Nəsimi rayonunda hüquq qaydasının möhkəmləndirilməsində rayon prokurorluğunun əməkdaşları əllərindən gələni əsirgəməyəcək

Bakı, 25 aprel, AZƏRTAC
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən respublikamızda nəhəng quruculuq və inkişaf işləri aparılır. Həmin işlərin məntiqi davamı olaraq bu gün Bakı şəhərinin ən böyük rayonlarından olan Nəsimi rayonunda rayon prokurorluğu üçün yeni və möhtəşəm inzibati bina istifadəyə verildi. Şübhəsiz ki, bu, prokurorluq üçün tarixi hadisədir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Nəsimi rayon prokuroru baş ədliyyə müşaviri Həsən Hənifəyev deyib.
"Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni inzibati binaların tikilməsi, yeni kommunikasiya texnologiyalarından istifadə birbaşa Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların ən yüksək səviyyədə həyata keçirilməsindən xəbər verir. Bu gün hesab edirəm ki, rayon prokurorluğu üçün ən əlamətdar hadisədir və biz bunu özümüzə etimad kimi qəbul edirik. Bundan sonra da hesab edirəm ki, paytaxtın ən böyük rayonlarından olan Nəsimi rayonunda hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində, cinayətkarlıqla mübarizə sahəsində rayon prokurorluğunun hər bir əməkdaşı əlindən gələni əsirgəməyəcək və daim Baş prokuror tərəfindən verilmiş tapşırıqları ən yüksək səviyyədə icra etməyə çalışacaq", - deyə H.Hənifəyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [20:37]
AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
- 23.05.2025 [20:10]
İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO
- 23.05.2025 [19:30]
İordaniya mətbuatında Qərbi Azərbaycan irsi haqqında məqalə dərc edilib
- 23.05.2025 [18:57]
“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb
- 23.05.2025 [18:30]