CƏMİYYƏT
Nazir müavini: Son zamanlar virtual məkanda ziyanlı amillərin təbliğatının sürətlə artması ciddi narahatlıq doğurur

Bakı, 2 oktyabr, AZƏRTAC
Son zamanlar virtual məkanda, əsasən də sosial mediada arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik, spirtli içkilərin, terrorizm, vandalizm kimi ziyanlı amillərin təbliğatının sürətlə artması ciddi narahatlıq doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova “Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda oktyabrın 2-də keçirilən konfransda deyib.
Mədəniyyət nazirinin müavini uşaq və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin önəmini qeyd edib və uşaqların informasiya təhlükəsizliyi istiqamətində görülən işlərdən danışıb.