Nigeriyada iki terror aktı nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb
Bakı, 3 may, AZƏRTAC
Nigeriyanın şimal-şərqində törədilən iki terror aktı nəticəsində 86 nəfərə çatıb.
AZƏRTAC RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "France Presse" agentliyi öldürülənlərin dəfn edildiyi qəbiristanlığın işçilərinə istinadən məlumat yayıb.
Terror aktı Adamava ştatının Mubi şəhərində baş verib. Terrorçulardan biri özünü məsciddə, ikincisi isə yaxınlıqdakı paltar bazarında partladıb.
Qeyd edək ki, daha əvvəl terror aktlarında 27 nəfərin həlak olduğu, 60-dan çox insanın xəsarət aldığı bildirilirdi.
Nigeriyada “Boko Haram” radikal qruplaşması fəaliyyət göstərir. Silahlılar qərb təhsil modelinin əleyhinə çıxır və ölkənin bütün ərazisində şəriət üsul-idarəsinin tətbiqinə nail olmaq istəyirlər. Törədilən terror aktlarının əksəriyyətinin arxasında məhz bu qruplaşma dayanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]