NİYAZİNİN EV MUZEYİNDƏ ONUN DOĞUM GÜNÜ QEYD OLUNDU
Tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana ğedərək böyük mədəniyyət xadiminin məzarını ziyarət etmiş, abidəsi önünə tər çiçək dəstələri qoymuşlar.
Mərasimdə qeyd edilmişdir ki, Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərindən başlamışdır. Nadir istedada malik sənətkarın dirijorluğu üçün yüksək musiqi mədəniyyəti, dərin erudisiya, güclü iradə səciyyəvi olmuşdur. Onun interpretasiyasında klassik və müasir əsərlər ideya-məzmun cəhətdən dolğun, ifadəli və yüksək temperamentlə səslənmişdir.
Tədbirdə o da xüsusi vurğulandı ki, Azərbaycan müsiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülündə və inkişafında əhəmiyyətli rol oynamışdır.
1994-cü ildə böyük dirijor və bəstəkarın möhtərəm Prezidentimiz Heydər Əliyevin Sərəncamı və şəxsən iştirakı ilə açılışı keçirilən ev muzeyində 3000-dən artıq eksponat mühafizə olunur. Onlardan təxminən 40 sənəd-mükafatlar, orden və medallar, fəxri fərmanlar ilk dəfə növbəti doğum günündə nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]