Nəsiminin əsərlərinin tərcüməçisi AMEA-nın Folklor İnstitutunda olub
Bakı, 5 aprel, AZƏRTAC
İmadəddin Nəsiminin əsərlərinin tərcüməçisi, özbək şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Kahhar Azərbaycanda folklor nümunələrinin toplanması, nəşri, təbliği və tərcüməsi işləri ilə tanış olmaq məqsədilə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovla görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ölkədə folklor nümunələrinin toplanmasına dair müzakirələr aparılıb. M.İmanov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamına uyğun olaraq görülən işlər barədə qonağa məlumat verib.
Qeyd edək ki, özünü “Füzuli ədəbi məktəbinin şagirdi” adlandıran Tahir Kahhar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Nəsiminin əsərlərinin tərcüməsi işinə cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]