NDU-NUN TƏLƏBƏLƏRİ QARS QAFQAZ UNİVERSİTETİNDƏ OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Dövlət Universitetində (NDU) baytarlıq ixtisası üzrə təhsil alan 15 tələbə Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində təcrübədə olmuşlar.
Qars Qafqaz Universitetində baytarlıq fakültəsi 1992-ci ildə yaradılmışdır. Hazırda bu ixtisas üzrə 500 tələbə təhsil alır. Universitetdə 4 günlük təcrübə dövründə naxçıvanlılar qarslı tələbələrlə birlikdə ev heyvanlarında ən çox müşahidə olunan daxili xəstəliklər, onların yaranma səbəbləri və müalicəsi yollarını nəzəri cəhətdən öyrənmiş, aparılan cərrahi əməliyyatlarda iştirak etmişlər. Videogörüntülərlə heyvanlar üzərində həyata keçirilən müxtəlif cərrahi əməliyyatlar qonaqların böyük marağına səbəb olmuşdur.
NDU-nun tələbələri Qarsdan zəngin təəssüratla qayıtmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]