Nərimanov rayonunda beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO




Bakı, 15 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.