MƏDƏNİYYƏT
Nizami Cəfərov: İsa Muğannanın yaşadığı evə muzey statusu verilməlidir
Bakı, 26 oktyabr, AZƏRTAC
Xalq yazıçısı İsa Muğannanın yaşadığı evə ev-muzeyi rəsmi statusu verilməsi təklif olunub.
AZƏRTAC xəbər verir ki, bu təkliflə professor Nizami Cəfərov Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında çıxış edib.
Onun sözlərinə görə, İsa Muğannanın ev-muzeyinin rəsmi statusu yoxdur: “Dünyaşöhrətli yazıçımızın yaşadığı həmin evə rəsmi ev-muzeyi statusu verilməlidir”.