NOTLARIN YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 24-də Bakı Fond Birjasında (BFB) Milli Bankın qeydiyyatından keçmiş, ümumi məbləği 60 milyon manat, hərraca çıxarılan məbləği 50 milyon, hər birinin nominal dəyəri 200 manat, tədavül müddəti isə 28 gün olan qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Notlar noyabrın 21-də ödəniləcəkdir.
Hərrac zamanı, notlar buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.