İDMAN
“Neftçi” futbolçuları üçüncü yoxlama oyununda “Tobol” komandasına qalib gəlmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol komandası rəsmi oyunlara hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununu keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın “Tobol” komandası ilə qarşılaşan komandamız Elvin Yuniszadə, Karlos Kardoso, Ruslan Qurbanov, Bahodir Nasimovun vurduğu qollar sayəsində rəqibinə 4:2 hesabı ilə qalib gəlmişdir.
Əvvəlki iki yoxlama oyununda Bakının “Neftçi” futbol komandası Albaniyanın “Partizan” komandasına 2:0 hesabı ilə qalib gəlmişdir. Türkiyənin “Fənərbaxça” komandasına qarşı keçirilmiş oyun isə heç-heçə yekunlaşmışdır.