Nazir: Qarabağ Universitetində “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisası tədris ediləcək

Şuşa, 1 iyun, Aysel Azad, AZƏRTAC
“SABAH” qrupları ənənəvi olaraq bir ali təhsil müəssisəsində tədris olunub. Bir ixtisas heç vaxt iki universitetdə olmayıb. “SABAH” qrupunun əsas fəlsəfəsi tələbələri bir ali təhsil müəssisəsində toplamaqdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil: “Təbii ki, orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək. Qarabağ Universitetində “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [19:01]
ADPU ilə Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi əməkdaşlıq edəcək
- 23.04.2025 [17:51]
Professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
- 23.04.2025 [17:30]
BANM tələbələri ölkəmizi İtaliyada təmsil edəcəklər
- 23.04.2025 [17:25]
ADA İbtidai Məktəbində Beynəlxalq Yer Günü qeyd edilib
- 23.04.2025 [16:46]
BMU-da Kənd Təsərrüfatı Nazirliyinin layihəsi ilə bağlı vorkşop keçirilib
- 23.04.2025 [16:24]