Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə olunub

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilmiş hökumətin iclasında 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Baş nazir Əli Əsədov “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq 2025-ci il dövlət və icmal büdcə layihələrinin, həmçinin növbəti üç il üçün icmal büdcənin göstəricilərinin, sosial-iqtisadi inkişaf proqnozlarının Nazirlər Kabinetinə təqdim edildiyini deyib.

Baş nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, regional və beynəlxalq müstəvidə uğurlu addımları yeni reallıqlar yaradıb və bu reallıqlar 2025-2028-ci illəri əhatə edən növbəti ortamüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsindəki strateji baxışını şərtləndirib.

Cari ilin Vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə əlamətdar olduğunu vurğulayan Əli Əsədov Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində növbədənkənar prezident və parlament seçkilərinin keçirildiyini, onların nəticələrinin xalqımızın Heydər Əliyev yoluna sədaqətini, Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə inam və etimadını bir daha nümayiş etdirdiyini, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına birmənalı dəstəyinin növbəti ifadəsi olduğunu diqqətə çatdırıb.

O, Prezidentin Sərəncamına əsasən hər il sentyabrın 20-nin ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunacağını deyib. Qeyd edib ki, bu Sərəncam bu tarixi hadisənin əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

“Qlobal miqyasda artan geosiyasi gərginliklərə, beynəlxalq əmtəə bazarlarında volatil qiymətlərə, dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub. Cari ilin ötən dövrü ərzində əlverişli xarici mühit və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının uğurlu icrası nəticəsində ölkədə iqtisadi fəallığım davam etməsi, o cümlədən qeyri- neft-qaz sektorunun bütün sahələrində müsbət artım templəri müşahidə olunmaqdadır”, - deyən Baş nazir qeyd edib ki, 8 ayda ümumi daxili məhsul 4,3 faiz artıb, o cümlədən qeyri-neft sektorunda 7,0 faiz artım olub. Qeyri-neft sənayesində isə 7,8 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 73 milyard dolları ötüb. Bu göstərici cari ilin sonuna gözlənilən ÜDM-in 100 faizi deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. Sentyabrın 1-i tarixinə bu göstərici 5,3 milyard dollar olmaqla ÜDM-in 7,5 faizini təşkil edir. Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib. O cümlədən tərəfimizdən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası antiinflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir, 2024-cü ilin 8 ayında orta illik inflyasiya 1,3 faiz, illik inflyasiya isə 3,5 faiz olub.

Baş nazir qeyd edib ki, ötən dövr ərzində müsbət makrofiskal göstəricilər, dünya enerji bazarlarında əlverişli qiymət, profisitli tədiyə balansı, dövlət büdcəsinə əlavə gəlir daxilolmaları nəticəsində 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılıb. Nəticədə büdcə gəlirləri 2,2 milyard manat, büdcə xərcləri isə təxminən 3.0 milyard manat artıb. Yenidən baxılmış büdcə ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üzrə zəruri olan bir sıra əlavə xərclərin maliyyələşdirilməsinə imkan yaradıb.

Diqqətə çatdırılıb ki, 2025-ci il və növbəti üç ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi mövcud xarici və daxili makroiqtisadi mühit, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, büdcə qaydasının hədəfləri və makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb. Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasəti aşağıdakı əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilib:

- “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;

- Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi;

- Ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi;

- NMR Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası;

- Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi;

- Dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması.

Daha sonra bir sıra ümumi məlumatları diqqətə çatdıran Əli Əsədov deyib: “2025-2028-ci illərdə makrofiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanıb. Növbəti ilin büdcə hesablamalarında neftin qiyməti 70 dollar götürülüb. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667 milyon manat proqnoz edilir. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faizdir. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5 faiz, qeyri-neft sektoru üzrə 4,9 faizlik real artım tempi proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempi 5 faiz nəzərdə tutulur. Ortamüddətli perspektivdə neft-qaz sektorunda hasilatın azalması ilə artım tempinin zəifləməsi fonunda qeyri-neft iqtisadiyyatının inkişafı əsas hədəflərdən biridir”.

Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın artan iqtisadi imkanlarının əhalinin sosial müdafiəsinin və rifah səviyyəsinin təmin edilməsinə də mühüm töhfələr verdiyini vurğulayan Baş nazir qeyd edib ki, 2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında qalmağa davam edəcək. Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 43 faizini təşkil edir. 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 17 faizini təşkil edir.

İşğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə geniş bərpa-quruculuq işlərinin sürətlə həyata keçirildiyini vurğulayan Ə.Əsədov bu məqsədlər üçün indiyədək dövlət büdcəsindən 17,5 milyard manata yaxın vəsait ayrıldığını, 2025-ci ildə daha 4 milyard manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu bildirib. Deyib ki, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi davamlı şəkildə həyata keçirilir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini xatırladan Ə.Əsədov bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu vurğulayıb, gələn il iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri də daxil olmaqla bütövlükdə yaşıl büdcə xərclərində 16 faizdən çox artımın nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Baş nazir Azərbaycanın dünya miqyasına siyasi nüfuzunun artdığını, Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağı, həmçinin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi statusunun möhkəmləndiyini, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə də Orta və Şimal-Cənub dəhlizlərinin inkişafı üçün tərəfdaş ölkələrlə davamlı olaraq birgə səylər göstərdiyini vurğulayıb.

Sonra maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında”, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında”, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “2025-ci il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri” mövzularında məruzə ediblər.

Müzakirəyə yekun vuran Baş nazir Əli Əsədov qarşıda duran əsas vəzifələri elan edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Hökumət qarşısında qoyulan bütün vəzifə və tapşırıqların vaxtında, yüksək keyfiyyətlə və tam şəkildə icra olunacağına əminliyini ifadə edib.

Qeyd edək ki, büdcə zərfinə daxil olan sənəd və məlumatlar Azərbaycan Prezidentə təqdim olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edilib

XİN: Ermənistanın tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək səylərinin daha bir nümunəsidir

Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz məskunlaşma aparılmasını Arayik Harutyunyan da təsdiqləyib

“Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku ilə görüş

® “Richmond Properties” Bakıda keçirdiyi təqdimatı böyük regional rəğbətlə yekunlaşdırdı

Gənclər Fondu qrant müsabiqəsi elan edir

ADSEA əməkdaşları Azərbaycanı Sinqapurda keçirilən beynəlxalq sammitdə təmsil edirlər

AQTA və Çinin Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş keçirilib

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib - MÜSAHİBƏ

COP29 Sədrliyi London İqlim Həftəsində iştirak edir

Serbiya silah-sursat ixracını dayandırıb

İtaliya İrandakı səfirliyini Omana köçürə bilər

Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır VİDEO

Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır VİDEO

Kolumbiya mətbuatı: Azərbaycan - qlobal diqqətin yeni mərkəzi

İKT sahəsində qadın liderlərlə interaktiv görüş

Məktəb psixoloqu vəzifəsinə işə qəbul müsahibəsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayır

“2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı iclas keçirilib

BDU-nun 10 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun oldu

Çindən gələn elektromobillərin sayı azalıb VİDEO

Çindən gələn elektromobillərin sayı azalıb VİDEO

Şəmkirdə növbəti hüquqi yardım aksiyası keçirilib

"Liverpul" macarıstanlı futbolçu ilə anlaşıb

İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşüb

Gürcüstanda müxalif koalisiyanın üç üzvü həbs olunub

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Kənd təsərrüfatı naziri Qırğızıstanda heyvandarlıq və balıqçılıq təsərrüfatları ilə tanış olub

NATO-nun Haaqa sammitinin gündəmində müdafiə xərclərinin artırılması, Ukrayna və İran məsələləri var

Səbail rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb

Qazaxıstan İrandan və İsraildən 296 vətəndaşını təxliyə edib

Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil oldu

Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Azərbaycan boksçuları Qazaxıstanda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər

Baş Prokurorluqda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Sabahdan magistraturanın jurnalistika üzrə ixtisaslaşmalarına qabiliyyət imtahanı başlanır

Türkiyə təhsil sistemində süni intellekt tətbiqini genişləndirməyi planlaşdırır

SHXÇDX-nin şöbə rəisi: Xəbərdar edilmiş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır

Rusiya Prezidenti İranın xarici işlər nazirini qəbul edib

Qazaxıstan XİN vətəndaşları Yaxın Şərqə səfər etməzdən əvvəl riskləri nəzərə almağa çağırıb

Miniatür emalatxanası – detallardan hərəkət edən prototiplərə qədər ... Azərbaycan Modelçilər Klubundan REPORTAJ

“Internews Pakistan” Laçın Zirvəsinin əhəmiyyəti fonunda Azərbaycan-Pakistan münasibətlərindən yazıb

UFC əfsanəsi Bakıya heyran qaldı: İnanılmaz bir yerdir VİDEO

UFC əfsanəsi Bakıya heyran qaldı: İnanılmaz bir yerdir VİDEO

TKTA tərəfindən BDU-da ali təhsil müəssisələri üçün “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” seminarı keçirilib YENİLƏNİB  VİDEO

TKTA tərəfindən BDU-da ali təhsil müəssisələri üçün “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” seminarı keçirilib YENİLƏNİB VİDEO

Folklor İnstitutunda müasir elmi yanaşmalar əsasında milli kulinariya ənənələri araşdırılacaq

Media: ABŞ İsrailin münaqişəyə son qoymaq niyyətini İrana çatdırıb

Naxçıvanda Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra olunub

Ekspert: “Bakıdan Belemə Yol Xəritəsi” ədalətli keçid və effektiv maliyyələşmə üzərində qurulmalıdır

Tanınmış futbolçu karyerasını başa vurub

Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti qızıl medalla təltif olunub

İƏT çərçivəsində ilk dəfə Qərbi Azərbaycanla bağlı qətnamə qəbul edildi VİDEO

İƏT çərçivəsində ilk dəfə Qərbi Azərbaycanla bağlı qətnamə qəbul edildi VİDEO

“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil olunub

İqor Qrosu: Azərbaycanın Moldovada çox aktiv diasporu var VİDEO

İqor Qrosu: Azərbaycanın Moldovada çox aktiv diasporu var VİDEO

Dövlət Xidməti: Kiberməkanda genişmiqyaslı məlumat sızması baş verib

Tural Əhmədov: Bu il məktəbəqədər təhsil sahəsində kadr hazırlayan ali məktəblərdə qiymətləndirmələr keçirmişik

AMEA-da akademik Ziyad Səmədzadənin 85 illiyi qeyd olunub

“AzerGold”un sikkələri Honkonq Beynəlxalq Numizmatika Sərgisində təqdim olunub

MMA üzrə mütəxəssis Azərbaycan idmançılarının Bakıdakı UFC turnirində çıxışını dəyərləndirib

BDU-nun rektoru: Ali təhsil müəssisələri arasında rəqabət obyektiv nəticələr əsasında aparılmalıdır

“Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan gimnastı İspaniyada bürünc medal qazanıb

Azərbaycanın 4 boksçusu Gürcüstandakı turnirdə iştirak edəcək

İTSDA: Qızılcanın diaqnostikası və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir

Rusiyada təhsillərini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib

ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi hər bir türkün qəlbində iftixar və qürur hissi doğurur ŞƏRH

Bakıda keçirilən döyüş gecəsi UFC turnirinin tarixinə düşüb

A Seriyasına yüksələn klub Mario Balotellini istəyir

Beynəlxalq şirkətlə Azərbaycana investisiya qoyuluşunun artırılmasını nəzərdə tutan müqavilə imzalanıb

525 nömrəli marşrutda istismar olunan avtobusların yenilənməsinə başlanılıb

Macarıstanda hökumətin səylərinə rəğmən doğum səviyyəsi azalır

Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə

“Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edib

İri neft tankerləri Hörmüz boğazından yan keçmək üçün marşrutu dəyişir

ABŞ-ın İrana zərbələrinin ardından Aİ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir

BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində universitetdə EkoEnerji Məntəqəsi açılıb

AzMİU ilə Konya Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Çin Azərbaycana təşəkkür edib VİDEO

Çin Azərbaycana təşəkkür edib VİDEO

Seyid Cəfər Ağayi: İran xalqının həmrəyliyi daha da güclənib VİDEO

Seyid Cəfər Ağayi: İran xalqının həmrəyliyi daha da güclənib VİDEO

İsveç NATO-nun yeni tələbləri əsasında müdafiə büdcəsini artıracaq

Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir

ADA Universitetində 19-cu Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

ADA Universitetində 19-cu Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Rumıniyada hökumətin sərt iqtisadi tədbirlərinə qarşı etirazlar başlayıb

“Şah Abbas Namə" tamaşasının premyerası keçirilib

ABŞ dolları Tehranın Birləşmiş Ştatlara cavab zərbəsi hazırlaması fonunda bahalaşır

Özbəkistanda BMT-nin Dövlət Qulluğu Forumu keçirilir

Sədr: “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində 350-yə yaxın iştirakçı ali təhsil alır

Bu ilin 5 ayında ölkədə çıxarış verilən əmlakların 25 faizi paytaxtın payına düşüb

Müvəqqəti işlər vəkili: İran BMT Nizamnaməsinə uyğun olaraq özünü qoruyur VİDEO

Müvəqqəti işlər vəkili: İran BMT Nizamnaməsinə uyğun olaraq özünü qoruyur VİDEO

Komitə sədri: “Gənc qızların təhsilinə dəstək” layihəsi onların hədəflərinə inamla irəliləməsinə şərait yaradır

Səssiz qəhrəmanlıq: Cəlil müəllimin ömür hekayəsi

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistan Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçmiş bank olduğunu açıqlayıb – MƏHKƏMƏ VİDEO

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistan Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçmiş bank olduğunu açıqlayıb – MƏHKƏMƏ VİDEO

Bakıda I Beynəlxalq Kredit Hesabatlığı konfransı keçirilib VİDEO

Bakıda I Beynəlxalq Kredit Hesabatlığı konfransı keçirilib VİDEO

BŞTİ-nin tabeliyindəki 51 təhsil müəssisəsində təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib

“İnter” qapıçısını B Seriyası klubuna satıb

Nazir: Qızların təhsili cəmiyyətin davamlı inkişafında strateji rol oynayır

Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib YENİLƏNİB

BVF: ABŞ-ın İrana zərbələrinin geniş potensial nəticələri ola bilər

Bu ilin birinci yarısında hərbi qulluqçularımız 14 beynəlxalq təlimdə iştirak ediblər