Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ağdaşda vətəndaşlarla görüşəcək
Bakı, 1 may, AZƏRTAC
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Ağdaşda vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 4-də saat 15:00-da Ağdaş şəhərində Ağdaş, Kürdəmir, Ucar, Göyçay rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 saylı “Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Ağdaş rayonunda (02023) 55159, Mingəçevir şəhərində (02427) 52999, Kürdəmir rayonunda (02025) 51599, Ucar rayonunda (02021) 33777, Göyçay rayonunda isə (02027) 42366 nömrəli telefonlara zəng etmək mümkündür.