NEFT-QAZ SAHƏSİNDƏ ALTI MÜHÜM ELMİ NƏTİCƏ ƏLDƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda mətbuat konfransı keçirilmişdir.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə institutun 2008-ci ildəki uğurları, elm sahəsində aparılan islahatlar, qarşıda duran problemlərin həlli və digər məsələlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, bu il 6 mühüm elmi nəticə əldə edilmişdir. Bunlar əsasən neft-qaz sahəsində, xüsusən də Cənubi Xəzər hövzəsində aparılmış tədqiqatların uğurlu nəticələridir. Cari ildə Geologiya İnstitutunun 70 illik yubileyi qeyd olunmuşdur. Şəki Regional Elmi Mərkəzinin ərazisində Azərbaycanda ikinci Qlobal Yertəyinetmə Sistemi (GPS) stansiyası qurulmuş və ümumdünya şəbəkəsinə qoşulmuşdur. Bununla da Azərbaycanın qərb regionunda geodinamik proseslərin əsası qoyulmuşdur. Bundan başqa, ilk dəfə geniş spektrli mineral növlərinin informativliyini, onların genetik şərhini, mineral ehtiyatların rasional istifadəsi məqsədi ilə iqtisadi qiymətləndirilməsinin mümkünlüyünü əks etdirən illüstrasiyalı “Azərbaycan mineralları” ensiklopediyası tərtib olunmuşdur.
AMEA-nın Geologiya İnstitutunda bp neft şirkətinin dəstəyi ilə “Hövzə Modelləşdirmə Mərkəzi” yaradılmış, Azərbaycanın yeni Geoloji Xəritəsi tərtib edilmişdir.
Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]