“Neftçi” klubu məşqləri dayandırıb
Bakı, 4 dekabr, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu məşqləri koronavirusa kütləvi yoluxmalarla əlaqədar dayandırıb.
AZƏRTAC klub televiziyasına istinadla xəbər verir ki, bu günə və dekabrın 5-6-na nəzərdə tutulan hazırlıq prosesləri ləğv edilib.
Komanda növbəti həftənin ilk günündə bir araya gələcək. Hazırda klubda ümumilikdə 9 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.
Bunlar “Neftçi”nin baş məşqçisi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrindir.
Əvəzedici komandada isə Fərid Əsgərov və Vüqar Həsənovda infeksiya aşkarlanıb.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə “Sabah”a qarşı keçirməli idi. Lakin görüş qeyri-müəyyən tarixə təxirə salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]