NİZAMİ KİNOTEATRI ALTI ZALI OLAN MULTİFUNKSİONAL KİNO MƏRKƏZİNƏ ÇEVRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, tamaşa müəssisələrinin bərpası işləri davam etdirilir. Bu ilin sentyabrında Nizami adına kinoteatrda təmir-bərpa işləri başlanacaqdır.
Bu barədə jurnalistlərə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, bir neçə gün əvvəl Bakının ən “yaşlı” kinoteatrlarından biri olan Nizami kinoteatrında təmir işlərinin başlanması ilə əlaqədar son müzakirə keçirilmişdir. Layihə, müvafiq sənədlər hazırlanmış, layihə smetası hesablanmışdır. Nazir demişdir: “Növbəti addım tenderin elan edilməsidir. Artıq sentyabrda kinoteatr təxminən 2 il müddətinə təmirə bağlanacaq, bundan sonra qapılarını tamamilə yeni görkəmdə açacaqdır. Bu, altı zalı olan multifunksional kino mərkəzi olacaqdır. Kinoteatrda xarici, eləcə də yerli filmlər nümayiş etdiriləcək, beynəlxalq kinofestivallar və müsabiqələr keçiriləcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]