COP29
Nepal XİN-in katibi: Hər zaman inkişaf etmiş ölkələrin öz öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayırıq
Bakı, 13 noyabr, AZƏRTAC
İqlim dəyişikliyi ilə mübarizədə birgə işləmək lazımdır, çünki bu, regional və qlobal məsələdir. Biz hamımız - Azərbaycan, Nepal, digər ölkələr birgə əməkdaşlıq etməliyik.
Bu barədə AZƏRTAC-a açıqlamasında Nepalın Xarici İşlər Nazirliyinin katibi Amrit Bahadur Rai deyib.
“Biz hər zaman inkişaf etmiş ölkələrin öz öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayırıq. Ümid edirik ki, iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsini həyata keçirməli olan ölkələr öz öhdəliklərini yerinə yetirəcəklər. Çünki bu, vacibdir. Biz ümid edirik ki, onlar daha çox hərəkət edəcək, iqlim tədbirləri, daha çox maliyyə və daha çox texnologiya transferi ilə razılaşacaqlar”, - deyə nepallı diplomat əlavə edib.