NAZİRLİK İNTERNET QİYMƏTLƏRİNİ AŞAĞI SALMAQ NİYYƏTİNDƏDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında İnternetin İnkişafı Şurası ölkədə internet qiymətlərinin ucuzlaşdırılması ilə bağlı tədbirlərini davam etdirir.
Nazir müavini Elmir Vəlizadə AZƏRTAC-a bildirmişdir ki, bu məsələ ilə bağlı internet provayderləri ilə danışıqlar aparılmış, təkliflərin işlənməsinə başlanılmışdır. Yaxın vaxtlarda bu təkliflər yekunlaşacaq və ümumiləşdirilərək yenidən provayderlərə təqdim olunacaqdır.
E.Vəlizadə bildirmişdir ki, internet tarifləri bu gün bazar qiymətləri ilə tənzimləndiyindən nazirlik provayderlərə yalnız təkliflər verə bilir. Çünki ölkədə fəaliyyət göstərən 30-a yaxın internet provayderlərindən cəmi 2-si dövlət şirkətidir. Nazirlik xidmətin keyfiyyətinə təsir etmədən qiymətləri azaltmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [12:11]
Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır
- 09.06.2026 [12:05]