Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nizami Kino Mərkəzində “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimi olub

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva tədbirdə iştirak edib

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 4-də Nizami Kino Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yoluna həsr edilən "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Təqdimat mərasimindən əvvəl filmdə rol alan Xalq artisti Qurban İsmayılov jurnalistlərə açıqlamasında filmin böyük zəhmət bahasına başa gəldiyini deyib.

"Tamaşaçılara tövsiyə edirəm ki, bu filmə baxsınlar, çünki belə şəxsiyyətlər çox az olur. Onlar haqqında film çəkmək bütün yaradıcı insanların borcudur. Bu film, eyni zamanda, gənc nəsil üçün bir nümunədir," - deyə o qeyd edib.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə hazırlanıb.

Nümayişdən əvvəl məlumat verilib ki, “Tağıyev: Çar” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin ikinci hissəsidir.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Çarı qarşılamaq təlaşı ilə paytaxt Bakının güc mərkəzləri hərəkətə keçir. Bu vəziyyətdə Hacı Zeynalabdin Tağıyev də öz çevik zəkası ilə vacib addımlar atır, qərarlar verir. Artıq məşhur milyonçu və xeyriyyəçiyə çevrilmiş Hacı bu zaman şəhər rəhbərliyi ilə ciddi mübahisələr də yaşayır.

Azərbaycan tarixinin tanıdılmasında və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət daşıyan dördhissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim edilib. Filmin ilk bölümü ilin əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplayıb, onu kinoteatrlarda 70 mindən çox tamaşaçı izləyib. Eyni zamanda, film beynəlxalq səviyyədə ilk uğurunu da qazanıb. Bədii filmin ilk bölümü dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks etdirir. Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olacaq. Ekran əsəri Şərqdə ilk “Qızlar məktəbi”nin Azərbaycanda tikilməsinə, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada təqdim edir.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500-ə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunəsi və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da daxil olmaqla, geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.

Ekran işinin ərsəyə gəlməsinə “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətləri də dəstək verib.

Nümayişdən sonra çıxış edən ssenari müəllifi Zaur Qasımlı filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

Filmin təqdimatı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq yarandığı ilk gündən Bakı Media Mərkəzi üçün böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən və ictimaiyyət tərəfindən geniş marağa səbəb olan “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz”, “Şuşa, sən azadsan!” kimi filmlər istehsal edib.

“Tağıyev: Çar” bədii filminin treylerini aşağıdakı linkdən izləmək olar: https://www.youtube.com/watch?v=T2DO2juNRMo 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ŞKTC-də Türk dünyası gəncləri arasında əməkdaşlıq yolları müzakirə edilib

Naxçıvanda dializ xəstələri üçün dərmanlar təhvil verilib

Yasamal rayonunda marşrut avtobusunun şüşəsini sındıran şəxs saxlanılıb

Ankarada Ulu Öndər Heydər Əliyev haqqında kitab təqdim olunub

BDU-da birinci şeir forumu keçirilib

ABŞ Rusiya ilə məhbus mübadiləsi siyahısına Andre Xaçatryanı daxil etməyib

Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Rubio: Xəzər interkonnektorunu tamamlamaq ABŞ-ın marağındadır

Almaniyada körpü tikintisi zamanı baş verən qəza nəticəsində üç işçi həlak olub

Ağstafada 27 yaşlı kişi bıçaqlanıb

Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Sabirabadda qadını öldürərək Kür çayına atan gəncə cinayət işi açılıb VİDEO

Sabirabadda qadını öldürərək Kür çayına atan gəncə cinayət işi açılıb VİDEO

Naxçıvanda “Göycə” festivalı keçiriləcək

“Araz-2025” birgə təlimi davam edir

İspaniya Deputatlar Konqresinin sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Putin və Tramp arasında telefon danışığı Ukrayna münaqişəsinin nizamlanmasında yeni mərhələ olacaqmı?

® “Kapital Bank” “International Investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”

Seulda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu biznes-forumu keçirilibVİDEO

Bakıda AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu biznes-forumu keçirilibVİDEO

Amasyada Türkiyə türkcəsinə çevrilmiş Azərbaycan xalq nağıllarının təqdimatı olub

İtaliyalı əfsanəvi boksçu Nino Benvenuti vəfat edib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Vyetnamın Baş prokurorunun müavini: GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında böyük uğurların əldə ediləcəyinə inanırıq VİDEO

Vyetnamın Baş prokurorunun müavini: GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında böyük uğurların əldə ediləcəyinə inanırıq VİDEO

“Bakı dialoqları” jurnalının yeni buraxılışı nəşr edilib

Fövqəladə hallar zamanı birgə fəaliyyətə həsr olunan dəyirmi masa keçirilib

® “Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlanıb

Azərbaycan və Moldovanın tənzimləmə qurumları arasında memorandum imzalanıb

Üç mindən çox miqrantın Avropaya qeyri-qanuni yolla daşınmasına kömək edən şəxs 25 il həbs cəzası alıb

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq genişləndirilir

Deputat: Regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır

Məmməd Musayev: Ölkəmizdə qadın sahibkarlığın inkişafı üçün imkanlar genişdir

MİQ üzrə müsabiqənin elektron sənəd qəbuluna başlanılır

Siyasi hipnoz

Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb

Abşeron Milli Parkında "Yaşıl Harmoniya: təbiət və gender" mövzusunda tədbir keçirilib

ASK: Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən sahibkarların 5,2 faizi qadınlardır

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi müzakirə olunub

ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib

İsveç uşaqlıq boynu xərçənginə qalib gələn ilk ölkə ola bilər

Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

“Fənərbağça”nın sabiq futbolçusu Yunanıstan klubundan ayrılıb

Azərbaycan və Qazaxıstanın qadın sahibkarları arasında əməkdaşlıq haqqında saziş imzalanıb

“YouTube Premium” istifadə edənlərin nəzərinə VİDEO

“YouTube Premium” istifadə edənlərin nəzərinə VİDEO

ADA Universitetində İqtisadiyyat Nazirliyinin rəhbər heyəti üçün Liderlik Proqramına start verilib

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB  VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Azərbaycanda neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib

Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlaqədar konsert təşkil edilib

Rusiya XİN USAID-i sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərdə ittiham edib

Şamaxıda 10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olunub

Türk dünyası qlobal miqyasda əsas güc mərkəzlərindən birinə çevrilir VİDEO

Türk dünyası qlobal miqyasda əsas güc mərkəzlərindən birinə çevrilir VİDEO

Plenar iclasın iştirakçısı: Hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir

Azərbaycan üzrə PISA 2025 davam edir

Bakı Ali Neft Məktəbində doktoranturada təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan klubu braziliyalı voleybolçunu transfer edib

Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlim keçən müdavimlərlə görüş olub

Finlandiyada məktəbdə hücum nəticəsində üç yeniyetmə yaralanıb

Zəfərdən başlayan yol Böyük Qayıdışla davam edir

İqlim maliyyəsi üzrə ekspert: Azərbaycanın regionda yaşıl liderə çevrilmək üçün real imkanı var - MÜSAHİBƏ

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Goranboyda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

UNEC-də layihə əsaslı tədris metodu tətbiq edilir

Plenar iclasın iştirakçısı: Bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  VİDEO

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Sabah hava yağmursuz olacaq

AZPROMO: Azərbaycan AQEM dövlətlərinə qlobal bazarlara çıxmaq üçün dəstək verir

NASA ötən ilin ən yaxşı fotoşəkillərini təqdim edib

Rumıniyanın xəbər portalı Azərbaycanın şərabçılıq ənənələri barədə məqalə yayıb

Pakistan Azərbaycanla korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq memorandumu imzalamağa hazırdır VİDEO

Pakistan Azərbaycanla korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq memorandumu imzalamağa hazırdır VİDEO

Macarıstan yığmasının Azərbaycan komandası ilə keçirəcəyi oyun üçün heyəti bəlli olub

Orxan Məmmədov: AQEM regionu iqtisadi əlaqələri gücləndirməsi üçün vacib platformadır

BANM ilə Malayziyanın PETRONAS Texnoloji Universiteti arasında əməkdaşlıq yaradılır

Putin Qələbə günü ərəfəsində Moskvanın mərkəzində terror aktlarının qarşısının alınması barədə Trampa məlumat verib

“Milan” klubu yeni idman direktoru təyin etməyə yaxındır

Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan tədbirdə 308 tələbəyə “Adlı təqaüd” verilib

Günnüt zəfərini qazanan igidlərimizin səsi Qarabağdan, Şərqi Zəngəzurdan gəldi - MƏQALƏ

Mədəniyyət naziri Adil Kərimli Düşənbədə tacik həmkarı ilə görüşüb

Romualdo Conem: Biz artıq GLOBE platformasından səmərəli istifadə edirik VİDEO

Romualdo Conem: Biz artıq GLOBE platformasından səmərəli istifadə edirik VİDEO

Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir

Bakıda məktəb və uşaq xəstəxanasının yaxınlığında yeni nəsil svetaforlar quraşdırılıb

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Qəbələli arıçı təsərrüfatında arı məhsullarından ibarət sərgi-muzey açıb VİDEO

Qəbələli arıçı təsərrüfatında arı məhsullarından ibarət sərgi-muzey açıb VİDEO

BMU-da dizayn ixtisası üzrə təhsil alan tələbələrin layihələri nümayiş etdirilib

İnfeksion və invaziyon arı xəstəlikləri üzrə epizootoloji monitorinqlərin ilkin nəticələri açıqlanıb

Ağdam Sənaye Parkında istehsal olunan divar kağızlarının Özbəkistana ixracına başlanılıb

Dövlət Komitəsinin sədri: Keçmiş məcburi köçkünlər mərhələli formada doğma yurdlarına köçürülür

AQTA-nın əməkdaşı Cenevrədə beynəlxalq tədbirdə iştirak edib

Viktor Orban: Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı Prezident Əliyev həmişə bizim yanımızda olub

Penitensiar müəssisəyə mobil telefon keçirilməsinin qarşısı alınıb

Pakistan həbsxanalarından üç gündə 438 əfqan məhbus buraxılıb

Ötən ay Çindən ABŞ-a ixracat 21 faiz azalıb

Döyüş hazırlığı üzrə məşqlər keçirilib

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şimali Kipr Türk Cümhuriyyətində səfərdədirlər

Hərbi xidmətdən və tibbi müayinədən yayınanları nə gözləyir?

Ziyəddin Göyüşovun fəlsəfi etik irsi ilə bağlı dəyirmi masa keçirilib

Praqa Aİ və NATO-nun Avropanın təhlükəsizliyi üzrə rolunu qiymətləndirib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib

Azərbaycan Prezidenti: Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir

Macar nəşri: Bu gün Aİ korrupsiyaçılara qarşı qərar qəbul edəcək

NATO-nun Baş katibi ABŞ və Rusiya liderləri arasında telefon danışığını müsbət qiymətləndirib

AZANS Lissabonda keçirilən “Airspace World 2025” sərgisindəki yekunlarını elan edib