“NEFT DAŞLARI”NDA YENİ QUYULAR QAZILMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin 3 nömrəli “Neftqazçıxarma” sexinin ərazisindəki 1145 nömrəli özüldə yerləşdirilmiş maili küt quyularda qazma işləri başa çatdırılmışdır.
Həmin özüldə yerləşən 1205 və 1282 nömrəli quyularda artıq mənimsəmə işləri aparılır. Onların hər birindən təxminən 10 ton neftin hasil olunacağı gözlənilir.
“Neft Daşları” NQÇİ-nin 1 nömrəli “Neftqazçıxarma” sexinin ərazisindəki 2387 nömrəli özüldə yerləşdirilmiş maili küt quyularda da qazma işləri başa çatdırılmışdır. 2358 və 2339 nömrəli həmin quyularda mənimsəmə işlərinə tezliklə başlanacaqdır. Bu quyuların hər birindən 15 ton neft hasil ediləcəkdir.
Bütün bu quyular “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi tərəfindən qazılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]