada incəsənət nümayəndələrinin həmkarlar ittifaqları Olimpiya Oyunlarının açılışı günü tətil etməyi planlaşdırır

Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər ərəbdilli mətbuatın da diqqət mərkəzində olub

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində birinci yarımilin yekunları müzakirə olunub

FHN: Xırdalanda 14 mərtəbəli binada yanğın olub

Yevlaxda Milli Mətbuat Günü qeyd edilib

Şamaxıda mikroavtobus minik avtomobili ilə toqquşub VİDEO

® “Azercell” Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir

Kilsədağ məbədində arxeoloji tədqiqatlar davam edir

Ukrayna mediası Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışını işıqlandırmaqda davam edir

Barokko, Norman və ərəb memarlığının sintezi: Palermo şəhəri - FOTOREPORTAJ

Ağdamın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Elmi Kitabxanada Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric məktəbləri şəbəkəsinə qoşulub

Şirvanda 22 İyul – Milli Mətbuat Günü qeyd edilib

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsinə başlanılır

Dövlət Proqramı iştirakçısı “Qlobal Tələbə Mükafatı”nın TOP 50 finalçısı siyahısında yer alıb

Rəsədxana kosmik hava proqnozunu açıqlayıb

XİN: Aİ-nin Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır

DİM islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçıları Laçın şəhərində olublar

Qazaxıstan və İran prezidentləri arasında telefon danışığı olub

“Fənərbağça”nın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin nümayəndə heyəti BANM-də

Son altı ayda proaktiv qaydada 74 mindən çox müavinət və təqaüd təyinatı aparılıb

BDU-da astronomik müşahidə günləri keçiriləcək

İkinci Şuşa Qlobal Media Forumu işini başa çatdırıb YENİLƏNİB

Özbəkistan Statistika Agentliyi: İqtisadiyyat uğurla inkişaf edir

Fotoqraflarımız beynəlxalq fotomüsabiqədə 10 mükafat qazanıblar

Prokurorluq orqanlarının bu ilin birinci yarısında fəaliyyəti müzakirə edilib

Yeni Dehlidə UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası keçirilir

Rəsmi İrəvan tez-tez sülh gündəliyindən danışsa da, real mənzərə bunun əksini göstərir - ŞƏRH

MSK sədri: Parlament seçkilərini izləmək üçün indiyədək 480 yerli müşahidəçi qeydə alınıb VİDEO

“Paris-2024”: Lebron Ceyms ABŞ-ın bayraqdarı olacaq

İlk dəfə olaraq arxeoloqlar xüsusi geyim forması və çəkiliş dronları ilə təmin ediliblər

Bakıda arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək

Sucuq istehsalı ilə məşğul olacaq müəssisəyə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

Dünya Seriyası: Azərbaycanın iki güləşçisi medal qazanıb

Gürcüstan ərazisində üçüncü dəfə zəlzələ baş verib

Dendrologiya İnstitutu Oxçuçay ətrafına ekspedisiya təşkil edib

“Yaşıl gələcək naminə” aksiyası davam edir

Sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub

Mərkəzi Seçki Komissiyası Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb

Hacı İsmayılov: Xarici və türkdilli ölkələrin teatrları ilə təmaslar qurmağa çalışacağıq

“Turan Tovuz” iranlı futbolçunu transfer edib

Müasir dövrdə media insanların həyatında böyük rol oynayan, ictimai rəyə təsir edən güclü vasitədir

Serbiyada qızmar istilər səbəbindən Rusanda gölü quruyub

Azərbaycanın Milli Mətbuat Günü Tbilisidə qeyd olunub

G20 ölkələrinin maliyyə nazirləri ABŞ-da prezident seçkiləri ərəfəsində qlobal vəziyyəti müzakirə edəcəklər

Qanunvericiliyin tətbiqinə dair təklifləri toplamaq üçün onlayn platforma yaradılıb

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri məlum olub

Tələbələrin köçürülməsi prosesi üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

Azərbaycan Teatr Xadimləri İttifaqının XV konfransı keçirilib

® “Unibank” müştəriləri üçün 1 milyon 500 min manatlıq “Əjdaha” lotereya keçirir

“YAŞAT” Fondunun Antalyadakı düşərgəsi davam edir

“Bakı Ağac Emalı” ASC-nin ərazisində baş vermiş partlayışla bağlı cinayət işi tamamlanıb

Reklam sektorunun inkişafına dair ictimai müzakirə təşkil olunub

Sosial reabilitasiya mərkəzi benefisiarlarının Həsən bəy Zərdabinin ev-muzeyinə ekskursiyası təşkil edilib

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlərin nəzərinə

ANAMA: Ötən həftə 1673.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

AYNA “Dream Fest 2024” ilə bağlı xüsusi avtobuslar ayırıb

Hərbi pilotlar təlim-məşq uçuşları icra ediblər

Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq mükafata layiq görülüb

2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində fransız kolonializmi ilə bağlı hesabatın təqdimatı olub VİDEO

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib VİDEO

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

F.K.Zakirova “Xalq artisti” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Neftçi” almaniyalı futbolçu ilə anlaşıb