NƏZDİNDƏ HEYDƏR ƏLİYEV ADINA SOSİAL ELMLƏR İNSTİTUTUNUN UĞURLA FƏALİYYƏT GÖSTƏRDİYİ UKRAYNA REGİONLARARASI HEYƏTİ İDARƏETMƏ AKADEMİYASININ İYİRMİ YAŞI TAMAM OLMUŞDUR
Kiyev, 3 fevral (AZƏRTAC). Ukraynanın ən böyük qeyri-hökumət ali məktəbi sayılan Regionlararası Heyəti İdarəetmə Akademiyası (RHİA) aprelin 3-də 20-ci ildönümünü qeyd etmişdir. Nəzdində Heydər Əliyev adına Sosial Elmlər İnstitutunun uğurla fəaliyyət göstərdiyi bu təhsil ocağında dünyanın 24 ölkəsindən, o cümlədən Azərbaycandan 50 mindən yuxarı tələbə və aspirant təhsil alır.
Akademiyanın akt salonunda Ukrayna isteblişmentinin, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri toplaşmışdılar.
RHİA-nın prezidenti, professor Georgi Şyokin yubiley tədbirini giriş nitqi ilə açmışdır.
Sonra Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev şanlı yubiley münasibətilə şəxsən akademiyanın prezidenti G.Şyokini, rektorluğunu, professor-müəllim və tələbə heyətini diplomatik korpus adından təbrik edərək, onlara gələcək işlərində uğurlar və tərəqqi arzulamışdır. Diplomat belə bir faktı vurğulamışdır ki, ulu öndər Heydər Əliyev adına Sosial Elmlər İnstitutu akademiyanın nəzdində açılmış ilk təsisatlardan biri olmuşdur.
Ukrayna və Azərbaycan arasında ali məktəblərarası əlaqələrin inkişafına və möhkəmlənməsinə verdiyi şəxsi töhfəyə görə səfir Tələt Əliyev RHİA-nın fəxri fərmanı ilə təltif olunmuşdur. Akademiyanın prezidenti G.Şyokin mükafatı səfirə təqdim etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]