İQTİSADİYYAT
Neftin qiyməti azalmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Dünya birjalarında neftin qiyməti azalmışdır.
Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 12 sent düşərək 100,59 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 87 sent azalaraq 110,66 dollar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 39 sent düşərək 112,58 dollara satılmışdır.