COP29
“Net Zero, Nuclear və International” şirkətinin baş direktoru Böyük Britaniyanın xalis sıfır emissiyaya doğru nailiyyətləri haqqında danışıb
Bakı, 14 noyabr, AZƏRTAC
COP29 çərçivəsində keçirilən tədbirdə “Net Zero, Nuclear və International” qeyri-hökumət təşkilatının baş direktoru Li Makdonot “Karbonsuzlaşdırma üzrə həllərin aparıcı qüvvəsi” mövzusunda məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, o, karbon tullantılarının azaldılması məsələlərinə toxunub və forum iştirakçılarına ölkəsinin - Böyük Britaniyanın sıfır emissiya hədəflərinə nail olunmasına dair proqramı barədə məlumat verib.