Nərimanov rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxsləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Heydərov narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərində axtarış aparılan zaman iki büküm heroin aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı E.Heydərovun narkotik maddəni İntiqam adlı şəxsdən aldığı müəyyənləşib. Əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum edilən İntiqam Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Saxlanılan zaman İ.Hüseynovun üzərindən 1,53 qram, yaşadığı evdən isə 2 kiloqram 48 qram hazır qablaşdırılmış formada satış üçün nəzərdə tutulan tiryək və 1,112 qram heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.