Nizami Kino Mərkəzində "Robinzon Kruzo və Cümə" filminin nümayişi başlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan " Robinzon Kruzo və Cümə" komediyası, Amerika kinematoqrafçılarının çəkdiyi "Komplekssiz qız" və Fransa ilə Çinin istehsalı olan "Daşıyıcı: İrs" filmlərinin nümayişinə başlanılıb.
"Nizami" Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, "AF. Mediya.az -Azərbaycan" şirkətinin təqdim etdiyi növbəti türk filmi rejissor Gürcan Yurtun çəkdiyi " Robinzon Kruzo və Cümə" kinokomediyasıdır. İlk dəfə olaraq film Azərbaycan dilində subtitrlərə təqdim olunur.
Adaya düşdüyünün 15 illiyini pis əhval ruhiyyədə qarşılayan Robinzon Krunzo və Cümə yalnızlıq içindədirlər. Bu məqamda ada sahilinə yan alan gəmi və onun sakinləri onların həyatına rəngarənglik qatır.
Filmdə baş rolları Serhat Mustafa Kılıç, John Nyambi və Beyti Engin ifa ediblər.
Növbəti, "Komplekssiz qız" filmini Emi Bet Şumerin ssenarisi əsasında rejissor Cudd Apatou komediyasayağı melodram janrında çəkib. Gözəlçə Emminin heç vaxt ciddi münasibətləri olmayıb. Azad fikirli qız adətən bir oğlanla iki dəfə görüşə getmir. Böyük kişi dərgisinin əməkdaşı olduğuna görə, redaktorundan idmançı həkimi Aron haqqında məqalə hazırlaması tapşırığını aldıqda Emmi düşünə də bilməzdi ki, bu görüş onun həyatını dəyişəcək...
Baş rollarda Emi Bet Şumer, Bill Heyder, Bri Larson, Kolin Kuinn, Con Sina, Vanessa Bayer, Mayk Birbiqliya, Ezra Miller, Deyv Attel və Tilda Suinton çəkiliblər.
"Daşıyıcı: İrs" filmini Lyuk Bessonun ssenarisi əsasında rejissor Kamil Delamarr tərəfindən ekranlaşdırılıb.
Növbəti iş sifarişini gözəl və ağıllı Annadan və onun üç cazibədar rəfiqəsindən alan Frenk, tez bir zamanda aldadıldığını başa düşür...
Ekran əsərində baş rollara Ed Skreyn, Rey Stivenson, Loan Şabanol, Qabriella Rayt, Tatyana Paykoviç, Vensya Yu, Radivoye Bukviç, Noemi Lenuar, Yuri Kolokolnikov və Lenn Kudryavitski çəkiliblər.
Filmlər haqqında əlavə məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən (www.facebook.com/NizamiCinema?rf=hl)
öyrənə bilərsiniz.