Nazim Rəcəbov: GLOBE Şəbəkəsi korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacib platformasıdır VİDEO

Bakı, 22 may, AZƏRTAC
“GLOBE Şəbəkəsi korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq baxımından vacibdir. Bu tədbirlər dövlətlər arasında təcrübə mübadiləsini və etimadın gücləndirilməsini təmin edir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyatlar Şəbəkəsinin - GLOBE Network - 6-cı Plenar İclasının bağlanış mərasimində deyib.
O, GLOBE Şəbəkəsinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli bir platforma olduğunu vurğulayıb: “İclasda 100-dən çox çıxış və 20-dən artıq panel müzakirə olub, 92 ölkədən 120-dən çox dövlət qurumunun nümayəndələri iştirak ediblər”.
Tədbirin yüksək səviyyədə təşkilinə görə UNODC Katibliyinə və yerli təşkilat komitəsinə təşəkkür edən N.Rəcəbov Azərbaycanın korrupsiyaya qarşı qlobal mübarizəyə töhfəsini davam etdirəcəyini bildirib.