“NİKOYL” LİZİNQ ŞİRKƏTİ 6,3 MİLYON DOLLARLIQ SAZİŞ BAĞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Nikoyl” Lizinq Şirkəti (“Uralsib” LŞ-nin törəmə şirkəti) Azərbaycanın milli lizinq bazarı tarixində ən iri saziş bağlamışdır. Bu, metallurgiya avadanlığının lizinqi üzrə 6,3 milyon ABŞ dolları məbləğində 5 illik sazişdir. Sövdələşməni “Uralsib” bankı maliyyələşdirmişdir.
“Nikoyl” Lizinq Şirkətinin baş direktoru Maksim Anisimov sazişi şərh edərək demişdir ki, məqsədimiz Azərbaycanın aparıcı sənaye müəssisələrinin inkişafı üçün müasir və əlverişli maliyyə həlli təqdim etməkdir. İnanırıq ki, belə sövdələşmələr respublikanın müəssisələrinin rəqabətədavamlılığının yüksəldilməsi yolunda irəliyə doğru addımdır.