NEFTÇALA RAYONUNDA HEYVANLAR ARASINDA BRUSELLYOZ XƏSTƏLİYİ AŞKAR EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri vəbər verir ki, Neftçala rayonunda 16 baş mal-qarada təhlükəli yoluxucu xəstəlik olan brusellyoz aşkar edilmişdir.
Xəstəliyin daşıyıcısı olan iribuynuzlu heyvanlar dərhal çıxdaş olunmuş, onların daxili orqanları yandırılmışdır. Xəstəliyin insana yoluxma təhlükəsi tam aradan qaldırılsa da, ehtiyat zooprofilaktiki tədbirlər həyata keçirilir, əhali arasında maarifləndirmə işləri aparılır.
Ümumiyyətlə, bu ilin əvvəlindən indiyədək rayonda 46 min başa yaxın mal-qaradan qarayara və brusellyoz xəstəliyinə qarşı qan nümunələri götürülmüşdür. Brusellyoz xəstəliyinə müsbət reaksiya verən heyvanların saxlandığı binalar nəzarətə götürülməklə, zəruri dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]